Naxçıvan Qarnizonu Qoşunlarında 2021-ci tədris ilinin nəticələri ilə bağlı yekun müşavirə keçirilib

Naxçıvan Qarnizonu Qoşunlarında 2021-ci tədris ilinin nəticələri ilə bağlı yekun müşavirə keçirilib2021-ci tədris ilini uğurla başa vuran Naxçıvan Qarnizonu Qoşunlarında 2022-ci yeni tədris ilinə hazırlıq planına uyğun olaraq müxtəlif ixtisaslar üzrə toplantılar keçirilib.

BiG.AZ Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, komandir heyətinin bilik və bacarıqlarının, nəzəri və praktiki vərdişlərinin təkmilləşdirildiyi toplantılara müxtəlif ixtisaslı və kateqoriyalı komandirlərlə yanaşı komandir müavinləri də cəlb edilib. Toplantı iştirakçılarından ümumqoşun, ixtisas və fiziki hazırlıqdan məqbullar götürülüb. 2022-ci tədris ilinə hazırlıq tədbirləri çərçivəsində birləşmə və hissələrdə şəxsi heyətə sıra baxışı keçirilib, bölmələrin maddi-tədris bazaları və tam təchizatı yoxlanılıb.
Toplantılar başa çatdıqdan sonra 2021-ci tədris ilinin nəticələri ilə bağlı yekun müşavirə keçirilib. Müşavirədə əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və ordu quruculuğundan bəhs edən "Ordumuz qürurumuzdur" adlı film nümayiş etdirilib.
Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayev 2021-ci tədris ilində həyata keçirilmiş tədbirləri təhlil edərək bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin "Ordu quruculuğu Vətənə sevgidir, dövlətə və dövlətçiliyə sədaqətdir" prinsipi ilə müəyyənləşdirdiyi vəzifələr bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yola saldığımız 2021-ci il ölkəmizin tarixində ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə, o cümlədən Ordu quruculuğu işində yeniliklərlə yadda qaldı, "Zəfər Günü"nün birinci ildönümünü təntənə ilə qeyd etdik və qalib xalq olaraq bir daha qürur hissi keçirdik. Ötən il mayın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodrom kompleksinin və Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışını etməsi, burada yaradılan şəraiti və eləcə də Vətən Müharibəsi zamanı Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının göstərdikləri şücaəti yüksək qiymətləndirməsi 2021-ci ilin yadda qalan hadisələrindəndir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə Naxçıvan Qarnizonu Qoşunlarının döyüş potensialı, imkan və qabiliyyəti daha da artırılıb, birləşmə və hissələrin müasir silah və texnikalarla təmin olunmasına xüsusi diqqət yetirilib. Yola saldığımız 2021-ci il ərzində hərbi infrastrukturun yenilənməsi istiqamətində tədbirlərin uğurla davam etdirilməsi və yüksək dağlıq şəraitdə yerləşən hərbi hissələr də daxil olmaqla yeni hərbi obyektlərin istifadəyə verilməsi müdafiə qüdrəti durmadan artan muxtar respublikamızda ordu quruculuğu sahəsində görülən işlərin məntiqi davamıdır. Ötən il həyata keçirilən tədbirlər sırasında Naxçıvan Qarnizonu Mərkəzi Hərbi-Həkim Komissiyasının (həkim-uçuş komissiyasının) fəaliyyətə başlaması və Naxçıvan Dövlət Universitetinin Tibb Fakültəsində "Hərbi həkim" ixtisasının yaradılması mühüm yer tutur.
Azərbaycan-Türkiyə dostluq əlaqələrindən və hərbi əməkdaşlığından danışan Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayev ötən ilin iyun ayında Naxçıvan Qarnizonu Qoşunları və Türkiyə Silahlı Qüvvələrinin idarəetmə orqanları ilə birgə taktiki-xüsusi təliminin keçirildiyini diqqətə çatdırıb. Təlimi izləyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyə Respublikasında pilotsuz uçuş aparatı sistemləri kursunu müvəffəqiyyətlə bitirən zabit və gizir heyəti ilə görüşüb, "BAYRAQDAR-TB2" silahlı pilotsuz uçuş aparatının praktiki uçuşlarının idarəedilməsini izləyib, Döyüşü İdarəetmə Mərkəzi və Coğrafi Analiz Sisteminin imkanları ilə tanış olub.
Müşavirədə Əlahiddə Ümumqoşun Ordu komandanının birinci müavini-qərargah rəisi, general-leytenant Fazil Ağalarovun qoşunların fəaliyyətlərinin ayrı-ayrı istiqamətləri üzrə məruzəsi dinlənilib. General-leytenant Fazil Ağalarov Türkiyə Respublikasının Qars şəhərində keçirilmiş "Qış-2021" və Naxçıvanda keçirilmiş "Sarsılmaz qardaşlıq-2021" birgə təlimlərində birləşmə və hissələrin şəxsi heyətinin yüksək peşəkarlıq və əzmkarlıq nümayiş etdirdiyini vurğulayıb. Şəxsi heyətin hərbi-peşəkar hazırlığının və döyüş qabiliyyətinin yüksəldilməsinin, müdafiənin etibarlı və zəmanətli təmin edilməsinin
2021-ci tədris ilində Naxçıvan Qarnizonu Qoşunlarının əsas tapşırığı olduğunu qeyd edən general-leytenant Fazil Ağalarov "Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planı" haqqında ətraflı məlumat verib.
Məruzə ətrafında müzakirələr zamanı Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar nazirinin müavini, general-mayor Hikmət Kərimov, Daxili Qoşunların "Naxçıvan" Əlahiddə Əməliyyat Briqadasının komandiri, general-mayor Səlim Niftəliyev, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyası komandirinin birinci müavini-qərargah rəisi, polkovnik Muxtar Həmzəyev və Əlahiddə Ümumqoşun Ordu komandanının müavinləri 2021-ci tədris ilində görülmüş işlər və 2022-ci tədris ilində qarşıda duran vəzifələrlə bağlı məruzə və təkliflərlə çıxış ediblər.
Ötən tədris ilində bütün tapşırıq və vəzifələrin tam həcmdə yerinə yetirildiyini qeyd edən Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayev 2022-ci tədris ilində qarşıda duran məqsəd və vəzifələrə dair Ali Məclis Sədrinin tapşırıqlarını diqqətə çatdıraraq müşavirəyə yekun vurub.
Sonda döyüş və ictimai-siyasi hazırlıqda yüksək nəticələr əldə etmiş bir qrup hərbi qulluqçuya müxtəlif adda medallar təqdim olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 679   Tarix: 29 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şəhidin qəzada yaralanan qardaşı vəfat etdi

