Bədənin ən böyük və unikal orqanı olan QARACİYƏRİN təbii dərmanı - FOTO-VİDEO

Bədənin ən böyük və unikal orqanı olan QARACİYƏRİN təbii dərmanı - FOTO-VİDEOBədənin ən böyük orqanı olan, 500-dən artıq müxtəlif funksiyaları yerinə yetirən qaraciyəri qorumaq insan sağlamlığı üçün çox əhəmiyyətlidir.
Alkoqoldan asılı və asılı olmayan qaraciyər piylənməsi günümüzdə əksər insanı narahat edir. Ən aşağı dozadan belə qaraciyərin hepatositləri zədələnə bilir və bu tədricən özünü biruzə verir. Bəzən heç əlamət vermədən öz işini görür. Xroniki vəziyyətdə qaraciyərin piylənməsinə daha çox rast gəlinir. Bu zaman profilaktik və müalicə məqsədli təbii müalicələrə üz tuturuq. Təbii müalicələrdən isə ən optimal dozada olan dörd bitkidən hazırlanan, uzun illər tədqiqatı aparılan təbii tərkibli "Hepanur" kapsulları məsləhət görülür.

BiG.AZ xəbər verir ki, həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu artıq 5-ci il istehsal olunan bu dərmanın qaraciyər, öd kisə və mədə altı vəz xəstəliklərindən əziyyət çəkən 5000-dən çox insana böyük fayda verdiyini bildirir.

Bədənin ən böyük və unikal orqanı olan QARACİYƏRİN təbii dərmanı - FOTO-VİDEO"HEPANUR" HAQQINDA

"Hepanur" - Hepatoprotektor, detoksikantdır.

TƏRKİBİ

Alaqanqal toxumu – 300 mq, Ənginar meyvəsi – 150 mq, Zəncirotu kökü – 150 mq, Lavanda çiçəyi – 150 mq

XÜSUSİYYƏTLƏRİ

"Hepanur" tərkibindəki alaqanqal hesabına flavon birləşmələrindən ibarət təbii vasitədir. Silimarin regenerasiyaedici, hepatoprotektor, dezintoksikant və iltihab əleyhinə təsirə malikdir. Təsir mexanizmi RNT-polimerazanı aktivləşdirməklə hepatositlərdə müxtəlif həyati vacib zülalların və fosfolipidlərin sintezini sürətləndirməsi ilə əlaqədardır. Silimarin güclü antioksidant təsir göstərməklə hüceyrələri sərbəst radikalların və peroksid birləşmələrin zədələyici təsirlərindən müdafiə edir. Preparatın antioksidant təsiri flavonoidlərin fenol strukturlarının sərbəst radikalları özlərinə birləşdirməsi hesabına əldə olunur. Nəticədə hepatositlərdə lipidlərin peroksidləşməsi reaksiyaları blokada olunur, hüceyrə strukturunun zədələnməsinin qarşısı alınır və regenerasiya prosesləri sürətlənir.

"Hepanur" qlutationun ehtiyatını artırmaqla qaraciyərin dezintoksikant funksiyasını gücləndirir. Preparat alkoqol intoksikasiyaları zamanı asetaldehidin yaranmasının qarşısını alır. Preparat güclü mebranstabilləşdirici təsir göstərməklə membranlarda mübadilə proseslərini normallaşdırır. Preparatın dezintoksikant təsiri eyni zamanda toksiki maddələrin hepatositlərin membranlarına zədələyici təsirinin qarşısını alması ilə əlaqədardır.

Ənginar ödqovucu, hepatoprotektiv və sidikqovucu təsirlərə malikdir. Eyni zamanda qan plazmasında sidik turşusunun miqdarını azaldır. "Hepanur" zəncirotu hesabına hepatositlərdə koenzimlərin sintezini aktivləşdirir ki, bunun da nəticəsində lipid və xolesterin mübadiləsi yaxşılaşır, həmçinin, keton cisimlərinin metabolizmi sürətlənir. Antibiotikoterapiya zamanı qaraciyər və böyrək parenximasına dezintoksikasiyaedici təsir göstərir. Lavanda çiçəyi xroniki virus hepatitlərinin müalicəsində geniş tətbiq olunur. Tormbositlərin artmasına şərait yaradır.

