"Tənbəl sahibkarlıq"dan yaranan asılılıq

"Tənbəl sahibkarlıq"dan yaranan asılılıqEkspertin fikrincə, ən zəruri qida məhsullarının istehsalının ucuz başa gəlməsinə nail olmalı, xaricdən idxalın qarşısını müəyyən məhdudiyyətlər vasitəsilə almalıyıq. Amma süni qiymət artımı yaranmasın deyə, hökumətin dəstək tədbirləri də olmalıdır.

Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Son vaxtlar Azərbaycan üçün prioritet hədəflərdən biri də aqrar sahənin inkişafıdır. Elə sovetlər dönəmində ölkədə bir sıra strateji kənd təsərrüfatı məhsulları istehsal edilib. Lakin ölkəmiz kərə yağı, pendir kimi məhsulların istehsalı üzrə ixtisaslaşmayıb. Müstəqillik dövründə isə aqrar sektorun bütün istiqamətlərdə inkişafı üçün ard-arda dövlət proqramları qəbul edilməklə sahibkarlara dəstək verilməyə başlanıldı. Amma nəticənin tərs mütənasib olduğu görünür. Statistik məlumata görə, kərə yağı, pendir və digər süd məhsulları daha çox xaricdən gətirilir.

Rusiya mətbuatının yaydığı məlumata görə, ötən il Azərbaycana 319 ton, - 2020-ci ildən təxminən iki dəfə çox (161 ton) kərə yağı göndərilib. Eyni zamanda 2021-ci ildə RF-dən pendir ixracı 24,37 min ton təşkil edib, bu da 2020-ci ilin göstəricisindən (20,22 min ton) 10% çoxdur.

"Ərzaq məhsullarının qiymətlərində sabitlik yarananda..."

Mövzu ilə bağlı "Kaspi" qəzetinə açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov bildirdi ki, son vaxtlar ərzaq təhlükəsizliyi yenə də aktual bir mövzuya çevrilib:

"Ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunması məsələsi heç vaxt aktuallığını itirmir. Sadəcə olaraq, dünyada ərzaq məhsulları bahalaşan kimi bu mövzu dərhal ortaya çıxır. Həmişə də bu mövzu ilə bağlı eyni fikirlər söylənilir. Təəssüflər olsun ki, dünyada ərzaq məhsullarının qiymətlərində sabitlik yarananda bu mövzu ikinci plana keçir. Söhbət ondan gedir ki, Azərbaycanın daxili istehlak bazarı bir sıra məhsullar sarıdan xaricdən asılıdır. Bu, birdən-birə ortaya çıxan məsələ deyil. Məsələn, buğdanı götürək. Neçə illərdir dövlət bu sahədə dəstək siyasəti, maliyyə xarakterli köməkliklər, fermerlərə müvafiq şəraitin yaradılması istiqamətində zəruri addımlar atsa da, yenə də biz ərzaqlıq buğda sarıdan xaricdən asılı vəziyyətdəyik".

"O yağların əksəriyyəti 3-cü ölkələr vasitəsilə gəlir"

Ekspert vurğuladı ki, əgər söhbət Azərbaycanın ərzaq təhlükəsizliyi məsələsindən gedirsə, birinci növbədə məhz bu məsələ həllini tapmalıdır: "Ət, yağ, yumurta, toyuq və sair məhsullara gəlincə, bunlar ərzaq buğdasından sonrakı yerdə dayanan məhsul növləridir. Təbii ki, bunlar sarıdan da bazarda özümüzü təmin etməyə nail olmalıyıq. Dövlət başçısı jurnalistlərə müsahibəsində qeyd etdi ki, sovet dönəmində Azərbaycan aqrar sahədə müəyyən sahələrdə ixtisaslaşmışdı. Ət, yağ və sair məhsullar var idi ki, onu digər respublikalardan alırdıq. O dövrdə bunu başa düşmək olardı və hər şey mərkəzdən idarə olunurdu. Amma Azərbaycan müstəqillik əldə edəndən sonra artıq bu kimi məsələlər öz həllini tapmalı idi. Yəni ölkəmiz ən zəruri qida məhsullarının bir çoxu ilə özünü təmin etməliydi. Bu mənada təqdirəlayiq haldır ki, Azərbaycan mal əti sahəsində özünü 90 faizdən çox təmin edə bilib. Eyni zamanda bizdə süd istehsalı olmayıb. Amma bu sahədə də yerli istehsal hesabına nailiyyətlər əldə edilib. Buna baxmayaraq, kərə yağı, pendir və bu kimi ən zəruri qida məhsulları sarıdan, təəssüflər olsun ki, başqa ölkələrdən asılı vəziyyətdəyik. Bu ölkələr sırasında ən birinci yer Rusiyanındır. Rusiyadan təkcə kərə yağı və digər qida məhsulları deyil, o cümlədən taxıl sarıdan da asılı vəziyyətdəyik. Hesab edirəm ki, Rusiyadan ən vacib qida məhsulları asılılığına bacardıqca tez son qoymalıyıq. Təəssüflər olsun ki, bu istiqamətdə işlər ləng gedir. Ona görə ki, sahibkarlar yerli istehsalla məşğul olmaqdan çox, əlində olan vəsaitdən, yaxud da bankların verdiyi kredit hesabından istifadə edib Rusiyadan, Ukraynadan, Qazaxıstandan və digər ölkələrdən məhsul alıb gətirməyi üstün tutur. Məsələn, Yeni Zelandiya istehsalı olan kərə yağlarını götürək. Bir iqtisadçı kimi deyə bilərəm ki, məndə Yeni Zelandiyadan birbaşa olaraq Azərbaycana kərə yağının gətirilməsi ilə bağlı dəqiq informasiya yoxdur. O yağların əksəriyyəti 3-cü ölkələr vasitəsilə gəlir".

"Dövlət siyasəti hazırlanmalıdır"

P.Heydərovun sözlərinə görə, bu kimi məsələlər onu tələb edir ki, ən zəruri qida məhsulları üzrə yerli istehsalın ucuz başa gəlməsinə nail olaq: "Bundan əlavə xaricdən idxalın qarşısını müəyyən məhdudiyyətlər vasitəsilə almalıyıq. Deyə bilərsiniz ki, məhdudiyyət tətbiq olunan kimi həmin məhsulların qiyməti qalxacaq. Ona görə də, bu işlər paralel olaraq aparılmalıdır. Sual oluna bilər ki, bizdə niyə kərə yağı istehsal olunmur? Olunur, fermerləri buna stimullaşdırmaq da olar. Amma bizdə yerli istehsal baha başa gəlir və belə olduğu üçün xaricdən gətirilən məhsullarla rəqabətə girə bilmir. Xaricdən gətirilən kərə yağı həm keyfiyyət baxımından yüksək olur, həm də qiyməti aşağı olur. Nəticədə, alıcı keyfiyyətli, həm də ucuz malın dalınca gedir.

Bu da sahibkarı stimullaşdırır, yəni hansı mal-məhsul satılırsa, ora pul yatırır. İstər yerli istehsal olsun, istərsə də xaricdən gətirilsin. Hesab edirəm ki, hökumət kompleks proqram hazırlamalıdır ki, ən zəruri qida məhsullarına olan tələbatın 100 faizini demirəm, heç olmasa, 60-70 faizini özümüz ödəyə bilək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 654   Tarix: 12 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.