Azərbaycana gətirilən yumurtalarda xəstəlik təhlükəsi yoxdur?

Azərbaycana gətirilən yumurtalarda xəstəlik təhlükəsi yoxdur?Movqe.Az xəbər verir ki, Baytarlıq Xidməti salmonellyoz təhlükəsi olan yumurtaların gətirilməsi ilə bağlı münasibət açıqlayıb.

Dövlət Baytarlıq Xidməti (DBX) bir sıra kütləvi informasiya vasitələrində Azərbaycana Ukrayna, Belarus kimi ölkələrdən salmonellyoz xəstəliyi təhlükəsi olan yumurtaların gətirilməsi ilə bağlı yazılara münasibət açıqlayıb.

Lakin DBX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin ANS PRESS-ə verdiyi məlumata görə, belə fikirlərin və yayılan məlumatın heç bir əsası yoxdur və qəbuledilməzdir. "Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev iddia edir ki, Azərbaycana Ukrayna, Belarus kimi ölkələrdən salmonellyoz xəstəliyinin təhlükəsi olan yumurtalar gətirilir. Məlumatda vurğulanır ki, gətirilən yumurtalar yoxlanılmadan ölkəyə idxal olunur. Bu məlumatların heç bir əsası yoxdur".

Onun sözlərinə görə, dövlət baytarlıq nəzarətində olan yüklərin ölkəyə idxalı zamanı yükü ixrac edən ölkənin epizootik durumu barədə Ümumdünya Heyvan sağlamlığı Təşkilatının (BEB) rəsmi məlumatı əsas götürülür. Gətirilən yük "Qurudayaşayan Heyvanların Sanitar Məcəlləsi"nin təblərinə uyğun olaraq baytarlıq sertifikatı, keyfiyyət vəsiqəsi və s. baytarlıq sənədləri ilə müşayiət olunur. Sözügedən sənədləri imzalayan dövlət baytarlıq xidməti orqanları bu sənədlər üçün məsuliyyət daşıyırlar.

"Eyni zamanda bildiririk ki, salmonellyoz xəstəliyinin təlimatına əsasən ölkənin hər hansı təsərrüfatında xəstəlik baş verərsə bu zaman məhdudiyyət ölkəyə yox, yalnız xəstəlik baş vermiş təsərrüfata tətbiq edilir. Odur ki, Ukraynadan ölkəmizə idxal olunan yumurta salmonellyoz baş vermiş təsərrüfatdan deyil, sağlam təsərrüfatdan (ərazilərdən) idxal edilir.

Ukraynadan gətirilən mətbəx yumurtasından götürülən nümunələr dövlət tərəfindən akkreditə olunmuş Respublika Baytarlıq Laboratoriyasında baytarlıq-sanitariya ekspertizasından keçirilib və salmonellalar mövcud olmayıb. Odur ki, yoxlanılan nümunələr baytarlıq-sanitariya cəhətdən yararlı olub".

mənbə: movqe.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1736   Tarix: 16 iyul 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Rənglər sağlamlığınızın qeydinə qalır

Yeməklərdəki rəngarənglik iştahanı artırır. Elə buna görə də aşpazlar yemək hazırlayarkən daha çox tərəvəzdən istifadə etməyə çalışırlar. Axşam.az xəbər verir ki, tərəvəzlərdəki rəngarənglik sağlamlığa da xeyirlidir. Bənövşəyi. Bu rəngdə olan tərəvəzlər sinir sisteminin sağlamlığı üçün yaxşıdır. Bu rən

30.03.2024 544
.

Səhər qəhvə içmək zərərlidir - SƏBƏB

Mütəxəssislər qəhvə içmək üçün ən yaxşı vaxtın yuxudan oyandıqdan bir neçə saat sonra olduğunu iddia edirlər. xarici mətbuata istinadən xəbər verir ki, acqarına çox erkən qəhvə içmək kortizol səviyyəsini artıra və həmçinin həzm problemlərinə səbəb ola bilər. Həddindən artıq kortizol səviyyəsinin depressiyay

26.02.2024 1165
.

