Kreditlə ev almaq istəyənlərin NƏZƏRİNƏ: Mənzil bazarında ... - VİDEO

Kreditlə ev almaq istəyənlərin NƏZƏRİNƏ: Mənzil bazarında ... - VİDEOİpoteka kreditləri. Əksər insanlar indiki dövrdə ev almaq üçün çalışırlar ki, belə kreditlərdən istifadə etsinlər. Eyni zamanda bu istiqamətdə həyata keçirilən bir neçə əlavə layihə də var ki, məsələn, sosial evlər, kirayə yolu ilə mənzil almaq, bunlardan da yararlanmaq olar. Ancaq nə qədər əlçatandır belə yollar? Vətəndaşları qane edirmi şərtlər? Çünki biz bilirik ki, bazarda qiymətlər olduqca bahadır. Bəs İpoteka şərtləri necə? Sərfəlidirmi?

Mənzil sahibi olmaq hər bir evsiz vətəndaşın arzusudur. Xüsusilə, gənc ailələr, ya da ailə qurmağa hazırlaşanlar çalışırlar ki, daha sərfəli şərtlərlə ev əldə etsinlər. Qiymətlər isə heç də əlçatan deyil. Belə olan halda əksəriyyət ipateka bazarına üz tutur. Düzdür, son illər bu istiqamətdə bir sıra layihələrin icrasına başlanıb. Sosial və kirayə yolu ilə mənzillərin satışı həyata keçirilir. Ancaq burada da şərtlər vətəndaşları qane etmir. Ya sənədləşmə və qeydiyyat proseduru mürəkkəb, ya da ilkin və aylıq ödənişlər çox olur.

Ekspert Turab Rzayev deyir ki, bu tip mənzillər əhalinin orta və aşağı orta təbəqəsinin təminatı üçün nəzərdə tutulsa da, reallıqda həmin tələbləri ödəmir. Onun sözlərinə görə,belə mənzillərin sayı dakifayət qədər məhduddur.

Turab Rzayev həmçinin kirayə mənzillərin bazar qiymətlərindən yüksək olduğu qənaətindədir.

İqtisadçı ekspert Eldəniz Əmirov isə mənzillərin bahalığını tikinti bazarındakı qiymət artımı ilə əlaqələndirir.

Millət Vəkili Vüqar Bayramov deyir ki, gələcəkdə güzəştli ipoteka kreditlərinin şərtlərində müəyyən sadələşdirmələr etmək olar. Həmçinin sosial və kirayə mənzil əldə etmək istəyənlərin də kateqoriyasını genişləndirmək mümkündür.

İpoteka və Kredit Zəmanət Fondundan xəbər ertəsinə bildirildi ki, Cari ildə Fondun vəsaiti hesabına 5100 nəfərdən çox vətəndaşa 342,7 mln. manat məbləğində ipoteka, o cümlədən güzəştli ipoteka krediti verilib. Bu rəqəm Fondun fəaliyyətə başladığı 2006-cı ildən etibarən ən yüksək göstəricidir. Ümumilikdə isə 2020-ci ilin anoloji dövrü ilə müqayisədə builki kreditlərin həcmində 43% faiz artım müşahidə olunub. İndiyədək 36 mindən çox ailə ipoteka krediti hesabına, 1259 ailə isə kirayə mexanizmi çərçivəsində mənzil şəraitini yaxşılaşdırıb.(xəzərxəbər)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1069   Tarix: 25 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zəfərin Xankəndidən ucalan səsi

Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə

10:48 220
.

İranlı futbolçuları daşıyan təyyarənin enişinə icazə verilmədi

İraq hakimiyyəti İranın futbol üzrə milli komandasını daşıyan təyyarənin Bəsrə hava limanına enişinə icazə verməyib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisə noyabrın 10-da baş verib. Bəsrə hava limanının iki rəsmisinin sözlərinə görə, qərar ABŞ-ın İran aviaşirkətlərinə qarş

10.11.2026 314
.

Bəbir evlərinin qarşısında oynayan uşağı parçaladı

Hindistanın Qucarat ştatında bəbir evinin yaxınlığında oynayan 8 yaşlı uşağa hücum edərək onu öldürüb. xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı uşağın valideynləri tarlada işləyirmiş. Məlumata görə, meşəlik ərazidən qəfil çıxan yırtıcı azyaşlıya hücum edərək onu meşəyə sürükləməyə başlayıb

10.11.2026 379
.

Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən şadlıq saraylarından birində oğurluq hadisəsi baş verib. Naməlum şəxs məclis iştirakçılarına məxsus 4 mobil telefonu ələ keçiriblər. -in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə oktyabrın 26-da Xırdalanda yerləşən "Abşeron" şadlı

10:13 167
.

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib. "Qafqazinfo"

10.11.2026 353
.

Prezident həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanmas

12:32 154
.

Zelenski bugünkü görüşdən yazdı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, Zelenski bu haqda öz teleqram kanalında yazıb. "Üçtərəfli format konstrukti

10.11.2026 294
.

Sarsılmaz müttəfiqlik, ortaq strateji hədəflər

Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad

11:48 175
.

Ərdoğanla Quterreş Əliyevi qarşıladılar - Canlı

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib. "Qafqazinfo" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan v

12:41 133
.