Dönə-dönə izlədiyimiz Yeni il filmləri

Dönə-dönə izlədiyimiz Yeni il filmləriYeni il gecəsi məclisə, partiyə dəvətli deyilsinizsə, 2022-ni evdə qarşılayacaqsınızsa, sizə bir tövsiyəmiz var! İllərdir izləməkdən doya bilmədiyimiz, hər dəfə bizə Yeni il ab-havası bəxş edən filmlərə yenidən nəzər salın!

BiG.AZ OLAY-a istinadən sizə dönə-dönə izlədiyimiz milad filmlərini təqdim edir.

Birincisi, "Gerçək sevgi" (Love Actually)dir. Ekran işində səkkiz fərqli cütlüyün yeni il ərəfəsi başlarına gələn hadisələrdən bəhs olunub. Onların bir-birilə əlaqəsi olmayan macəraları təsvir edilib.

Dönə-dönə izlədiyimiz Yeni il filmləri"8 qadın" (8 Femmes).

Öldürülmüş bir kişi və səkkiz qadın...Ekran işində xanımlar cinayətlə bağlı reallığı öyrənməyə çalışıb. Film Fransada böyük ailənin Yeni il tətilində bir araya gəlməsi ilə başlayıb. Bir gecə ev sahibi bıcaqlanaraq öldürülüb və evdəki səkkiz qadın şübhə altında qalıb.

Dönə-dönə izlədiyimiz Yeni il filmləri"Təsadüf" (Serendipity).

Filmdə tanış olduqları gecədən sonra illərlə bir-birini axtaran cütlükdən danışılıb. Onlar uzun müddət keçsə də, taleyin yollarını kəsişdirdiyinə inanıblar.

Dönə-dönə izlədiyimiz Yeni il filmləri"Milad oğrusu Qrinç" (How the Grinch Stole Christmas).

Bu filmi dəfələrlə izləmişik. Hər dəfə eyni həyəcanla tamaşa edib, yeni il ab-havasına bürünmüşük.

Dönə-dönə izlədiyimiz Yeni il filmləri"Whoville" qəsəbəsinin hər küçəsində Yeni il coşğu ilə qarşılanır. Qəsəbədəkilərin tək istəyi doğmalarına gözəl hədiyyələr almaqdır.

Amma "Crumpit" dağının təpəsində yaşayan Qrinç Milada nifrət edir və insanların bu bayramı niyə belə sevdiklərini anlamayıb. Tək arzusu onları Yeni ili təntənə ilə qarşıladıqlarına peşman etmək olub. Qrinç planlarını reallaşdırmaq üçün əlindən gələni edib.

Dönə-dönə izlədiyimiz Yeni il filmləri"Ston ailəsi" (The Family Stone).

Ston ailəsi yeni il tətilində Everetin sevgilisi Merediti evə çağırması və onlarla tanış etməsi üçün bir araya gəlib. Bohem tərzli ailə öz stillərinə uzaq olan Mereditə yad idi.

Nyu-Yorklu, varlı və güclü iş qadını onlara məsafəli, soyuq kimi görünüb. Onların mənfi fikrinə görə, pis vəziyyətə düşən gənc qadın bacısından kömək istəyib.

Dönə-dönə izlədiyimiz Yeni il filmləri"Sonuncu məzuniyyət" (Last Holiday).

Corcia Bayard həyatını sistemləşdirməyə çalışan bir qadın olub. Qəfildən eşitdiyi ağır və qorxunc xəbər Corcianı çətin vəziyyətllə üz-üzə qoyub. O, ölümcül xəstəliklə qarşı-qarşıya gəlib və çox az ömrü qaldığını öyrənib. Bundan sonra Avropaya səyahət edib. Lakin bu onun son tətili olub...

Dönə-dönə izlədiyimiz Yeni il filmləri"Home Alone", yəni "Evdə tək". AzTV-nin hər il təkrar-təkrar yayımladığı bu film hər birimizə tanışdır. Balaca Kevinin ailəsi Fransaya tətilə yollanarkən onu evdə unudub. Kevin tək qaldığını anlayıb və evini oğrulardan qorumalı olub. Oğrular-Harri və Marvın niyyəti Kevinin məhəlləsindəki bütün evləri soymaq idi. Amma Kevinin evindən oğurluq etməyin asan olmadığını acı təcrübələrlə anlayıblar.

Dönə-dönə izlədiyimiz Yeni il filmləri"Elf"

Baddi Şimal Qütbündə böyüyüb, elf olub. Lakin boyu uzananda əslində bir insan olduğu ortaya çıxıb. Beləliklə, Baddi atasını tapmaq məqsədilə Nyu-Yorka gedib. Onun dünyasına oxşamayan şəhər Baddiyə bir ata, ana və qardaş qazandırıb. Amma bu insanların Yeni ilə ümidsiz qarşılaması onu təəccübləndirib.

Dönə-dönə izlədiyimiz Yeni il filmləri"Ən yaxşı kişi bayramı" (The best Man Holiday)

Universitetdə dost olan bir qrup 15 il sonra Yeni il üçün görüşüb. Filmdə onların keçmişdə qalan dostluqları, düşmənlikləri, yaşadıqları canlandırılıb.

Dönə-dönə izlədiyimiz Yeni il filmləri"Bayram" (The Holiday)

Simpkins Londonda yaşayan bir köşə yazarı idi. Eyni zamanda həmkarı Casper Bluumu qarşılıqsız sevirdi. Yeni il yaxınlaşarkən Casperin nişanlandığını və başqa həmkarı ilə evlənəcəyini öyrənəndə onun bütün dünyası alt-üst olub.

Digər tərəfdə Los Ancelesdə yaşayan Amanda Vuuds özünə xəyanət edən sevgilisindən yeni ayrılıb və onu unutmağa çalışıb. Taleh onların yollarını kəsişdirib. Bundan sonra isə hər ikisinin həyatındakı yeniliklərdən bəhs olunub.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1585   Tarix: 29 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.