"Həmin xalq artisti dayanmadan 3 dəfə mənə sillə vurdu, dedim ki, sizə ayıb olsun..."

"Həmin xalq artisti dayanmadan 3 dəfə mənə sillə vurdu, dedim ki, sizə ayıb olsun...""İllər öncə bir aktrisa ilə seriala çəkilirdik. Adını çəkmək istəmirəm, tanınmış xalq artistlərindən biri idi. Mənim də 22 yaşım var idi. O xanımın hazırda kifayət qədər yaşı var. Həmin xanım mənə sillə vurmalı idi. Sillə vurmağın da texnikası var. Bu xanım dayanmadan üzümə 3 dəfə möhkəm sillə vurdu. Ona dedim ki, ayıb olsun sizə! Heyfinizi məndən çıxırsınız? Bəlkə də qısqanclıq hissi yaranmışdı onda. Mən onu öz vicdanı ilə başbaşa buraxdım. Hazırda özüm gənc olsam da, yeniyetmələrlə işləyirəm. Onlara aktyor texnikalarından düzgün istifadə etməyi də öyrədirik".

Bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa-aparıcı Zümrüd Qasımova bildirib. O daha sonra əlavə edib.

"Nə yalan deyim, o vaxtdan sonra onunla rastlaşmamışam, heç vaxt qarşıma çıxmayıb. Qarşıma çıxsa da heç bir münasibətim olmaz. Sadəcə o mənim tələbəlik illərində, ilk addımlarımdan beynimdə qalan bir hadisədir" deyə aktrisa bildirib.

Zümrüd Qasımova fəxri adlardan da danışıb.

"Sənətdə olan insanlar, aktyorlar, aktrisalar, rejissorlar bir o qədər də çox şey qazanmadıqlarına görə fəxri adlar onlar üçün çox önəmlidir. Sənət adamı alqışlarından, güllərdən başqa demək olar ki, heç nə qazanmır. Əlbəttə ki, fəxri adlar olmalıdır. Amma layiq olan, illərini bu sahəyə verən insanlar almalıdır fəxri adı. Teatrda oynayan aktyorları böyük kütlə tanımır, amma teatra gələn insanlar bilirlər ki, o hansı rolu oynayıb. Çox böyük sənətkarlarımız olub ki, heç fəxri adları olmayıb, amma onlar fəxri adsız da bizim üçün xalq artistidir. Mən də bu sənətdə əmək vermişəm, 21 ildir ki, teatrda işləyirəm. Desəm ki, fəxri ad gözləmirəm, bu yalan olar. Yəqin ki, qismət olar bir gün da olar inşallah" deyə aktrisa bildirib.

Aktrisa fiziki məhdudiyyətli uşaqlarla birgə oynadığı "Solğun sevgilər" tamaşasından da danışıb.

"Səidə Haqverdiyevanın yaratdığı müstəqil teatr olan "Oyun"-da "Solğun sevgilər" adlı yeni tamaşamızı nümayiş etdirdik. Tərəf müqabillərim həm fiziki məhdudiyyətli uşaqlar idi, həm də bir neçə sənət yoldaşımız. Bu əsər Cəfər Cabbarlının "Solğun çiçəklər" əsəri əsasında səhnələşdirilib. Tamaşa DOST inklüziv mərkəzində göstərildi, növbəti nümayiş isə martın 12-də baş tutacaq. Həmin uşaqlarla səhnəni bölüşmək çox gözəl bir hissdir. Onlar da artıq cəmiyyətə inteqrasiya ediblər, əvvəl isə çox çətin idi, özlərinə qapanırdılar. Hamı fiziki məhdudiyyətli ola bilər, onlar da bizlərdən, biz də onlardan biriyik. Heç kim həyatdan sığortalanmayıb" deyə aktrisa bildirib.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 3994   Tarix: 06 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.