Sarımsaq yeyən insanlara daha bir MÜJDƏLİ xəbər

Yeməklərinizə sarımsaq əlavə etmək, xüsusilə 40 yaşdan yuxarı olanlar üçün sağlamlığı heyrətamiz gücləndirən bir strategiya ola bilər. xarici mətbuata istinadla xəbər verir ki, sarımsaq yalnız yeməklərə ləzzətli bir əlavə deyil, həm də xüsusilə 40 yaşdan yuxarı insanlar üçün qidalandırıcı bir güc mərkəzidir

10.03.2024 1440
.

Yuxu zamanı ağızdan axan maye nəyi göstərir?

Yuxu zamanı ağızdan axan suyun ölümcül xəstəliklərin əlaməti ola biləcəyi vurğulanıb. Yuxu zamanı suyun axması ümumiyyətlə normal fizioloji prosesdir. Yuxu zamanı bədən rahatlaşır və əzələlər rahatlaşır. Bu, həmçinin ağız və boğaz əzələlərinin rahatlamasına səbəb olur ki, bu da tüpürcəyin sərbəst axmasın

11.02.2024 1117
.

Çayı əsla belə içməyin - ciddi xəstəliklər yaradır

Çox isti çay və ya hər hansı isti içki ağız, boğaz və həzm sisteminə ciddi şəkildə zərər verə bilər. BİG.AZ -a istinadən bildirir ki, mütəxəssislər bununla bağlı xəbərdarlıq edib. Bildirilir ki, içkilər 65 dərəcədən yuxarı istilikdə içildikdə qida borusunda yanma və qıcıqlanmaya səbəb olan ezofagit xəstəliyinə

18.02.2024 1767
.

Xərçəng xəstəliyi riskini ən çox artıran qida açıqlanıb

Qırmızı ətin normadan artıq istehlakı bağırsaq və prostat vəzi xərçəngi xəstəliyinə tutulmaq riskini artırır. "Report" xəbər verir ki, belə bir xəbərdarlıqla Türkiyənin tanınmış onkoloqu Nilüfər Avcı çıxış edib. Mütəxəssis qeyd edib ki, xərçəng dünyada ən çox insan ölümünə səbəb olan xəstəliklərdəndir

28.01.2024 2083
.

Müvəqqəti korluq insulta səbəb ola bilər

Mütəxəssislər insultdan bir neçə saat əvvəl baş verən qeyri-adi əlaməti açıqlayıblar. xarici mətbuata istinadən xəbər verir ki, insultdan əvvəl müvəqqəti korluq yaranır. Adətən bir neçə saniyədən bir neçə dəqiqəyə qədər davam edən qısamüddətli görmə itkisi müxtəlif səbəblərdən yarana bilər. Məlumdu

07.04.2024 445
.

Yaşlanmanı gecikdirən qidalar

Bilirik ki, yediklərimiz sağlamlığımıza böyük təsir göstərir. Çoxumuz yeməklərimiz üçün sağlam qidalar seçmək üçün əlimizdən gələni edirik. Bol tərəvəz istehlak etmək, işlənmiş ət və şəkəri minimuma endirmək sağlam yaşlanma üçün yaxşı başlanğıcdır. Axşam.az xəbər verir ki, seçdiyimiz qidalardan bəzilər

21.01.2024 1326
.

İnfarktı bir ay öncədən bilmək olur

Bəzi əlamətlər infarktı 1 ay əvvəldən müəyyən etməyə imkan verir. xəbər verir ki, sinə ağrısı, sinə içində ağırlıq və ürək döyüntüsünün artması infarktdan bir ay əvvəl baş verə biləcək ümumi simptomlardır. Bədəniniz ürəyə qan və oksigen axınının azalması ilə mübarizə apardıqca bu simptomlar inkişaf edir

20.03.2024 1032