Ermənistan dövlət sərhədində genişmiqyaslı təxribat törədib: Hərbçilərimiz yaralanıb - RƏSMİ
Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11.00 radələrində qəfil hərbi əməliyyata başlayıb.
Basarkeçər və Qarakilsə rayonlarında yerləşən sərhəd-döyüş mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika cəmləşdirən Ermənistan hərbi bölmələri Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum edib.
Qarşı tərəf Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutaraq döyüş postlarımıza atəşlə zərər vurub. Nəticədə ilkin məlumata görə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Yaralılara dərhal ilkin tibbi yardım göstərilib. Hazırda onların həyatları üçün təhlükə yoxdur.
Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Kəlbəcər və Laçın istiqamətində yerləşən birlik və qüvvələr tərəfindən dərhal təxirəsalınmaz əməliyyat həyata keçirilib. Əvvəlcə qarşı tərəfin hərəkəti məhdudlaşdırılıb, onun qüvvə və vasitələrinə zərər vurulub. Görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçiləri tərksilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib.
Genişmiqyaslı təxribat törətməklə qısa müddətli üstünlüyə nail olmaq istəyən Ermənistan hərbi bölmələrinin hücumu əməliyyat-taktiki baxımından tam iflasa uğrayıb və növbəti dəfə rəsmi Yerevanın təxribat törətmək cəhdi uğursuzluqla nəticələnib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2021 Tarix: 16 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Bəzi azərbaycanlılar üçün sosial şəbəkədə "abır" qalmayıb"
Müğənni Nadir Qafarzadə bəzi sosial media istifadəçilərini sərt tənqid edib. Axşam.az xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında yayımladığı videoda danışıb. O, sosial mediadan istifadə edən şəxslərin çoxunun etik normalara riayət etmədiyini vurğulayıb:. "Hazırda Moskvadayam. Hava da istidir
20.05.2026 179 İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncama əsasən, 2008-c
20.05.2026 288 "Crystal Awards" mükafatlandırılma mərasimi baş tutdu
Bu günlərdə "Crystal Awards" mükafatlandırma mərasimi keçirilib. Artıq üçüncü dəfə təşkil olunan tədbir müxtəlif sahələrdə uğur qazanan şəxslərin, şirkətlərin və brendlərin bir araya gəldiyi nüfuzlu platformalardan biri hesab olunur. xəbər verir ki, "Crystal Awards" layihəsi adətə
20.05.2026 244 Pompeydə 2000 əvvəl vulkan püskürməsi zamanı həlak olmuş həkimin qalıqları tapıldı
Arxeoloqlar ehtimal edirlər ki, eramızın 79-cu ilində Vezuvi vulkanının püskürməsi nəticəsində məhv olan qədim Roma şəhəri Pompeydə tapılan insan qalıqlarından biri həkim ola bilər. Bu qənaət onun yanında aşkar edilən əşyaların təhlilindən sonra irəli sürülüb. Qaynarinfo xəbər verir ki, bu barədə "Th
20.05.2026 162 Azərbaycanda ən çox maaşı hansı sahədə işləyənlər alır?
Azərbaycanda ortaaylıq əməkhaqqı məbləği 1 151 manata çatıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk rübündə ortaaylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6.2 faiz artıb. Qaynarinfo xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşı
20.05.2026 378 Türkiyədə güclü zəlzələ oldu
Malatyanın Battalqazi rayonunda 5,6 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Təcili Yardım İdarəsi (AFAD) məlumat yayıb. AFAD-ın məlumatına görə, zəlzələnin episentri Battalqazi olaraq elan edilib və zəlzələ Diyarbəkir, Qaziantep, Kahramanmaraş, Hatay və Adana kim
20.05.2026 205 Qabil Abbasoğlu: Media dayanıqlı şəhər inkişafı və iqlim davamlılığı üzrə ictimai məsuliyyəti gücləndirir
Dayanıqlı şəhər inkişafı, mənzil əlçatanlığı və iqlim dəyişiklikləri müasir medianın diqqət mərkəzində olan əsas mövzulardandır. "APA-Economics" xəbər verir ki, bunu WUF13 çərçivəsində "Media as a Driver of Public Discourse on Housing and Urban Resilience" ("Medianın mənzil v
20.05.2026 153 Çinin Yaxın Şərqdən aprel ayında neft idxalı azalıb, Rusiyadan neft tədarükü artıb
Çərşənbə günü dərc edilən gömrük məlumatlarına görə, Çinin ən böyük təchizatçısı olan Rusiyadan xam neft idxalı ötən ay 8,97 milyon ton və ya gündə 2,18 milyon barel təşkil edib ki, bu da illik müqayisədə 11% çoxdur. BİG.AZ France 24-ə istinadən xəbər verir ki, Çinin Rusiyadan neft idxalını dahada artıracağ
20.05.2026 196 Uitkoff yenə Moskvaya gəlir - Dmitriyev açıqladı
ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoffun tezliklə Rusiyaya səfər edəcəyi gözlənilir. "AzPolitika" xəbər verir ki, bunu Rusiya Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi Kirill Dmitriyev Rusiya mediasına açıqlayıb. Jurnalist Aleksandr Yunaşe
20.05.2026 155