Bakıda polisin üstünə maşını sürərək qaçmaq istəyən narkotacir saxlanılıb
Bakıda polisin üstünə maşını sürərək qaçmaq istəyən narkotacir saxlanılıb.
Bu barədə BiG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, yanvarın 20-də paytaxtın Binəqədi rayonunda əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə məhkum olunan Lənkəran şəhər sakini, 41 yaşlı Vüsal Hüseynov "Daewoo" markalı avtomobillə narkotik daşıdığı barədə polisə məlumat daxil olub.
Məlumatla əlaqədar Binəqədi rayon Polis İdarəsi 7-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi tədbir zamanı şübhəli şəxs avtomobili polis əməkdaşlarının üzərinə sürərək, qaçmağa cəhd edib. Ancaq onun qaçmaq cəhdinin qarşısı polislər tərəfindən alınıb.
Belə ki, polis əməkdaşları həmin avtomobilin təkərinə xidməti silahdan atəş açaraq, onu dayandırmağa müvəffəq olublar. Avtomobilə baxış zamanı Vüsal Hüseynova məxsus külli miqdarda "patı" adlanan psixotrop maddə olan metamfetamin aşkar edilib. O, ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Aşkar edilən faktla 7-ci Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 795 Tarix: 22 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezidentlə xanımının rəsmi qonaqlarla birgə - Fotosu
Bu gün Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər. Mərasimdə dövlət və hökümət başçıları, nümayəndə heyətlərinin rəhbərlərinin qarşılanm
14:41 157 Hikmət Hacıyevdən WUF13-lə bağlı paylaşım - Video
"İqlim dəyişikliyinin təsirlərinə və hava şəraitinin şıltaqlıqlarına baxmayaraq, WUF13 genişmiqyaslı mətbuat konfransı ilə start götürür". "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsini
11:12 165 Hizbullah İsrailin 48 tankını sıradan çıxardığını açıqladı
Şiə Hizbullah hərəkatının silahlı bölmələri son bir ay ərzində İsrail ordusuna məxsus 48 tankı sıradan çıxarıb. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bəyanatda bildirilib ki, Hizbullah döyüşçüləri İsrailə qarşı ümumilikdə 339 əməliyyat həyata keçirib. Məlumata görə, 15 komanda məntəqəsi, 3 kazarma
10:47 136 İran müharibəsi uzandıqca BƏƏ və Səudiyyə Ərəbistanı dron hücumları barədə məlumat verirlər
Birləşmiş Ərəb Əmirliklərindəki nüvə elektrik stansiyasında pilotsuz təyyarənin hücumu yanğına səbəb olub. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı isə üç dronun tutulduğunu bildirib. ABŞ prezidenti Donald Tramp İranla ABŞ-İsrail müharibəsinə son qoymaq səylərinin dayandırıldığ
10:36 157 Amerika nüvə sualtı qayıqlarının istehsalını artırır
ABŞ 2027-2031-ci illər ərzində sualtı qayıqların tikintisinə ümumilikdə 124,9 milyard dollar xərcləməyi planlaşdırır. xəbər verir ki, bu barədə RIA Novosti ABŞ Hərbi Dəniz Qüvvələrinin illik planına istinadən məlumat yayıb. Məlumata görə, ABŞ həmin dövrdə hər il ən azı bir "Columbia" sinifl
11:42 150 İraqdan gələn pilotsuz aparatlar Səudiyyə hava məkanında vuruldu
Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi İraqdan ölkənin hava məkanına daxil olan üç pilotsuz uçuş aparatının (PUA) ələ keçirildiyini və məhv edildiyini açıqlayıb. xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Turki Al-Maliki sosial media platforması X-də paylaşım edib. Bəyanatda deyilir:. "İra
11:26 160 ABŞ və İsrailin İrana mümkün hücum iddiaları: regionda gərginlik yenidən artır - POLİTOLOQDAN AÇIQLAMA
ABŞ və İsrailin İranla bağlı hərbi gərginliyi yenidən kritik mərhələyə daxil olub. The New York Times-ın iki Yaxın Şərq rəsmisinə istinadən yaydığı məlumata görə, iki ölkə bu həftə ərzində İrana qarşı yeni hücumların bərpasını müzakirə edir və hətta mümkün hərbi əməliyyatların yaxın günlərdə həyata keçiril
14:39 131 Yağıntılar aylıq normanın 589%-ni təşkil edib
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, ölkə ərazisinin bəzi yerlərində arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub. Şahdağda qar yağıb. Bakıda və Abşeron yarımadasında yağan yağış mayı
12:21 158 Prezident WUF13-də çıxış etdi - Canlı
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak edirlər. Prezidenti İlham Əliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraç
11:56 577