GÖSTƏRİŞLƏR

• Xroniki virus hepatitləri.
• Keçirilmiş kəskin virus hepatitlərindən sonrakı reabilitasiya dövrü.
• Piy mübadiləsinin pozulması ilə əlaqədar qaraciyərin zədələnməsi,o cümlədən, stearoz (piy hepatozu) və qaraciyərin piy distrofiyası.
• Müxtəlif etiologiyalı qaraciyər serrozları.
• Lipid – xolesterin mübadiləsi pozğunluğunun kompleks müalicəsi.
• Hamiləlik toksikozları.
• Daşsız xroniki xolesistit, öd yolunun hipokinetik diskineziyası.
• Qaraciyərin dərman zədələnmələri.
• Etil spirtiylə kəskin zəhərlənmələr, alkoqol qəbulu zamanı qaraciyərin zədələnmələri.

ƏKS GÖSTƏRİŞLƏR

Tərkibində olan bitki komponentlərinə qarşı fərdi həssaslıq.

QƏBUL QAYDASI

1 kapsul 2-3 dəfə yemək vaxtı qəbul edilir.

BURAXILIŞ FORMASI

60 kapsul.

QARACİYƏR HAQQINDA ÇOX MARAQLI 14 FAKT

1. Qaraciyər unikal orqandır. Bu orqan orqanizmdə 500-dən artıq müxtəlif funksiyaları yerinə yetirir.
2. Böyüklərdə qaraciyərin çəkisi orta hesabla 1,5 kq təşkil edir.
3. Qaraciyər orqanizmin əsas filtridir və gün ərzində (24 saat) 2000 l qan təmizləyir.
4. Qaraciyər xəstəliklərinin sayı 50-dən artıqdır. Bu xəstəliklərin əsas xüsusiyyəti uzun müddət ərzində simptomsuz inkişaf etməsidir.
5. Qaraciyər xəstəliklərinin əsas səbəbi spirtli içkilərin qəbuludur.
6. Böyüklərin qaraciyəri gün ərzində 1 l öd istehsal edir.
7. Hər il dünyada 11000 qaraciyər köçürülməsi əməliyyatı aparılır. Bu əməliyyatların əksər hissəsi ABŞ-da aparılır.
8. Qaraciyər unikal özünü bərpa etmək xüsusiyyətinə malikdir. Hətta qaraciyərin 75% xaric olundudqa bir neçə aydan sonra bu orqan özünü tam bərpa edir və normal ölçülərə qayıdır.
9. Qaraciyərin əsas funksiyası detoksikasiyadır (orqanizmin toksinlərdən təmizlənməsi prosesi). Bu toksinlər orqanizmə su, qida, adi hava ilə daxil olur və qara ciyər tərəfindən zərərsizləşdirilir. Bu səbəbdən qaraciyər fəaliyyətdən qalarsa, insan tez bir zamanda intoksikasiyadan (zəhərlənmədən) həlak olacaq.
10. Qaraciyər müxtəlif vacib maddələrin anbarıdır. Qaraciyərdə qlükoza, vitaminlər, minerallar (xüsusilə dəmir) saxlanılır. Bu maddələr burada yığılır və ehtiyac yarandıqda orqanizm tərəfindən istifadə olunur.
11. Qaraciyərdə əlavə qan ehtiyatı saxlanılır (orqanizmdə olan qanın təxminən 10%-i). Güclü qanaxma zamanı qaraciyərin damarları sıxılır və bu qan ümumi qan dövranına daxil olunur.
12. Müxtəlif pəhrizlər saxlayan xanımlar bilməlidirlər ki, kəskin arıqlama qaraciyərə çox mənfi təsir edir, onun funksiyalarını pozur.
13. Bütün dərmanlar qara ciyərdə zərərsizləşdirildiyi üçün dərmanları çox ehtiyatla qəbul etmək lazımdır. Həkimin təyinatı olmadan heç bir dərmanı, hətta zərərsiz hesab etdiyimiz vitaminləri və otları, qəbul etmək olmaz.
14. Xroniki stress, qəzəb, hirs və digər xoşagəlməz emosiyalar qaraciyərin sağlamlığına çox mənfi təsir edir.

