Boğaz ağrısından belə qurtulun
Boğaz ağrısı xüsusən soyuq havalarda bir çox insanda müşahidə olunan ümumi problemidir. Şiddətli boğaz ağrıları ilə yanaşı, qıcıqlanma udma və yeməkdə gündəlik həyatda çətinlik yaradır.
Axşam.az ev şəraitində tənəffüs yolunda yaranan ağrı və öskürəkdən qurtulmağınıza yardımçı olacaq vasitələri təqdim edir.
Heyva və limon:
Tərkibindəki C vitamini, mis, dəmir, kalium və maqnezium ilə boğaz infeksiyalarına qarşı qoruma təmin edən heyva antiseptik özəlliklərə sahib meyvədir. Limon güclü C vitamini mənbəyidir və eyni zamanda təbii antibiotikdir.
Dilimlənmiş heyvanın üzərinə limon sıxın, 1 çay qaşığı bal tökün və yüngülcə əzin. Hər səhər və ya axşam istehlak edin. Bu ikili sizi boğaz infeksiyalarından qoruyacaq və daha tez sağalmağınıza yardımçı olacaq.
Kərəviz:
Kərəviz çiy istehlak edildikdə boğaz ağrısını aradan qaldırmağa kömək edir. Bu tərəvəzi rəndələyib üzərinə limon sıxaraq istehlak edə bilərsiniz. Kərəvizdə bol miqdarda C vitamini, kalium, maqnezium, natrium və dəmir var. Bu tərəvəz demək olar ki, 75 faiz su və 25 faiz lifdən ibarətdir. Ondan müntəzəm istifadə boğaz xəstəliklərinə tutulma riskini azaldır.
Soğan suyu:
Təbii antibiotik olan soğan və sarımsağı qış aylarında daha çox istehlak etməyə çalışın. Soğanın tərkibində seliyin tənəffüs yollarından xaric olmasına imkan verən kükürd birləşmələri var. İki orta boy soğanın qabığını təmizləyin, yarıya bölün və bir gün suda saxlayın. Ertəsi gün həmin suyu için. Bu ağrıları və öskürəyi aradan qaldıracaq. Sarımsaq həm bişmiş, həm də çiy halda boğaz infeksiyalarına qarşı təsirlidir. Bu səbəbdən qışda bişirdiyiniz hər yeməyə əlavə edə bilərsiniz.
Bitki və tərəvəzlər:
Çobanyastığı, itburnu kimi bitki çaylarını istehlak etmək boğaz infeksiyalarına qarşı qoruyur.
Zəncəfil, zerdeçal və qara bibəri bal ilə qarışdırıb hər səhər 1 çay qaşığı qəbul etmək boğaz ağrılarını və infeksiyaları aradan qaldırmağa kömək edir. Zəncəfilin daha faydalı olması üçün təzə üyüdülmüş olduğundan əmin olun. Çayın ardınca su içməyin.
Qovrulmuş yaşıl və qırmızı bibərin üzərinə bir az su ilə qarışdırılmış sirkə töküb istehlak etmək sizi boğaz xəstəliklərindən qoruyacaq.
Boğaz ağrısını aradan qaldırmaq üçün bir neçə mixək çeynəmək də olar.
Hər növ infeksiyaya qarşı bol su içməyə çalışın.
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1844 Tarix: 03 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYayda qripdən qorunmaq üçün həkim MƏSLƏHƏTİ
Payız-qış və yaz-yay aylarında insanlar tez-tez qripə yoluxurlar. BİG.AZ bildirir ki, -a açıqlama verən həkim-terapevt Şücaət Həşimov bildirir ki, qripə yoluxmaq təhlükəlidir. "Yaz-yay aylarında vitaminli meyvələr tam yetişmədiyinə görə orqanizmin ressusu aşağı düşür. Bu zaman orqanizmdə vitami
29.08.2021 879 "Miasteniya Gravis" xəstələri vaksin vurdura bilər? - AÇIQLAMA
Elə xəstəliklər var ki, tibb elmi səbəblərini 100 illərdir, sonadək müəyyən edə bilmir. XVII əsrdən tibbə bəlli olan Miasteniya ("əzələ zəifliyi" anlamını verir) xəstəliyi də bu siyahıya aiddir. Miasteniya - immunitetin pozulması nəticəsində baş qaldıran klassik autoimmun əsəb-əzələ xəstəliyidir
08.09.2021 863 Əncirlə süd - 10 dərdə dərmandır
İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?. xəbər verir ki, əncirin insan sağlamlığın
10.08.2021 2433 Koronavirusa qarşı 7 peyvənd vurdurdu
Kolumbiyanın qərbindəki Kali şəhərində bir kişiyə yeddi dəfə koronavirus əleyhinə peyvənd vurulub. -a istinadla xəbər verir ki, kolumbiyalı fərqli peyvəndləmə mərkəzlərində peyvəndləndiyi üçün dərhal aşkar edilə bilməyib. Şəhərin səhiyyə naziri Mierlandi Torres, kişinin yaşının 60-dan yuxarı olduğun
26.08.2021 986 Sağlam üz dərisi üçün 8 "qızıl" QAYDA
Üz dərisini təmiz, sağlam və parlaq etmək üçün əmək verməli, xüsusi olaraq qulluq göstərmək lazımdır. BİG.AZ -a istinadən üz dərsini təmiz edən 8 qızıl qaydanı təqdim edir:. 1 - Günəş qoruyucu kremi evdən çıxmazdan əvvəl çəkin. Günəş kremi günəş yanığı, dəri xərçəngi və erkən qocalmağa qarşı dərini qoruyur
17.08.2021 1695 Günəşlənmənin xeyri və ziyanı - Diqqətli olun!
Hamımız bir az günəşi sevirik. Lakin işıq şüalarına daha çox məruz qalsanız səhhətinizə həqiqətən ziyan vura bilərsiniz. Xeyri. Günəş şüaları bədənimizə dəydiyində D vitamininə çevrilir. Bu güclü sümüklər və dişlər üçün çox əhəmiyyətlidir. Ekzema və sızanaq problemləri olanlar günəşdən faydalanırlar
29.08.2021 641 Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın
Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. B
12.09.2021 1388 Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları
İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. Mütəxəssislər 1761 nəfərin iştirak etdiyi 14 araşdırmanı nəzərdən keçirib. Balı
15.08.2021 780 Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI
Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. Bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir: "Heç bir araşdırma bun
05.09.2021 2454