"Raffles" Dubayda yeni çimərlik oteli açır - FOTO-VİDEO

"Raffles" Dubayda yeni çimərlik oteli açır - FOTO-VİDEODubayda qış mövsümü ərəfəsində qapılarını açan bu məşhur otel - şəhərdəki ikinci "Raffles" və Yaxın Şərqdəki ilk kurort - şəhərin həyat tərzi, restoranları və otellərinə əlavə olunan lüks və çoxdan gözlənilən bir yenilikdir.

Yeni kurort oteli əfsanəvi "Raffles" brendini tanıtdıran ən yaxşı çəhətləri özündə birləşdirərək, qonaqlara geniş otaqlar, yüksək səviyyəli qastronomiya və istirahət üçün möhtəşəm fürsətləri, o cümlədən 500 metr uzunluğu olan şəxsi çimərlik və 23 müalicə otağı, cütlüklər üçün iki xüsusi otağı və qapalı hovuzu olan, mükafatları ilə seçilən "Cinq Mondes" Paris spasını təklif edir. Əsl rifah oazisi olan spa-mərkəz qonaqları brend gözəllik-baxım vasitələrinin və masajların cavanlaşdırıcı təsirini yoxlmağa, habelə yoga studiyasına, iki ənənəvi hamama və ya tam təchiz olunmuş idman salonuna baş çəkməyə dəvət edir.

"Raffles The Palm Dubai" qonaqlara klassik tərzdə mebeli, inanılmaz mənzərəli eyvanı və ya terrası olan, zərif bəzədilmiş, geniş lüks otaqlar təklif edir. Maksimum məxfilik səviyyəsinə dəyər verənlər buradakı villalardan birini bron edə bilərlər.

"Raffles The Palm Dubai"ın idarəedici direktoru Ayman Qərib bildirir: ""Raffles The Palm Dubai" oteli hər qonağa bənzəri olmayan istirahət və yaşayış zəmanəti verir. Biz qonaqlarımızı onlara hər şeyin ən gözəlini, hətta daha artığını təqdim edərək qarşılayırıq, dost kimi yola salırıq və əziz ailə üzvləri kimi həmişə yenidən qarşılamağa hazırıq".

Oteldə 389 lüks otaq var. Aralarında "Deluxe", "Premier Ocean", "Premium Club Palm" və "Premium Club Terrace Rooms" olan otaqların sahəsi 61 kv.m-dən 203 kv.m-dəkdir. Genişlik sevən ailələrə və qonaqlara bir neçə kateqoriyadan olan lüks otaqlar uyğun gələr: "Duplex", "Signature Ocean", "Premier One Bedroom Palm", "Raffles Presidential" və "Raffles Royal". Onların ərazisi 100 kv.m-dən 750 kv.m-dəkdir. Bütün lüks otaqların pəncərələrindən Fars körfəzinə və ya Dubay şəhərinə gözəl panoram mənzərələr açılır.

"Raffles The Palm Dubai"ın qonaqları, həmçinin, hər biri özündə otelin şahanə üslubunu cəmləşdirən villalardan birini də sifariş edə bilərlər. Müvafiq olaraq 950 kv.m və 1050 kv.m ərazisi olan "Raffles Royal" və "Raffles Imperial" villaları yüksək məxfilik və rahatlıq səviyyəsi ilə fərqlənir: burada hündür tavanlar, dörd yataq otağı var, villalar qumlu çimərlik və ətirli bağların yaxınlığındadırlar. Hər villanın özünün spa-zonası və şəxsi hovuzu var.

Otelin klassik interyerinin yaradılması üzərində Avropanın ən yaxşı ustaları çalışıb. Burada İtaliyanın məşhur "Francesco Molon" atelyesinin 70.000 mebel əşyası və "Swarovski" kristallarından hazırlanan 6000-dən çox çilçıraq istifadəyə verilib. Otelin interyerində əsl qızıldan və gümüşdən, eləcə də Portuqaliyadan idxal olunan unikal mərmərdən istifadə olunub. Mebelin vəziyyətinə isə hər detala diqqət yetirən, mebeli cilalayıb parıldadan "mebel kuratoru" nəzarət edir.

