"Vətəndaş cəmiyyətinin zəifləməsinə imkan verilməməlidir" - AÇIQLAMA
İstiqamət: vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu
"Vətəndaş cəmiyyəti dövlətin vacib komponentlərindən biridir. Dövlətin alt qatlarda görə bilmədiyi işi bu cəmiyyətlər görə bilir. Bu, həm də vətəndaş fəallığının əsas stimullaşdırıcı istiqamətidir".
Bu sözləri BiG.AZ-a açıqlama verən deputat Fazil Mustafa deyib.
O bildirib ki, vətəndaş cəmiyyəti institutlarına xüsusi diqqət edilməlidir:
"Vətəndaş həm də bu cəmiyyətlər vasitəsi ilə ayrı-ayrı sahələrdə olan sosial, iqtisadi, siyasi, mədəni xarakterli bütün problemləri işıqlandıra bilir. Burada vətəndaşları cəlb etməklə yanaşı, dövlətin də həm qanunvericilik, həm də praktik cəhətdən müəyyən problemlərə diqqət ayırmasına kömək olur. Vətəndaş cəmiyyəti institutunun zəifləməsi dövlətin vətəndaşla münasibətlərinin zəifləməsi deməkdir. Bəzi cəmiyyətlərdə vətəndaşlar passiv ola, öz hüquqlarını tələb etməyə bilər. Ona görə də bu cür hadisələri aktuallaşdırmaq lazımdır ki, hökumət də həmin istiqamətdə addımlar atsın.
QHT-lərin adı elə-belə Qeyri Hökumət Təşkilatları deyil. QHT deyildikdə hökumət səlahiyyəti olmayan, amma hökumətin etməli olduğu işləri xatırladan, onu aktuallaşdıran cəmiyyətlərdən söhbət gedir. Avropa demokratiyası da bunun üzərində qurulub. Bizdə vətəndaş cəmiyyəti institutları zəif olduğuna görə, bir sıra problemlər həllini tapmayanda, bunu hərbi dairədə hansısa məmur özbaşınalığı ilə əlaqələndirirlər. Əslində isə məsələ vətəndaş cəmiyyətləri instutunun səlahiyyətsiz, imkansız olmasından irəli gəlir.
Ona görə də bu sahəyə diqqət ayrılmalı və azadlıq təmin olunmalıdır ki, ölkədə alt qatlarda olan problemlər həll edilsin. Bu, eyni zamanda beynəlxalq əlaqələr üçün də vacibdir. Beynəlxalq əlaqələr vətəndaş cəmiyyətlərinin müəyyən dərəcədə daxili maariflənməsinə yardımçı olur. Hazırda belə vətəndaş cəmiyyətlərinin olması fanatizmin və hansısa bir şəkildə cəhalətin aradan qaldırılmasına kömək göstərə bilir. Ümid edirəm, bu mövzu aktual olaraq qalacaq və vətəndaş cəmiyyəti institutlarının zəifləməsinə imkan verməyəcəklər".
Material Azərbaycan Respublikası
Medianın İnkişafı Agentliyinin maliyyə
dəstəyi ilə hazırlanmışdır.
Samirə Qasımova
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 352 Tarix: 15 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSarsılmaz müttəfiqlik - ortaq strateji hədəflər
Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad
12:17 225 Fulya Öztürk Aygün Kazımovanın mahnısını paylaşdı
Türkiyəli jurnalist Fulya Öztürk Xalq artisti Aygün Kazımova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, müğənninin "Bilirəm" klipindən görüntülərini yayımlayaraq "Son zamanlarda bu mahnı ən sevdiyim oldu" sözlərini yazıb. Qeyd edək ki, mahnının sözləri Leyla Əliyevaya, musiqis
11:28 271 Prezidentin Xankəndidən xalqa ünvanlanan təbriki böyük maraqla qarşılanıb
Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına Xankəndidən ünvanladığı təbriki tarixi Qələbəmizin siyasi, hərbi, mənəvi və ideoloji əhəmiyyətini bir daha nümayiş etdirir. Təbrikin məhz Xankəndidə, Zəfər tağının önündə səsləndirilməsi Azərbaycanın dövlət suverenliyinin, milli iradəsini
10:40 264 Prezidentlərin diqqətini çəkən XTQ zabiti kimdir? - Video
8 Noyabr - Zəfər Günü Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanla səmimi söhbəti ilə yadda qalan zabitin görüntüləri hər kəsdə maraq doğurub. Bəs dövlət başçılarının yanında dayanan və Prezident İlham Əliyevin qürurla bəhs etdiyi qəhrəman zabit kimdir?. "Qafqazinfo"nun məlumatına görə
15:16 240 Uşaq bağçaya getmək istəmirsə... valideynlər bunları etməlidir
Səhərlər uşaq bağçasının qapısı qarşısında ağlayan uşaqlarla bir çox valideyn qarşılaşır. Uşaq anasının və ya atasının əlindən yapışaraq evdə qalmaq istəyir. Əksər hallarda bu davranış şıltaqlıq deyil, yeni mühitə uyğunlaşma prosesinin bir hissəsidir. Adətən uyğunlaşma iki-dörd həftə davam edir. xaric
18:45 0 Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir
Prezident İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı təbrik müraciəti tarixi Qələbəmizin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir daha nümayiş etdirib. Dövlətimizin başçısının müraciətini məhz Xankəndidə, şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfə
11:14 262 İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi
8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind
12:11 253 Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər
Azərbaycanın tarixinə qızıl hərflərlə həkk edilmiş Zəfər salnaməsinin hər səhifəsində Azərbaycan əsgər və zabitinin qəhrəmanlığı və Vətən sevgisi dayanır. Bu Zəfər təkcə müasir silahların, hərbi strategiyanın və döyüş taktikasının nəticəsi deyil, Vətən torpağı uğrunda canından keçməyə hazır olan mər
10:58 260 Rusiya, ABŞ və Ukrayna nümayəndələri Əbu-Dabidə görüşüb
Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ilk günü Əbu-Dabidə başa çatıb. xəbər verir ki, danışıqlar təxminən 40 dəqiqəlik fasilə ilə ümumilikdə 4,5 saat davam edib. Rusiya nümayəndə heyətinə Ukrayna prezidentinin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Ukrayn
10:37 197