Vətən müharibəsi şəhidi, XTQ mənsubu Qəhrəman Nəsirovun qardaşı vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilib ki, Q.Nəsirovun qardaşı, Rəsul Nəsirov Bakıda hərbi hospitalda dünyasını dəyişib. Qeyd edək ki, Rəsul da qardaşı kimi hərbçi olub. O, 2 il əvvə

11:28 170
.

İran-ABŞ-İsrail müharibəsi uzansa, dünya iqtisadiyyatını nə gözləyir?

"İran, ABŞ və İsrail arasında davam edən müharibənin uzanması və xüsusilə Hörmüz boğazından neft və qaz daşımalarının ciddi şəkildə məhdudlaşması qlobal iqtisadiyyat üçün böyük risklər yarada bilər. Böhran uzun müddət davam edərsə, enerji qiymətlərinin kəskin artması, inflyasiyanın sürətlənməs

14.08.2026 224
.

Təyyarələrdə niyə soyuq olur? -Ekspertlər izah edir

Siz qalın geyinirsiniz, stüardessalar yüngül köynəklərdə gəzir, kondisioner isə dişlərinizi bir-birinə dəyəcək şəkildə üfürür. Əsəbləşirsiniz? Əbəs yerə. Bu soyuqluq aviaşirkətlərin kaprizi və ya qənaət etmək istəyi deyil. xarici mediaya istinadən bunun tibbi protokol olduğunu və 10 min metr hündürlükd

14.08.2026 277
.

Küləkli havada çimərliklərə gedən vətəndaşlara xəbərdarlıq edildi

Fövqəladə Hallar Nazirliyi (FHN) hazırda Bakıda və Abşeron yarımadasında müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edərək küləkli havada dənizə girməyin təhlükəli olduğunu bir daha xatırladıb. BİG.AZ xəbər verir ki, nazirlik həmçinin əhalini müvafiq təhlükəsizlik qaydaların

10:16 154
.

Mənzil alarkən bu səhvə yol verməyin - "Söküləcək" deyilən binalarla bağlı xəbərdarlıq

"Yeni tikili, yoxsa köhnə tikili: vətəndaş üçün hansı daha sərfəlidir?" sualını yalnız "yeni" və "köhnə" anlayışları ilə müəyyənləşdirmək düzgün deyil. Əsas məsələ mənzilin real bazar dəyəri ilə onun alıcıya verdiyi üstünlüklər arasındakı nisbətdir". Bunu BİG.AZ-a açıqlamasınd

14.08.2026 330
.

Ağdamda da yanğın başladı - Video

Ağdamda yanğın başlayıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Mərzili kəndi ərazisində qeydə alınıb. Hazırda yanğın minalı sahələrdə davam etdiyindən bu, yanğınsöndürənlərin alovun qarşısını almasını çətinləşdirir. Qeyd edək ki, Füzuli və Xocavənd rayonlarında da ötən gündən başlaya

14.08.2026 258
.

NASA-nın yayımında Krımla bağlı qalmaqallı xəritə

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyasının (NASA) 12 avqustda Günəş tutulması ilə bağlı canlı yayımında Krım Rusiya ərazisi kimi göstərilib. BİG.AZ xəbər verir ki, TASS-ın məlumatına görə, bu barədə Krım Respublikası Dövlət Şurasının sədri Vladimir Konstantinov bildirib. Onun sözlərin

10:15 161
.

Emin Ağalarov istirahət mərkəzindəki bədbəxt hadisədən danışdı

Xalq artisti, biznesmen Emin Ağalarov "Sea Breeze" istirahət mərkəzində azyaşlı uşağın ölümü ilə nəticələnən bədbəxt hadisə barədə açıqlama verib. xəbər verir ki, o, bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşım edib. "Sea Breeze" akvaparkında baş verən faciəli qəzada bir uşa

14:54 0
.

Tiktoker "Qara qartal" bu videosuna görə SAXLANILDI

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir tiktoker saxlanılıb. -ın xəbərinə görə, 27 yaşlı Cavid Abbasov (şərti adla) öz fotosunun üzərinə qeyri-etik və nalayiq ifadələr yazaraq video düzəldib. Həmin videonu tiktok sosial şəbəkəsində idarəçisi olduğu "Qara qartal" səhifəsind

14.08.2026 301
.

TOP MP3