Goranboyda Vətən müharibəsi qazisi daxmada yaşayır? - AÇIQLAMA + VİDEO
Sosial şəbəkələrdə Vətən müharibəsi qazisinin çətin şəraitdə yaşadığına dair videogörüntülər paylaşılıb.
Oxu.Az xəbər verir ki, görüntülərdəki şəxsin Goranboyda yaşayan Vətən müharibəsi qazisi olduğu qeyd edilir. İddialara görə, aidiyyəti qurumlar onun vəziyyəti ilə maraqlanmayıblar və ona hər hansı yardım göstərilməyib.
Paylaşımlarda şəxsin adı və digər məlumatları dəqiq göstərilməyib. İddialar əsasında Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
Rayon icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elnur Xəlilov Oxu.Az-a açıqlamasında vətəndaşın Goranboy sakini olduğunu təsdiq etsə də, onun Vətən müharibəsi qazisi olmadığını bildirdi:
"Görüntülərdəki şəxs Goranboy sakini Vüsal Məhiyəddin oğlu Quliyevdir. O, Vətən müharibəsində iştirak etsə də, rəsmi olaraq ona qazi statusu verilməyib. Onların Goranboyda kifayət qədər torpaq sahələri olub. Bundan əvvəl ona və qardaşına aid olan torpaq sahəsi olub. Onlar torpağın özlərinə aid olan hissəsini satıblar. Bu gün yaşayış şəraitlərinin bu vəziyyətdə olmasının səbəbi şəxsi seçimləridir. Belə ki, hazırda yaşadıqları ərazi onun dayısına məxsusdur. İcra Hakimiyyətindən onun dayısı ilə əlaqə saxlanılıb və ərazidə yaşamalarına icazə ilə bağlı xahiş olunub. Dayısı da torpaqla bağlı heç bir iddiasının olmadığını bildirib və onlara bu ərazidə yaşamaq üçün ev tikmələrinə icazə verib.
Bununla yanaşı Goranboy İcra Hakimiyyəti tərəfindən ailəyə ərzaq yardımı olunub. Eyni zamanda yaşadıqları yerdə yataq dəsti olmadığı üçün altı ədəd döşək, stol-stul, soyuducu və s. kimi yardımlar edilib. Hətta tərəfimizdən onlara müvəqqəti sığınacaq kimi qalacaq yer də təklif olunub. Lakin ailə razı olmayıb. Aidiyyəti qurumlardan da onlara yardım təklif edilib, lakin bu vətəndaşların şəxsiyyət vəsiqələri və digər sənədləri də yoxdur. Təəssüf ki, onlar sənədlərinin qaydaya salınması ilə bağlı təşəbbüs belə göstərmirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Məşğulluq Xidməti, Goranboy Rayon Məşğulluq Mərkəzi tərəfindən ailə qeydiyyata alınıb. Onlara növbəti ildən fərdi məşğuliyyətlə bağlı avtoyuma avadanlıqları veriləcək. Hətta oğlanın anasına xırda təsərrüfat işləri təklif edilmişdi, lakin xanım bundan imtina etmişdir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1371 Tarix: 29 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu
Saatlıda hərbi xidətdən boyun qaçıran şəxs altı ay müddətinə azadlıqdan məhrum edilib. -a istinadən xəbər verir ki, 200-ci il təvəllüdlü Gəray Vəlizadə (adı və soyadı şərtidir) barəsində Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işi başlanıb. Araşdırma zamanı məlum olub ki, G.Vəlizadə 2025-c
10.11.2026 414 İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib. "Qafqazinfo"
10.11.2026 344 Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər
Azərbaycanın tarixinə qızıl hərflərlə həkk edilmiş Zəfər salnaməsinin hər səhifəsində Azərbaycan əsgər və zabitinin qəhrəmanlığı və Vətən sevgisi dayanır. Bu Zəfər təkcə müasir silahların, hərbi strategiyanın və döyüş taktikasının nəticəsi deyil, Vətən torpağı uğrunda canından keçməyə hazır olan mər
10:58 164 Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili
10:26 178 Zəfərin Xankəndidən ucalan səsi
Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə
10:48 199 Ermənistanda müxalifət nümayəndəsinin ölümü araşdırılır
Ermənistanın İstintaq Komitəsi müxalifətdəki "Güclü Ermənistan" partiyasının üzvü Arsen Gevorgyanın məhkəməyəqədər həbsdə ölümü ilə bağlı cinayət işi açıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Nəşrin məlumatına görə, "Güclü Ermənistan" partiyasından Stepanavan icmasının rəhbər
10:55 146 Yaşadığı evdən meyiti tapıldı
Bərdədə 40 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Qarağaclı kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü İlqar Muradovun meyiti yaşadığı evdə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı Bərd
10.11.2026 312 Məşq bazasında huşunu itirən Kompani "Bavariya"ya qayıtdı
"Bavariya"nın baş məşqçisi Vensan Kompani səhhətində yaranan problemlərdən sonra klubun düşərgəsinə qayıdıb. xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 40 yaşlı belçikalı mütəxəssis bu gün səhər saatlarında Münhendəki "Zəbener Ştrasse" bazasına gəlib və klubu
10.11.2026 279 84 yaşlı milyarder 26 illik sevgilisi ilə evləndi
ABŞ-ın "Bloomberg" şirkətinin qurucusu, milyarder Maykl Blumberq 26 ildir münasibətdə olduğu Diana Teylorla ailə qurub. xarici mediaya istinadən xəbər verir ki, 84 yaşlı milyarderlə 71 yaşlı sevgilisinin toy mərasimi noyabrın 9-da Manhettendəki evlərində keçirilib. Təmtəraqsız təşkil oluna
10.11.2026 339