Şuşada "Nə oldu, Paşinyan?!" deyən türk aktyor əslən azərbaycanlı imiş
Xəbər verdiyimiz kimi, Türkiyənin reytinqli "Eşkiya dünyaya hükümdar olmaz" serialında İlyas obrazı ilə məşhurlaşan aktyor Ozan Akbaba Şuşaya səfər edib. O, Elşən Orucovun çəkdiyi videoda "Nə oldu, Paşinyan?!" deməsi ilə gündəm olub.
Sözügedən görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb. 39 yaşlı aktyorun şəxsiyyəti bir daha maraq doğurub.
"Qafqazinfo" xəbər verir ki, ayrı-ayrı illərdə Türkiyənin dövri mətbuatında Akbabanın Qarsda doğulması, əslən isə azərbaycanlı olması ilə bağlı məlumatlar dərc olunub.
Bundan başqa, aktyor toyunda həyat yoldaşı ilə "Tərəkəmə" rəqsini oynayıb. Hələ 2019-cu ilin dekabrında "Aman reis duymasın" filminin premyerası çərçivəsində Bakıya təşrif buyuran Akbaba əslən azərbaycanlı olduğunu demişdi:
"Mənim soyum buradandır, babam azərbaycanlıdır.Ona görə Bakıya özəl marağım və istəyim var. İlk dəfə gəlsəm də, inanılmaz gözəl şəhərlə qarşılaşdım. İnsanları da çox gözəldir. Hətta vaxtım olsa, burada yaşamağa belə gələrəm.
Tərəkəməli olduğumuz üçün o rəqsi oynadım. Oynamaqda çətinlik çəkmədim. Amma yutubda çox maraqlı şərhlə qarşılaşdım: "Oğlan yaxşı oynamır. Ancaq deyəsən, həyat yoldaşı azərbaycanlıdır". Ancaq xanımım Konyadandır. Bizlərə heç bir aidiyyəti yoxdur. Düzü, o paylaşıma bir az pis oldum".
O, Rəşid Behbudov, Şövkət Məmmədova, İmamyar Həsənov kimi sənətkarlarımızı çox sevdiyini demişdi:
"Xüsusi olaraq operalarınıza qarşı böyük sevgim var. Məsələn, "Arşın mal alan" operettanızı çox bəyənirəm. Azərbaycan film və seriallarından yaxşı təklif gəlsə, qəbul edərəm. Əsas odur ki, ürəyimcə olsun".



BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 9090 Tarix: 15 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSarsılmaz müttəfiqlik - ortaq strateji hədəflər
Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad
12:17 225 Fulya Öztürk Aygün Kazımovanın mahnısını paylaşdı
Türkiyəli jurnalist Fulya Öztürk Xalq artisti Aygün Kazımova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, müğənninin "Bilirəm" klipindən görüntülərini yayımlayaraq "Son zamanlarda bu mahnı ən sevdiyim oldu" sözlərini yazıb. Qeyd edək ki, mahnının sözləri Leyla Əliyevaya, musiqis
11:28 271 Prezidentin Xankəndidən xalqa ünvanlanan təbriki böyük maraqla qarşılanıb
Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına Xankəndidən ünvanladığı təbriki tarixi Qələbəmizin siyasi, hərbi, mənəvi və ideoloji əhəmiyyətini bir daha nümayiş etdirir. Təbrikin məhz Xankəndidə, Zəfər tağının önündə səsləndirilməsi Azərbaycanın dövlət suverenliyinin, milli iradəsini
10:40 264 Prezidentlərin diqqətini çəkən XTQ zabiti kimdir? - Video
8 Noyabr - Zəfər Günü Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanla səmimi söhbəti ilə yadda qalan zabitin görüntüləri hər kəsdə maraq doğurub. Bəs dövlət başçılarının yanında dayanan və Prezident İlham Əliyevin qürurla bəhs etdiyi qəhrəman zabit kimdir?. "Qafqazinfo"nun məlumatına görə
15:16 240 Uşaq bağçaya getmək istəmirsə... valideynlər bunları etməlidir
Səhərlər uşaq bağçasının qapısı qarşısında ağlayan uşaqlarla bir çox valideyn qarşılaşır. Uşaq anasının və ya atasının əlindən yapışaraq evdə qalmaq istəyir. Əksər hallarda bu davranış şıltaqlıq deyil, yeni mühitə uyğunlaşma prosesinin bir hissəsidir. Adətən uyğunlaşma iki-dörd həftə davam edir. xaric
18:45 0 Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir
Prezident İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı təbrik müraciəti tarixi Qələbəmizin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir daha nümayiş etdirib. Dövlətimizin başçısının müraciətini məhz Xankəndidə, şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfə
11:14 262 İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi
8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind
12:11 253 Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər
Azərbaycanın tarixinə qızıl hərflərlə həkk edilmiş Zəfər salnaməsinin hər səhifəsində Azərbaycan əsgər və zabitinin qəhrəmanlığı və Vətən sevgisi dayanır. Bu Zəfər təkcə müasir silahların, hərbi strategiyanın və döyüş taktikasının nəticəsi deyil, Vətən torpağı uğrunda canından keçməyə hazır olan mər
10:58 260 Rusiya, ABŞ və Ukrayna nümayəndələri Əbu-Dabidə görüşüb
Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ilk günü Əbu-Dabidə başa çatıb. xəbər verir ki, danışıqlar təxminən 40 dəqiqəlik fasilə ilə ümumilikdə 4,5 saat davam edib. Rusiya nümayəndə heyətinə Ukrayna prezidentinin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Ukrayn
10:37 197