Amerikalı qadın darıxdığından rekord qırdı: 95 gündə 4000 km qaçdı
COVID-19 pandemiyası ilə əlaqədar məhdudiyyətlər zamanı darıxan ABŞ sakini hər gün marafon distansiyası qaçaraq Ginnesin Rekordlar Kitabına düşüb. Məlumata görə, o, 95 gündə təxminən dörd min kilometr məsafə qət edib.
Alissa Klarkın sözlərinə görə, 2020-ci ilin mart ayında İtaliyada yaşayıb. Həmin vaxt ölkə hakimiyyəti COVID-19 pandemiyası səbəbindən ilk dəfə olaraq karantin rejimi tətbiq edib. Tezliklə amerikalı qadın çoxdan hazırlaşdığı yay marafonlarının da ləğv olunduğunu öyrənib.
Karantin zamanı Klark hər gün marafon məsafəsi (42 km) qaçmaq qərarına gəlir. O, layihənin 15 gün davam edəcəyini düşünüb, lakin bu müddətdən sonra da qaçmağı dayandırmayıb. Qadın ABŞ-a qayıtdıqdan sonra da gündəlik marafonlara vaxt ayırıb. Bəzi günlərdə amerikalı qadın qaçış bandından istifadə etsə də, fürsət düşən kimi küçədə qaçıb. Sonda o, 95 gündə 95 marafon distansiyası qaçıb. Qadın qeyd edib ki, o, 96-cı qaçışa başlayıb, lakin səhhətində yaranan probdlemlər səbəbindən dayanmaq qərarına gəlib. Daha sonra amerikalı qadının koronavirusa yoluxduğu məlum olub.
"Həmişə deyirdim ki, tibb sisteminə lazımsız yük olmaq riski yaranan kimi qaçmağı dayandıracağam. Buna görə də, səhhətim pisləşən kimi qaçmağı dayandırdım", - deyə o bildirib.
Klark tezliklə "Ginnes. Dünya Rekordları"ndan bir mesaj alıb. Təşkilatdan bildirilib ki, o, marafon qaçışlarında ardıcıllıq sayına görə rekord qırıb.
"Mən bu rekordu qırdığım üçün fəxr edirəm, amma ümid edirəm ki, kimsə tezliklə qaçmağa başlayacaq və daha da yaxşı nəticələr əldə edəcək", - deyə amerikalı qadın bildirib.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1503 Tarix: 14 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş5 5 5 5 = 24: Bu tənliyi doğru edəcək üç riyazi işarə hansılardır?
Tənliyi doğru etmək üçün dörd 5 arasında üç riyazi işarə qoymalısınız. Dörd eyni rəqəm və istədiyiniz nəticə. Bu riyazi tapmacada yalnız üç hesab işarəsi yoxdur. Tapmaca şərti:. 5 5 5 5 = 24. -ın xəbərinə görə, tənliyi doğru etmək üçün dörd beşlik arasında üç riyazi simvol yerləşdirməlisiniz. Toplama
08.11.2026 306 Hüquqi xidmətlər Xidmetler.az saytında
Xidmətlər saytı -ın Hüquqi Xidmətlər bölməsində özünüzə vəkil tuta və ya işinin peşəkarı olan hüquqşünas tapa bilərsiniz!. Hər kəs düşdüyü çətin, xoşagəlməz hallarda hüquqi yardım əldə etmək istəyir. Bunun üçün yaxşı vəkil tapmaq lazım gəlir. sizə digər xidmətlərlə yanaşı, hüquqi xidmətlərdə də kömə
10.11.2026 1068 Ehtiyat hissələri alarkən ən çox edilən 5 səhv
Avtomobil ehtiyat hissələri alarkən diqqətli olmaq vacibdir, çünki səhv seçimlər həm maliyyə zərərlərinə, həm də avtomobilin performansına mənfi təsir göstərə bilər. Ehtiyat hissəsi alarkən, düzgün qərarlar vermək avtomobilinizin performansını və təhlükəsizliyini təmin etmək üçün vacibdir. Ehtiyat hissəs
06.11.2026 598 Dünyanın ən kiçik avtomobili hərracda satılacaq
"Ginnesin Rekordlar Kitabı"na dünyanın ən kiçik kütləvi istehsal olunan avtomobili kimi düşən "Peel P50" hərraca çıxarılır. "Qafqazinfo" xəbər verir ki, Böyük Britaniyanın Uorvikşir şəhərindəki "Iconic Auctioneers" hərrac evi tərəfindən satılacaq 1964-cü il istehsal
06.11.2026 535 Yumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul
Adi qayğanağın dadını dəyişmək üçün mürəkkəb reseptlərə ehtiyac yoxdur. Cəmi bir neçə damcı küncüt yağı yumurtaya xüsusi aroma verə, kənarlarının xırtıldayan, sarısının isə yumşaq qalmasına kömək edə bilər. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə "Startlap" nəşri yazıb. Yumurt
08.11.2026 466 Velosipedi yenidən kəşf etmək də olurmuş... - Fotolar
Nigeriyanın Kebbi əyalətində yaşayan 19 yaşlı Bello Məhəmməd müstəqil şəkildə dizayn edib hazırladığı fövqəladə nəqliyyat vasitəsi ilə dünya rekorduna imza atıb. "Qafqazinfo" xəbər verir ki, peşəkar kömək almadan 2.9 metr hündürlüyündə velosiped quraşdıran gənc "Ginnesin Rekordlar Kitabı"n
06.11.2026 406 Gündüz yuxunuz gəlirsə - Bu xəbəri mütləq oxuyun!
ABŞ-də aparılan yeni elmi araşdırma 65 yaş və yuxarı şəxslərdə tez-tez, qeyri-iradi və qısamüddətli gündüz yuxularının demans və yaddaş problemləri riski ilə əlaqəli olduğunu üzə çıxarıb. "Qafqazinfo" xəbər verir ki, "The Journals of Gerontology: Series A" jurnalında dərc olunan tədqiqa
05.11.2026 504 Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Turşu bankasını açdıqdan sonra xiyarların bir neçə gün ərzində xarab olmaması üçün müəyyən qaydalara əməl etmək lazımdır. Mütəxəssislərin sözlərinə görə, düzgün saxlanma şəraiti turşuların həm dadını, həm də xırtıldayan quruluşunu uzun müddət qorumağa kömək edir. xəbər verir ki, duzlu xiyarlar bank
08.11.2026 294 ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər
ABŞ-nin Uçan Naməlum Obyektlərin (UNO) Öyrənilməsi üzrə Milli Mərkəzi (NUFORC) Ohayo ştatı üzərində naməlum obyektlə qarşılaşan pilotların hesabatını dərc edib. xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 2026-cı il avqustun 16-da mülki təyyarəni idarə edən pilotla
01.11.2026 715