Şuşa yaxınlığında erməni terroru nəticəsində yaralananların sayı AÇIQLANIB: Cinayət işi başlanıb - RƏSMİ
Azərbaycan Baş Prokuroluğu və Daxili İşlər Nazirliyi erməni terrorçunun Şuşada Azərbaycan hərbçilərinə qumbara atması ilə bağlı birgə məlumat yayıb.
Daxil olan məlumatda bildirilir:
"Noyabrın 13-ü saat 07:12-də Azərbaycann Xankəndi şəhərindən Xankəndi-Laçın şosse yolu ilə 48-MN-048 ER dövlət qeydiyyat nişanlı "Mercedes Benz" markalı avtomobillə Laçın şəhəri istiqamətində hərəkətdə olan Ermənistan vətəndaşı, 1975-ci il təvəllüdlü Norayr Mirzoyan və qeyriləri cinayətkar birlik halında "RQD-5" markalı əl qumbarası və digər odlu silah, partlayıcı maddələr əldə edib gəzdirməklə Azərbaycan Respublikasının ərazisində terror aktı törətmək, habelə qəsdən adam öldürmək məqsədilə idarə etdiyi avtomobildən düşüb Şuşa şəhərinin Daşaltı kəndinin yaxınlığında xidmət aparan Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinin və Rusiya Federasiyasının sülhməramlı kontingentinin hərbi qulluqçularının həyatını təhlükəyə atmaqla əl qumbarasını onların istiqamətində atmış, nəticədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Hafiz Nəsibova və digərlərinə (cəmi üç nəfərə) müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə milli düşmənçilik niyyətilə qəsdən öldürülmələrinə cəhd edib.
Azərbaycan Baş Prokuroru tərəfindən fakta görə Cinayət Məcəlləsinin 29, 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29, 120.2.3, (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29, 120.2.4 ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3 (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri aparılır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2150 Tarix: 13 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu ərazilərdə işıq olmayacaq
Azərbaycanın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq. BİG.AZ xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanmas
10:00 160 İranın üç pilotu Qətərdə əsir götürülübmüş
Mart ayında döyüş uçuşu həyata keçirən İranın üç "Su-24" pilotu qırıcıların qəzaya uğramasından sonra Qətərdə əsir götürülüb. -ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahının İtkin düşənlərin axtarışı komitəsinin rəhbəri Məhəmməd Baqerzadə məluma
16.08.2026 236 Bu tarixdə Ay tutulması olacaq
Avqustun 28-də 2026-cı ilin ikinci Ay tutulması baş verəcək. Axşam.az xəbər verir ki, BDU-nun Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, bu dəfə Ay Yer kürəsinin yalnız kölgəsinin bir hissəsindən keçəcək və qismən tutulma müşahidə olunacaq. Ayın bir hissəsi qaralacaq, digə
11:30 91 İran Fransa diplomatlarını Tehranda gizli fəaliyyətdə ittiham edib
İran Kəşfiyyat Nazirliyi iyul ayında Tehranda saxlanılan iki Fransa diplomatının ölkə vətəndaşları ilə gizli təmaslar qurduğunu bildirib. xəbər verir ki, məlumatı "Azad İran" "Telegram" kanalı yayıb. Qurumun versiyasına görə, ələ keçirilən sənədlər Fransanın İran daxilində və xaricind
16.08.2026 300 İsrail Qəzzanın cənubunda HƏMAS-ın bölük komandirini öldürüb
İsrail Müdafiə Ordusu Qəzza zolağının cənub hissəsində son vaxtlar İsrail qüvvələrinə hücumlar edən HƏMAS-ın bölük komandirini öldürüb. "Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun bəyanatında bildirilib. Məlumata görə, zərbə avqustu
16.08.2026 228 Netanyahu: "Hizbullah" Livanda atəşkəsi pozaraq İsrail hərbçilərinə hücum edib
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, bu gün səhər "Hizbullah" Livanda atəşkəs rejimini pozaraq "Mavi xətt" daxilində İsrail hərbçilərinə hücum edib. "Report"un məlumatına görə, Netanyahu bu barədə "X" sosial şəbəkə hesabında yazıb. Onun sözlərin
16.08.2026 306 Trampdan ŞOK AÇIQLAMA: "Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyəm"
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını yaxın vaxtlarda ABŞ ərazisi elan etmək niyyətində olduğunu bildirib. xəbər verir ki, o, bu barədə Nyu-York ştatında çıxışı zamanı danışıb. Tramp bildirib ki, bu qərar ABŞ İranı tamamilə məğlub etdikdən sonra veriləcək. "İranı tamamilə məğlub etdikdən sonra
16.08.2026 255 Urmiya gölü qırmızı rəngə boyandı
Urmiya gölünün qırmızı rəngin müxtəlif çalarlarına boyandığı müşahidə olunub. xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib. Qərbi Azərbaycan əyalətinin Ətraf Mühiti Qoruma İdarəsinin baş direktoru Urmiya gölünün bəzi hissələrində suyun rənginin dəyişməsin
16.08.2026 342 Bloomberg: ABŞ-İran qarşıdurmasının tezliklə başa çatacağı gözlənilmir
ABŞ və İran tərəflərdən heç birinin həlledici üstünlük əldə edə bilmədiyi və başa çatacağı perspektivləri qeyri-müəyyən olaraq qalan uzunmüddətli münaqişəyə cəlb olunublar. "Report"un Bloomberg agentliyinə istinadən verdiyi məlumata görə, qarşıdurma Vaşinqtonla Tehran arasında təxminən yarı
16.08.2026 263