Ermənistan terrorçunu qəhrəmanlaşdırır - VİDEO
Vətən müharibəsində ağ bayraq qaldıraraq məğlub olan Ermənistan indi də bu ləkəni üzərindən götürmək üçün terror törədən vətəndaşını qəhrəmanlaşdırır.
Xezerxeber.az-ın məlumatına görə, erməni rejissor Arşak Zakaryanın rəhbərlik etdiyi ''Ermənistan milli qvardiyası'' adlı təşkilat Şuşa şəhəri yaxınlığında azərbaycanlı hərbçilərə qumbara atan Norayr Mirzoyana 1000 dollar yardım edəcək. Bu barədə adı çəkilən "təşkilatın" feysbuk səhifəsində bildirilib.
Terrorçulara dəstək olmaq üçün yaradılan qurumun rəhbəri, Norayr Mirzoyanı "mübarizə lideri" adlandıraraq "onu tək qoymamaq hamımızın borcudur", - deyə Ermənistana çağırış edib.
Arşak Zakaryanın QHT kimi fəaliyyət göstərən "Ermənistan milli qvardiyası" təşkilatının əslində Ermənistan Təhlükəsizlik Xidmətinə bağlı olduğuna dair məlumatlar var. Terrorçu Mirzoyana yardım edən və onun timsalında terroru qəhrəmanlaşdıran bu qurum öz çağırışı ilə digər erməniləri Azərbaycana qarşı terrora təşviq edib.
Mövzuya münasibət bildirən millət vəkili Arzu Nağıyevin fikrincə, bu hal bir daha onu göstərir ki, ermənilər öz revanşist idealarından əl çəkmirlər.
Qeyd edək ki, Arşak Zakaryan ötən il Vətən müharibəsindən öncə Azərbaycanı təhdid edərək, işğalçı ambisiyasını ortaya qoymuş və Bakının zəbt olunacağı ilə bağlı sərsəm açıqlamalar vermişdi. Arşak Zakaryan 2016-cı ildə baş verən "Aprel döyüşləri" zamanı video çəkərək Azərbaycanı hədələyib, bir də müharibəyə başlayacağı təqdirdə erməni ordusunun Bakıyadək gedib çıxacağı ilə bağlı gülünc fikirlər səsləndirmişdi.
Arzu Nağıyevin sözlərinə görə, baş verənlərdən aydın görünür ki, 44 günlük Vətən müharibəsindən sonra Paşinyan hakimiyyəti tam şəkildə idarə edə bilmir. Belə terrorların törədilməsi ondan xəbər verir ki, Ermənistanda sülh təkilifinə ciddi yanaşmırlar.
Arzu Nağıyev deyir ki, BMT və digər təşkilatlar məsələnin sülhlə nizamlanması istiqamətində öz addımlarını atmalıdırlar. Bu, tək regionada təhlükəsizliyə yox, eyni zamanda beynəlxalq təhlükəsizliyə təhdidir.
Xatırladaq ki, noyabrın 13-də erməni terrorçu Norayr Mirzoyan Şuşa yaxınlığında təxribat törədib. Rəsmi məlumata əsasən, avtomobillə Laçın şəhəri istiqamətində hərəkətdə olan Mirzoyan Şuşa şəhərinin Daşaltı kəndinin yaxınlığında xidmət aparan Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinə doğru əl qumbarası atıb. Hadisə nəticəsində üç azərbaycanlı hərbçi xəsarət alıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1498 Tarix: 14 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMilli suverenliyimizin və hüquqi dövlət quruculuğunun möhkəm təməli
12 Noyabr tarixi müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşmasını, milli suverenliyin möhkəmləndirilməsini, insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər kimi təsbit olunmasını, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsiplərinin müəyyən edilməsini özündə ehtiv
12:15 226 İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi
8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind
12:11 253 İtaliyada bomba hədələri səbəbindən azı 300 məktəb təxliyə edilib
İtaliyada elektron poçt vasitəsilə göndərilən bomba hədələrindən sonra ölkə üzrə azı 300 məktəb təxliyə olunub. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. İtaliyanın təhsil naziri Cüzeppe Valditara "La7" telekanalına açıqlamasında bildirib ki, bomba hədələri ilə bağlı eyni məzmunl
20:45 1 Qarabağda gedən quruculuq işlərinin templəri artmaqdadır
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər
11:04 259 Fulya Öztürk Aygün Kazımovanın mahnısını paylaşdı
Türkiyəli jurnalist Fulya Öztürk Xalq artisti Aygün Kazımova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, müğənninin "Bilirəm" klipindən görüntülərini yayımlayaraq "Son zamanlarda bu mahnı ən sevdiyim oldu" sözlərini yazıb. Qeyd edək ki, mahnının sözləri Leyla Əliyevaya, musiqis
11:28 271 Rusiya və Ukrayna razılığa gəldi: Yaxın zamanda elan ediləcək
"Əbu-Dabidə keçirilən danışıqlar zamanı Rusiya və Ukrayna genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər. Prosesin detalları tezliklə açıqlanacaq". TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi və danışıqlardakı nümayəndə heyətinin rəhbəri Vladimir Medinski jurnalistlər
21:00 1 Uşaq bağçaya getmək istəmirsə... valideynlər bunları etməlidir
Səhərlər uşaq bağçasının qapısı qarşısında ağlayan uşaqlarla bir çox valideyn qarşılaşır. Uşaq anasının və ya atasının əlindən yapışaraq evdə qalmaq istəyir. Əksər hallarda bu davranış şıltaqlıq deyil, yeni mühitə uyğunlaşma prosesinin bir hissəsidir. Adətən uyğunlaşma iki-dörd həftə davam edir. xaric
18:45 0 Ev almaq istəyənlərin nəzərinə - Müraciətlər başlayır
İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. fonda istinadən xəbər verir ki, müraciətlərin qəbuluna 13 noyabr saat 15:00-dan başlanacaq. Vətəndaşlara 12 noyabr 2026-cı il tarixinədə
20:15 1 Ərdoğan: "Bəşəriyyət ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb"
Bəşəriyyət xüsusən də həddindən artıq istehlaka meyillilik səbəbindən tarixinin ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb. TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransını
21:15 1