"Raffles The Palm Dubai"a gələn hər kəs VIP kimi qarşılanır və 24 satlıq əfsanəvi "Raffles" batlerlər (qulluqçular) xidmətindən faydalana bilər. Həmişə qonaqların qulluğunda olan batlerlər onların hər bir istəyinə diqqətlə yanaşırlar. Şəhər həyatı ilə yaxşı tanış olan "Raffles" batlerləri konsyerj xidmətləri də göstərə və qonaqlara Dubayda qalmağı planlaşdırmaqda yardım edə bilərlər.

Dubayın yeni "Raffles"ində qalmağın səbəblərindən biri də yüksək səviyyəli qastronomiyadır. Səhər yeməyi, nahar və şam yeməyi üçün açıq olan "Le Jardin" möhtəşəm yeməklərini açıq terrasda, gözəl bağlara, "Palm Cumeyra" adasına açılan mənərəli lüks atmosferdə təqdim edir. "Matagi"də təcrübəli baş-aşpazlar komandası "itameşi" kimi də tanınan italyan və yapon mətbəxindən ibarət eksklüziv "fusion-menu" təklif edəcək.

Musiqi həvəskarları, çox güman ki, "Sola" launj məkanını bəyənəcəklər. Burada məşhur musiqiçilərin ifasında səslənən caz musiqisini dinləmək, eləcə də yemək və içki sifariş etmək mümkündür. "Raffles Patisserie" şirniyyat evi müasir, eləcə də klassik fransız və italyan un məmulatları, təzə çörək hazırlayır. Şirniyyat evini Canluka Quintsoni idarə edir. O, İtaliyanın ən qədimi şirniyyat evlərindən olan, dünya şöhrətli "Cova"da təcrübə keçib.

Lüks klub otaqlarında qalan qonaqlar üçün nəzərdə tutulan "Raffles Club Lounge" klub launjı nəfəs kəsən panoram mənzərələri ilə göz oxşayacaq. Buradan ideal gün batışı mənzərəsi açılır. Klub launjının xidmətlərinə daxildir: gündəlik səhər yeməyi, nahar, naharsonrası çay süfrəsi, aperitif və şam yeməyinə müxtəlif çeşidli menyu, məxfi qeydiyyat və canlı musiqi.

Xarizmatik türk-italyan kulinariya direktoru Batuxan Pyattinin nəzarəti altında "Piatti" lüks çimərlik restoranı dəniz məhsullarından ibarət yeməkləri dadmağa dəvət edir. Əfsanəvi naharsonrası çay süfrəsi "Blüthner Hall" zalında açılır. Bu zal sifarişlə hazırlanan və məkanın atmosferinə şahanə ton qatan "Blüthner Louis XIV" royalının şərəfinə adlandırılıb.

Bronlaşdırma etmək üçün + 971 (0) 4 248 8888 nömrəsinə zəng edin və ya www.rafflesthepalmdubai.com saytına daxil olun.

"Raffles" Dubayda yeni çimərlik oteli açır - FOTO-VİDEO"Raffles" Dubayda yeni çimərlik oteli açır - FOTO-VİDEO"Raffles" Dubayda yeni çimərlik oteli açır - FOTO-VİDEO"Raffles" Dubayda yeni çimərlik oteli açır - FOTO-VİDEO"Raffles" Dubayda yeni çimərlik oteli açır - FOTO-VİDEO"Raffles" Dubayda yeni çimərlik oteli açır - FOTO-VİDEO"Raffles" Dubayda yeni çimərlik oteli açır - FOTO-VİDEO"Raffles" Dubayda yeni çimərlik oteli açır - FOTO-VİDEO"Raffles" Dubayda yeni çimərlik oteli açır - FOTO-VİDEO"Raffles" Dubayda yeni çimərlik oteli açır - FOTO-VİDEO"Raffles" Dubayda yeni çimərlik oteli açır - FOTO-VİDEO"Raffles" Dubayda yeni çimərlik oteli açır - FOTO-VİDEO"Raffles" Dubayda yeni çimərlik oteli açır - FOTO-VİDEO"Raffles" Dubayda yeni çimərlik oteli açır - FOTO-VİDEO"Raffles" Dubayda yeni çimərlik oteli açır - FOTO-VİDEO"Raffles" Dubayda yeni çimərlik oteli açır - FOTO-VİDEO"Raffles" Dubayda yeni çimərlik oteli açır - FOTO-VİDEO"Raffles" Dubayda yeni çimərlik oteli açır - FOTO-VİDEO"Raffles" Dubayda yeni çimərlik oteli açır - FOTO-VİDEO"Raffles" Dubayda yeni çimərlik oteli açır - FOTO-VİDEO"Raffles" Dubayda yeni çimərlik oteli açır - FOTO-VİDEO"Raffles" Dubayda yeni çimərlik oteli açır - FOTO-VİDEO"Raffles" Dubayda yeni çimərlik oteli açır - FOTO-VİDEO"Raffles" Dubayda yeni çimərlik oteli açır - FOTO-VİDEO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1205   Tarix: 16 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Sarsılmaz müttəfiqlik - ortaq strateji hədəflər

Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad

12:17 225
.

Fulya Öztürk Aygün Kazımovanın mahnısını paylaşdı

Türkiyəli jurnalist Fulya Öztürk Xalq artisti Aygün Kazımova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, müğənninin "Bilirəm" klipindən görüntülərini yayımlayaraq "Son zamanlarda bu mahnı ən sevdiyim oldu" sözlərini yazıb. Qeyd edək ki, mahnının sözləri Leyla Əliyevaya, musiqis

11:28 271
.

Prezidentin Xankəndidən xalqa ünvanlanan təbriki böyük maraqla qarşılanıb

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına Xankəndidən ünvanladığı təbriki tarixi Qələbəmizin siyasi, hərbi, mənəvi və ideoloji əhəmiyyətini bir daha nümayiş etdirir. Təbrikin məhz Xankəndidə, Zəfər tağının önündə səsləndirilməsi Azərbaycanın dövlət suverenliyinin, milli iradəsini

10:40 264
.

Prezidentlərin diqqətini çəkən XTQ zabiti kimdir? - Video

8 Noyabr - Zəfər Günü Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanla səmimi söhbəti ilə yadda qalan zabitin görüntüləri hər kəsdə maraq doğurub. Bəs dövlət başçılarının yanında dayanan və Prezident İlham Əliyevin qürurla bəhs etdiyi qəhrəman zabit kimdir?. "Qafqazinfo"nun məlumatına görə

15:16 240
.

Uşaq bağçaya getmək istəmirsə... valideynlər bunları etməlidir

Səhərlər uşaq bağçasının qapısı qarşısında ağlayan uşaqlarla bir çox valideyn qarşılaşır. Uşaq anasının və ya atasının əlindən yapışaraq evdə qalmaq istəyir. Əksər hallarda bu davranış şıltaqlıq deyil, yeni mühitə uyğunlaşma prosesinin bir hissəsidir. Adətən uyğunlaşma iki-dörd həftə davam edir. xaric

18:45 0
.

Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir

Prezident İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı təbrik müraciəti tarixi Qələbəmizin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir daha nümayiş etdirib. Dövlətimizin başçısının müraciətini məhz Xankəndidə, şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfə

11:14 262
.

İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi

8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind

12:11 253
.

Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər

Azərbaycanın tarixinə qızıl hərflərlə həkk edilmiş Zəfər salnaməsinin hər səhifəsində Azərbaycan əsgər və zabitinin qəhrəmanlığı və Vətən sevgisi dayanır. Bu Zəfər təkcə müasir silahların, hərbi strategiyanın və döyüş taktikasının nəticəsi deyil, Vətən torpağı uğrunda canından keçməyə hazır olan mər

10:58 260
.

Rusiya, ABŞ və Ukrayna nümayəndələri Əbu-Dabidə görüşüb

Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ilk günü Əbu-Dabidə başa çatıb. xəbər verir ki, danışıqlar təxminən 40 dəqiqəlik fasilə ilə ümumilikdə 4,5 saat davam edib. Rusiya nümayəndə heyətinə Ukrayna prezidentinin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Ukrayn

10:37 197
.