Hərbi ekspert: "Zəfər Günündən sonra bizə qarşı təxribatların miqyası genişlənib"

Hərbi ekspert: "Zəfər Günündən sonra bizə qarşı təxribatların miqyası genişlənib""Azərbaycan ərazisində xidmət göstərən hərbçilərə qarşı qumbaranın atılması birmənalı olaraq işğalçı ölkənin terror təxribatıdır. Bunun başqa adı yoxdur".

Bunu Oxu.Az-a hərbi ekspert Ədalət Verdiyev bildirib.

Bu gün Şuşa rayonunun Daşaltı kəndi yaxınlığındakı giriş-çıxış postunda erməni terrorçusu Norayr Mirzoyan adlı şəxsin "RQD-5" əl qumbarasını atması nəticəsində MAXE, çavuş Hafiz Nəsibov və digər iki hərbçi yaralanıb.

Ə.Verdiyev bildirib ki, tutulan terrorçunun Azərbaycan tərəfinə təhvil verilməsi üçün artıq ciddi cinayət tərkibi mövcuddur:

"İstənilən halda bu hadisə nəticəsində üç hərbçinin yaralanması özündə cinayət tərkibini ehtiva edir. Ona görə də həmin saxlanılan erməni Rusiya sülhməramlıları tərəfindən Azərbaycan tərəfinə təhvil verilməli, istintaq bizim hərbçilərin xidmət göstərdiyi tərəfdə aparılmalı, hadisənin təfərrüatları araşdırılmalıdır.

Zəfər Günündən sonra ermənilər tərəfindən bu kimi təxribatçı hadisələrin miqyası daha da genişlənib. Daha əvvəl Qaragöl ətrafında Azərbaycan-Ermənistan sərhədində təxribat törətdilər. Bu isə daha bir qanlı hadisədir. Üç nəfərin yaralanması sıradan bir məsələ deyil. Bu isə bizi onlara qarşı real tədbirlər görməyə təhrik edirlər.

O, əl qumbarasını atan şəxs mülki geyimdə olsa da, bir hərbçidir. Öz ərazilərimizdə müəyyən terror fəaliyyətində iştirak edib. Hesab edirəm ki, onun haqqında hüquq-mühafizə orqanlarımız araşdırma apararsa, daha ciddi faktlar əldə edə bilər".

Ədalət Verdiyev onu da bildirib ki, bu məsələnin bu yerə gəlib çatmasında Rusiya sülhməramlılarının məsuliyyət payı az deyil:

"Bu hadisələrin baş verməsində məsuliyyət birbaşa Rusiya sülhməramlılarının üzərinə düşür. Çünki silahlı ermənilər və ya onlardakı silahlar bizə məxsus olan ərazilərdən hələ bir il əvvəl çıxarılmalı idi. Onların hələ də çıxarılmaması erməni tərəfini cəsarətləndirir və bu kimi terrorçu fəaliyyətlər göstərməyə sövq edir.

"WarGonzo" layihəsinin Əsgəran ərazisində peyda olaraq çəkiliş aparması, bizim qara siyahımızda olan şəxsin Qarabağa səfər etməsi də sülhməramlıların öz funksiyalarını tam həcmdə yerinə yetirməməsinin göstəricisidir. Yaxşı olardı ki, Xocalı hava limanındakı rus əsgərinin erməni qızını xilas etməsinə dair qoyduqları abidəni erməni terrorçusunu xilas etməsinə dair abidə ilə əvəz etsinlər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 719   Tarix: 13 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xankəndidən səslənən Zəfər mesajı

8 Noyabr - Zəfər Gününün altıncı ildönümündə Prezident İlham Əliyevin Azərbaycan xalqına təbrikini Xankəndidən, şanlı Qələbəmizin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündən səsləndirməsi xüsusi rəmzi məna daşıyır. Dövlət başçısının müraciəti 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbəni

10:40 192
.

TikTok moderasiya effektivliyini artırır: 2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib

Video yaratmaq və izləmək üçün aparıcı platformalardan biri olan TikTok üçün istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi əsas prioritet olaraq qalır. Şirkət məzmunun moderasiyası texnologiyalarını davamlı olaraq təkmilləşdirir və İcma Qaydalarına əməl olunmasına dair hesabatları mütəmadi dərc edir

11:40 219
.

Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib

Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbird

17:50 83
.

Vətən müharibəsinin Xankəndidən səslənən dərsləri

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 8 Noyabr Zəfər Günü münasibətilə Xankəndi şəhərindəki Zəfər abidəsini ziyarət etdikdən sonra Azərbaycan xalqına ünvanladığı təbrikində 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin göstərdiyi qəhrəmanlıqdan, döyüş meydanında qazanılan üstünlükdən

10:50 232
.

Zəfərin Xankəndidən ucalan səsi

Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə

10:48 295
.

Rusiya və Ukrayna razılığa gəldi: Yaxın zamanda elan ediləcək

"Əbu-Dabidə keçirilən danışıqlar zamanı Rusiya və Ukrayna genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər. Prosesin detalları tezliklə açıqlanacaq". TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi və danışıqlardakı nümayəndə heyətinin rəhbəri Vladimir Medinski jurnalistlər

21:00 1
.

İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi

8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind

12:11 253
.

Ev almaq istəyənlərin nəzərinə - Müraciətlər başlayır

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. fonda istinadən xəbər verir ki, müraciətlərin qəbuluna 13 noyabr saat 15:00-dan başlanacaq. Vətəndaşlara 12 noyabr 2026-cı il tarixinədə

20:15 1
.

Prezident həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanmas

12:32 238
.