Şəhidin "Qarabağ alınsın, səni özüm alacam" dediyi qız GÖRÜN NƏ ETDİ
44 günlük Vətən Müharibəsində şəhid olan Daşqın Şəfiyev sosial şəbəkədə yaydığı bir video ilə yaddaşlarda silinməz iz buraxıb. Bu videolentdə o, "30 ildir həsrətində olduğumuz torpaqlar alındı, məni alan olmadı",-deyə sosial şəbəkədə hisslərini ifadə edən bir qıza "gecə-gündüz Qarabağın alınması üçün əsgərlərimizə dua elə, səni yerin dibində də olsan tapıb özüm alacam" söyləməklə reaksiya vermişdi.
O zaman Daşqının həmin videosu yayılanda, gənclərin reaksiyası sosial şəbəkə izləyicilərində maraq doğurduğundan hamı müharibənin başa çatmasını səbirsizliklə gözləyirdi ki, görək işin axırı necə olacaq...
Təəssüf ki, amansız ölüm gənclərin qovuşmasını əngəllədi...
Daşqın Şəfiyev müharibənin bitməsinə bir neçə gün qalanda - noyabr 5-də şəhidlik zərvəsinə yüksəldi. O, ən böyük arzusunu - ata-baba yurdu Kəlbəcərdə özünə toy etmək istəyini gerçəkləşdirə bilmədi.
Kəlbəcəri 4 yaşında tərk edən Daşqın Şəfiyev 31 yaşında Qarabağ uğrunda döyüşlərdə haqq dünyasına qovuşdu.
Daşqın Şəfiyev 1989-cu il avqustun 22-də Rusiyanın Krasnodar şəhərində anadan olub. 1995-2006-cı illərdə Samux rayonunda Seyidlər kənd tam orta məktəbində təhsil alıb.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Qubadlı və Lzaçının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Daşqın Şəfiyev noyabrın 5-də Laçın döyüşləri zamanı şəhid olub. Onun nəşi Samux rayonunun Seyidlər kəndində torpağa tapşırılıb.
Daşqın Şəfiyevin reaksiya verdiyi – "səni özüm alacam" dediyi həmin xanım Gürcüstanda yaşayan Nana adlı soydaşımızdır.
Şəhidin anası Gülnaz Şəfiyeva Modern.az-a deyib ki, Daşqının mesaj ünvanladığı həmin qız onun doğum günündə Gəncədəki evlərinə böyük bir çələng göndərib:
"Artıq bir ildi ki, torpaqlarımız düşməndən azad olunub, Daşqın kimi neçə-neçə igidimiz bu torpaqlar uğrunda canını fəda edib. Övlad dərdinin heç bir çarəsi yoxdu, ölən günə qədər mənimlə gedəcək.
Bu günə qədər xalqım, Daşqının dostları, yaxınlarım, dövlətim bizi tək qoymayıb. Hər gün Daşqının qonağı olub, məzarını ziyarət ediblər.
Zəfər günündə həm sevindim, həm də kədərləndim. Kaş ki, Daşqın və onun kimi igidlərimiz torpaqlarımızın azadlığını, Zəfər gününü görərdilər. Çox təəssüf, şəhidlərimizə bu sevincli günü görmək qismət olmadı.
Daşqını ən çox tanıdan özünün çəkdiyi həmin video oldu. O, qızı həyatda görməmişdi. Həmin qız Daşqının doğum günündə bizə böyük bir çələng göndərmişdi. İldönümündə Daşqına həsr olunmuş mahnı da ərsəyə gətirib, həmin gün Gürcüstanda Daşqının şəklini çıxartdırıb, maşınların arxasına vurdurmuşdu".
Şəhid anası oğlunun qanı tökülən torpaqlara səfər etmək istədiyini deyib:
"Daşqının ən böyük arzusu Kəlbəcəri görmək idi. Daşqın toyunu Kəlbəcərdə etmək istəyirdi. Amma qismət olmadı. İstərəm ki, oğlumun qanı tökülən torpaqları ziyarət edim. Onun nəfəsini həmin torpaqlarda duymaq arzusundayam".
Şəhid Daşqın Şəfiyev Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "Qubadlının azad edilməsi uğrunda" və "Laçının azad edilməsi uğrunda" medalları ilə təltif olunub.

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 20125 Tarix: 15 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSarsılmaz müttəfiqlik - ortaq strateji hədəflər
Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad
12:17 225 Fulya Öztürk Aygün Kazımovanın mahnısını paylaşdı
Türkiyəli jurnalist Fulya Öztürk Xalq artisti Aygün Kazımova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, müğənninin "Bilirəm" klipindən görüntülərini yayımlayaraq "Son zamanlarda bu mahnı ən sevdiyim oldu" sözlərini yazıb. Qeyd edək ki, mahnının sözləri Leyla Əliyevaya, musiqis
11:28 271 Prezidentin Xankəndidən xalqa ünvanlanan təbriki böyük maraqla qarşılanıb
Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına Xankəndidən ünvanladığı təbriki tarixi Qələbəmizin siyasi, hərbi, mənəvi və ideoloji əhəmiyyətini bir daha nümayiş etdirir. Təbrikin məhz Xankəndidə, Zəfər tağının önündə səsləndirilməsi Azərbaycanın dövlət suverenliyinin, milli iradəsini
10:40 264 Prezidentlərin diqqətini çəkən XTQ zabiti kimdir? - Video
8 Noyabr - Zəfər Günü Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanla səmimi söhbəti ilə yadda qalan zabitin görüntüləri hər kəsdə maraq doğurub. Bəs dövlət başçılarının yanında dayanan və Prezident İlham Əliyevin qürurla bəhs etdiyi qəhrəman zabit kimdir?. "Qafqazinfo"nun məlumatına görə
15:16 240 Uşaq bağçaya getmək istəmirsə... valideynlər bunları etməlidir
Səhərlər uşaq bağçasının qapısı qarşısında ağlayan uşaqlarla bir çox valideyn qarşılaşır. Uşaq anasının və ya atasının əlindən yapışaraq evdə qalmaq istəyir. Əksər hallarda bu davranış şıltaqlıq deyil, yeni mühitə uyğunlaşma prosesinin bir hissəsidir. Adətən uyğunlaşma iki-dörd həftə davam edir. xaric
18:45 0 Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir
Prezident İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı təbrik müraciəti tarixi Qələbəmizin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir daha nümayiş etdirib. Dövlətimizin başçısının müraciətini məhz Xankəndidə, şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfə
11:14 262 İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi
8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind
12:11 253 Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər
Azərbaycanın tarixinə qızıl hərflərlə həkk edilmiş Zəfər salnaməsinin hər səhifəsində Azərbaycan əsgər və zabitinin qəhrəmanlığı və Vətən sevgisi dayanır. Bu Zəfər təkcə müasir silahların, hərbi strategiyanın və döyüş taktikasının nəticəsi deyil, Vətən torpağı uğrunda canından keçməyə hazır olan mər
10:58 260 Rusiya, ABŞ və Ukrayna nümayəndələri Əbu-Dabidə görüşüb
Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ilk günü Əbu-Dabidə başa çatıb. xəbər verir ki, danışıqlar təxminən 40 dəqiqəlik fasilə ilə ümumilikdə 4,5 saat davam edib. Rusiya nümayəndə heyətinə Ukrayna prezidentinin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Ukrayn
10:37 197