Mətbəx mebeli seçimində nələrə diqqət etmək lazımdır ?
Gözəl mətbəxdə yemək bişirmək həmişə daha yaxşı nəticələr verir. Bura bütün insanlar üçün evin ən vacib sahələrindən biridir. Rahat bir mətbəx, dadlı yeməklər ilə birlikdə daha xoş bir ev mühiti üçün zəmin yaradır. Bu səbəbdən yemək bişirməyi sevən hər kəs arzuladıqları – onları xoşbəxt edəcək mətbəx mebelinə sahib olmaq istəyirlər.
BiG.AZ Lent.az-a istinadən sizə mətbəx mebeli seçimində nələrə diqqət etməli olduğumuzu təqdim edir:
Dizayn
Mətbəx mebeli ümumi interyerin tərzini ifadə edən və tamamlayan ən vacib elementlərdən biridir. Bu səbəbdən evimizin ümumi üslubuna diqqət yetirərək necə dizaynda mətbəx istədiyimizə qərar verməliyik.
Otağın hansı tərzdə olacağını müəyyənləşdirdikdən sonra, yəni dizayna başlamazdan əvvəl modellər, rənglər və materiallar seçimində bir mütəxəssislə məsləhətləşmək sizə daha düzgün qərar verməkdə kömək edəcək. Yox, əgər zövqünüzə güvənirsinizsə özünüz də seçim edə bilərsiniz.
Rahatlıq və funksionallıq
Hazırda mətbəx gün ərzində ailəmizlə zaman keçirdiyimiz, yeməklər bişirib, təmizlik etdiyimiz sahədir. Balaca və ya böyük olmasından asılı olmayaraq, mətbəximizin əsasən əlverişli, rahat və funksional olmasını istəyirik. Mətbəxin rahat olması onun planlamasından və mətbəx mebellərinin funksionallığından asılıdır.
Mətbəxin rahat olması sizin orada keçirdiyiniz zamanı da dəyərli edəcəkdir. Mətbəx mebeli rahat, funksional və uzun ömürlü olmalıdır. Düzgün seçilməyən mətbəx mebeli həm mətbəxdə iş görməyi çətinləşdirir, həm də narahatlıq yaradır. Buna görə də mütləq seçim edərkən hər bir detalı nəzərə almaq lazımdır.
Keyfiyyət
Mətbəx mənzilin digər otaqlarından tamamilə fərqlənir. Belə ki, mebel alarkən onun suya, buxara, zərbəyə, yüksək temperatura davamlı olmağı və bununla yanaşı, gözə xitab etməyi çox vacibdir. Bu səbəbdən də mətbəx mebellərinin keyfiyyətli və uzun illər istifadə oluna bilməsi, hər bir ev sakini üçün son dərəcə vacibdir.
Mebelləri hazırlatmadan öncə onun materialına mütləq diqqət etməlisiniz. Dolabların özünü və onların qapaqlarını müxtəlif materiallardan hazırlamaq mümkündür. Mebellərin davamlılığı mütləq vacibdir. Çünki onlar tez-tez dəyişdirilən məhsullar deyil. Onların yenilənməsi həm maddi cəhətdən çətindir, həm də çox vaxt tələb edir.

BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 2118 Tarix: 18 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÜz dərisini ağardan unikal vasitə
Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində
13.09.2021 741 Peyvənd olunana pulsuz dönər təklifi
Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin
16.09.2021 1185 Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı
Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu
13.09.2021 1024 Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO
İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz
16.09.2021 3329 Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL
Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi
15.09.2021 1571 "Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...
Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin
12.09.2021 1068 Bu şəxslərə soğan yemək olmaz
Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey
12.09.2021 2801 Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO
Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"
13.09.2021 1580 Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL
Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A
11.09.2021 3168