Videonu izləmək üçün fotonu sürüşdürün:

Natəvan Baxşiyeva


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 3662   Tarix: 22 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Alimlər orqanizmin hansı yaşda gücünü itirməyə başladığını müəyyənləşdirdi

Yaşlanma insanın fiziki qabiliyyətlərinə çoxlarının gözlədiyindən daha erkən təsir göstərməyə başlaya bilər. Alimlər müəyyən ediblər ki, yaş artdıqca fiziki göstəricilərin azalması sürətlənir. Bununla belə, yetkin yaşda idmanla məşğul olmağa başlamaq da fiziki göstəriciləri yaxşılaşdıra bilər. Qaynarinf

19.10.2026 1088
.

Bir çox xəstəliyi müalicə edən MASAJ

Masaj xidməti bir çox xəstəlikləri sağaldır, masaj zamanı Təbii yağlardan istifadə olunur, sizin bədənizdə olan oynaq ağrıları, bel ağrıları, baş ağrılarını vaxtında götürür. Dünyada edilən masajların 90 %-i tibbi masajdır. Avropada və Şərqdə həkimlər masajı resept olaraq yazırlar. Masaj inteqtaiv bi

01.11.2026 1010
.

İdman zalına getmədən sağlamlığı yaxşılaşdıran 3 gündəlik vərdiş

Sağlamlığı qorumaq və özünü daha yaxşı hiss etmək üçün mürəkkəb üsullara ehtiyac yoxdur. Alimlər gündəlik həyata asanlıqla daxil edilə bilən üç sadə vərdişin ümumi sağlamlığa və psixoloji vəziyyətə müsbət təsir göstərdiyini bildiriblər. Qaynarinfo xəbər verir ki, "Science Focus" nəşrinin yazdığın

12.10.2026 995
.

Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub

Zərdəçalın tərkibində olan kurkumin maddəsi qaraciyəri yaşla bağlı dəyişikliklərdən, iltihabdan və zədələnmədən qoruya bilər. xəbər verir ki, bu qənaətə "Food & Function" elmi jurnalında dərc olunan araşdırmanın müəllifləri gəliblər. Tədqiqatçılar bağırsaq, onun mikroflorası və qaraciyə

06.11.2026 475
.

Hicama haqqında nələri bilirik?

Son zamanlar çox eşitdiyimiz, "hicama", "hacamat" kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. Apimed təbii üsullar mərkəzində yüksək ixtisaslı (Türkiyədə kurs keçmiş) xanım personal tərəfindən xanımlara və bəylərə Hicama (hacamat) proseduru tətbiq edilir. Prosedu

29.10.2026 3240
.

Qışda dəriyə qulluq zamanı edilən əsas səhvlər

İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd

28.10.2026 852
.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini

25.10.2026 810
.

100 yaşına qədər yaşamaq istəyənlər üçün 7 faydalı QİDA

Uzunömürlü olmaq istəyənlər gündəlik qidalanmalarına xüsusi diqqət yetirməlidirlər. Mütəxəssislər bəzi qidaların ürək-damar sisteminin, beynin və həzm orqanlarının sağlamlığının qorunmasında mühüm rol oynadığını bildirirlər. xarici mətbuata istinadən xəbər verir ki, həkim Darşan Şah 100 yaşına qədə

27.10.2026 933
.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. BİG.AZ -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər. O qeyd edib ki, bağırsaq xərçəngi, xüsusil

31.10.2026 631
.