Alimlər hansı gənclərin cinsi təcavüzə meylli olduğunu müəyyən ediblər

Alimlər hansı gənclərin cinsi təcavüzə meylli olduğunu müəyyən ediblərAşağı özünə nəzarət gəncləri cinsi və digər zorakı cinayətlərə sövq edir.

BiG.AZ Oxu.az-a istinadən xəbər verir ki, Kopenhagen Universitetinin mütəxəssislər qrupu apardıqları araşdırmalardan sonra bu qərara gəliblər. Onların bununla bağlı məqalələri PNAS jurnalında dərc olunub.

Alimlər 15-20 yaşlı 5400 danimarkalı arasında bir sıra təcrübələr aparıblar.

Eksperimentlərin birində müəyyən məbləğdə pul təklif edilən könüllülər pulu dərhal, lakin daha az miqdarda, yaxud da sonra, lakin daha çox almağa imkan verən bir sıra qərarlar qəbul etməli idilər.

Mənfəəti artırmaq variantları arasında lotereyada iştirak da var idi; bu həm son məbləği əhəmiyyətli dərəcədə artıra, həm də onun itkisinə səbəb ola bilərdi.

Başqa bir tapşırıqda iştirakçılar pulun bir hissəsini başqasına vermək imkanı əldə ediblər.

İştirakçıların cavabları əsasında tədqiqatçılar onların səbr, risk alma və altruizm, özünə nəzarət xüsusiyyətlərini müəyyən ediblər.

Sonra tədqiqatçılar polislə əlaqə saxlayaraq iştirakçıların arasında qanunla problem olanları araşdırıblar. Məlum olub ki, oğlanların 19%-i, qızların isə yalnız 3%-i polisə düşüb. Bu səbəbdən tədqiqatçılar oğlanlara diqqət yetiriblər.

Məlum olub ki, riskdən çəkinən və səbirsiz gənclər daha çox mülkiyyət cinayətləri törədir, özünə nəzarəti aşağı olan insanlar isə zorakılıq, narkotik və seksual xarakterli cinayətlər törətməyə meyllidirlər.

Bu mənada təhsilin ən vacib amillərdən biri olduğu ortaya çıxıb. Belə ki, təhsilsiz gənclərin, hətta imkanlı ailələrdən olanlar daha çox cinayət törətdiyi öyrənilib.

Məqalə müəllifləri ümid edirlər ki, bu məlumatlar cinayətkarlıqla mübarizə strategiyalarının gələcək inkişafında faydalı olacaq.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 6745   Tarix: 02 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.