Paşinyan bəzi hərbçiləri cəzalandıracağının anonsunu verib

Paşinyan bəzi hərbçiləri cəzalandıracağının anonsunu verib"Mən etdiyim səhvi heç vaxt təkrarlamaram. Ordu ilə bağlı hər hansı məsələni açıq müzakirə etməkdən imtina edirəm".

"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunları ölkənin baş naziri Nikol Paşinyan bu gün onlayn keçirdiyi mətbuat konfransında hansı silah və hərbi texnikanın alınması ilə bağlı sualı cavablandırarkən deyib.

Baş nazir özünümüdafiə sistemində əsaslı islahatlar mövzusunun müzakirə olunub-olunmaması ilə bağlı suala belə cavab verib: "Mən incəliklərlə bağlı məsələləri, ordu ilə bağlı konkret mövzuları müzakirə etməyəcəm və hamıya bunları açıq müzakirə etməməyi məsləhət görürəm.

Amma bizim silahlı qüvvələrlə bağlı bütün yanaşmalarımız Ermənistan Respublikası hökumətinin fəaliyyət proqramında öz əksini tapıb. Orada hər şey qeyd olunub və proseslər onun çərçivəsində baş verəcək".

Məğlub olan yüksək rütbəli zabitlərin niyə işdən çıxarılmamasına, onların yerinə müharibədə ən yaxşı xidmətləri olanların namizəd göstərilməməsinə gəlincə, Paşinyan deyib: "Zabitlərə gəlincə, bu vacib məsələdir. Ancaq hər şeyi qarışdırmamaq üçün çox diqqətli olmalısınız. Elə hallar olub ki, hansısa komandir şöhrət qazanıb, amma sonrakı araşdırma zamanı məlum olub ki, hər şey heç də belə deyil. Yalan məlumat verən bütün şəxslər cəzalandırılıb, cəzalandırılır və cəzalandırılacaq. Bu, gündəmdə olan çox vacib məsələdir, amma təfərrüat vermək istəmirəm".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 775   Tarix: 25 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda həyat yoldaşının soyadını götürən kişilərin sayı açıqlandı

Azərbaycanda cari ilin ilk altı ayı ərzində nikah bağlandıqdan sonra 18 kişi həyat yoldaşının soyadını qəbul edib. xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, ölkəmizdə 2025-ci ildə 52, 2024-cü ildə 62, 2023-cü ildə isə 109 kişi nikaha daxil olan zaman həyat yoldaşını

15.08.2026 193
.

İsveçrədə görünməmiş quraqlıq: Suyun istifadəsinə limitlər qoyuldu

İsveçrənin bir sıra kantonlarında kəskin istilər və quraqlıq səbəbindən suyun istifadəsinə məhdudiyyətlər tətbiq olunmağa başlanıb. xəbər verir ki, bu barədə "Blick" nəşri məlumat yayıb. Müxtəlif kantonlarda fərqli qadağalar qüvvəyə minib. Məsələn, Arqau bölgəsində qazonların sulanması, hovuzları

15.08.2026 162
.

Koreya yarımadasında sülh: Cənubi Koreya lideri KXDR-lə gərginliyi azaltmağın yollarından danışıb

Cənubi Koreya (Koreya Respublikası) lideri Li Çje Myon Koreya yarımadasının Yapon işğalından azad edilməsinin 81 illiyi ərəfəsində Şimali Koreya (KXDR) ilə sülh şəraitində birgə yaşamaq təklifini irəli sürüb. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. "Dünyanın fərqli bölgələrindəki müharibələri

15.08.2026 159
.

Bakıda iş rejimi ONLAYN OLA BİLƏR - Avqustun 15-dən...

Bakıda Yaşıl və Qırmızı metro xətlərinin ayrılması ilə bağlı aparılan işlər şəhərin mərkəzi hissəsində fəaliyyət göstərən şirkət və ofislərin iş rejiminə də təsir göstərə bilər. Referans Media xəbər verir ki, Bakı Metropoliteninin Yaşıl və Qırmızı xətlərinin ayrılması layihəsi çərçivəsində müəyyən müddə

00:38 289
.

"Nizami" və "Cəfər Cabbarlı" stansiyaları arasında yeni şaxta qurulur

"Bakı Metropoliteni "yaşıl" xətt üzrə havalandırma sisteminin yaxşılaşdırılması məqsədilə daha bir şaxtanın inşasına başlayıb". Bunu -a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, şaxta "Nizami"

15.08.2026 152
.

Azərbaycanda aqrar sahədə nəticəəsaslı subsidiyalaşdırma modelinə keçid təklif olunur

Azərbaycanda kənd təsərrüfatına dövlət dəstəyinin səmərəliliyini artırmaq üçün subsidiya mexanizmlərinin yenidən nəzərdən keçirilməsi və nəticəəsaslı subsidiyalaşdırma modelinə mərhələli keçid imkanlarının araşdırılması təklif olunur. "Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir

15.08.2026 160
.

Livan mediası: İsrailin aviazərbəsi nəticəsində ölkənin cənubunda altı nəfər həlak olub

İsrail Müdafiə Ordusunun Livanın cənubuna endirdiyi zərbələr nəticəsində altı nəfər həlak olub. "Report" "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, bu barədə Livanın xəbər portalları məlumat yayıb. Zərbə "Hizbullah" qruplaşmasının infrastruktur obyektlərin

15.08.2026 190
.

Məktəblərdə dərslərin başlama vaxtı dəyişir? - "08:00-dan daha gec…"

Azərbaycanda məktəblərdə dərslərin başlama saatının 08:00-dan daha gec vaxta keçirilməsi məsələsi gündəmə gətirilib. Belə ki, bununla bağlı yazı dərc edərək, xüsusilə yeniyetmələrin yuxu rejimi, dərsə diqqəti və təhsil nəticələri baxımından dərslərin daha gec başlamasının mümkün üstünlüklərini müzakirəy

00:32 282
.

Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb

Bu ilin yanvar-iyul aylarında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) gəmi-bərələri ilə ümumilikdə 623 min 682 ton TIR və avtotexnika daşınıb. "Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58 min 458 ton və ya 10 % çoxdur

15.08.2026 172
.

TOP MP3