Arzu Əliyevaya Türkiyədə mükafat verildi - FOTOLAR

Arzu Əliyevaya Türkiyədə mükafat verildi - FOTOLARAzərbaycan filmləri noyabrın 8-dən 12-dək İstanbulda keçirilən birinci "Korkut Ata" (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalında geniş təmsil olunub.

AZƏRTAC xəbər verir ki, festival çərçivəsində keçirilən mükafatlandırma mərasimində türk mədəniyyəti və incəsənətinin inkişafına verdiyi töhfələrə görə Bakı Media Mərkəzinin prezidenti Arzu xanım Əliyevaya "Şərəf mükafatı" təqdim olunub.

Mükafatı Türkiyənin Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy təqdim edib.

Arzu xanım Əliyeva Bakı Media Mərkəzini bu yüksək mükafata layiq gördüklərinə görə festival rəhbərliyinə təşəkkürünü bildirib: "Azərbaycandan ən xoş arzuları sizə çatdırıram. Bu yüksək mükafatı almaq mənim üçün böyük şərəfdir. Buna görə sizə dərin təşəkkürümü bildirirəm. Festivalda təqdim olunan "BİZ" filmi Qarabağ Zəfərinə həsr olunub.

"Korkut Ata" mükafatını bizə verməklə Türk dünyası Azərbaycana bir daha öz dəstəyini göstərir. Yaşasın, Türkiyə-Azərbaycan birliyi, Qarabağ Azərbaycandır!".

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivala ölkəmizlə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan 100-dən artıq kinematoqrafçı, ümumilikdə isə 1000-dən çox qonaq qatılıb.

Azərbaycanın milli film sənayesinin də geniş təmsil olunduğu tədbirdə ölkəmizdə audiovizual məhsulların istehsalı sahəsində aparıcı mövqeyə sahib Bakı Media Mərkəzinin "Miras", "Sonuncu" və "BİZ" filmləri festivalın geniş auditoriyasına təqdim edilib.

Türk dövlətlərinin istehsalı olan 40-dan artıq filmin nümayiş etdirildiyi festivalın əsas məqsədlərindən biri ortaq audiovizual məkan yaratmaq və türk dünyasının bu məkana inteqrasiyasına töhfə verməkdir. "Korkut Ata" Festivalının gələcəkdə Türk dünyasının əsas kino tədbirinə çevrilməsi, bu proses çərçivəsində Türk Dünyası Kino Birliyinin yaradılması, həmçinin Türkiyə və Azərbaycan tərəfinin təklifinə əsasən, növbəti "Korkut Ata" Türk Dünyası Film festivallarının türkdilli ölkələrin müxtəlif şəhərlərində, o cümlədən Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilməsi nəzərdə tutulur.

Festival çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın mədəniyyət nazirlərinin iştirakı ilə birgə bəyanat imzalanıb. Bəyanatda "Korkut Ata" Türk Dünyası Film Festivalının gələcəkdə qeyd olunan ölkələr tərəfindən davamlı olaraq keçirilməsi, sözügedən türk dövlətləri arasında kino sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən kino sənayesinə dəstək göstərən birgə fondun yaradılması, müştərək filmlərin çəkilməsi, təhsillə əlaqədar ortaq layihələrin həyata keçirilməsi kimi məsələlər nəzərdə tutulur.

İmzalanma mərasimində çıxış edən Azərbaycanın mədəniyyət naziri Anar Kərimov festivalın keçirilməsinə görə Türkiyə dövlətinə təşəkkürünü bildirib.

Qeyd edilib ki, bu festival ortaq adət-ənənə, mədəniyyət və bir çox digər dəyərlərimizin nəinki türk dövlətlərində, eləcə də bütün dünyada tanıdılmasına vəsilə olacaq. Bu bəyanatla film və serial sahəsində əməkdaşlığımız güclənəcək və birgə layihələrə imza atacağıq.

Anar Kərimov 2023-cü ildə təşkil olunacaq festivalın Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçiriləcəyini bildirib.

Təqdimetmə mərasimində türkdilli dövlətlərin milli rəqsləri ifa edilib, festivalın tanıtım videoçarxları nümayiş olunub.

Mərasimdə çıxış edən Türkiyənin Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy burada verilən ən sevindirici xəbərin festivalın 2023-cü ildə Azərbaycan tərəfindən Şuşada, sonra da digər ölkələrdə keçirilməsi ilə bağlı alınan qərarın olduğunu bildirib.

Sonra digər mükafatlar təqdim olunub.

Daha sonra "BİZ" filmi təqdim edilib.

Festivalda sənədli və bədii film kateqoriyalarında mükafatlar təqdim edilib. "Ən yaxşı bədii film" mükafatı Azərbaycan filminə verilib. Hilal Baydarovun "Səpələnmiş ölümlər arasında" filmi "Ən yaxşı bədii film" seçilib.

Arzu Əliyevaya Türkiyədə mükafat verildi - FOTOLARArzu Əliyevaya Türkiyədə mükafat verildi - FOTOLARArzu Əliyevaya Türkiyədə mükafat verildi - FOTOLARArzu Əliyevaya Türkiyədə mükafat verildi - FOTOLARArzu Əliyevaya Türkiyədə mükafat verildi - FOTOLARArzu Əliyevaya Türkiyədə mükafat verildi - FOTOLARArzu Əliyevaya Türkiyədə mükafat verildi - FOTOLARArzu Əliyevaya Türkiyədə mükafat verildi - FOTOLARArzu Əliyevaya Türkiyədə mükafat verildi - FOTOLARArzu Əliyevaya Türkiyədə mükafat verildi - FOTOLARArzu Əliyevaya Türkiyədə mükafat verildi - FOTOLARArzu Əliyevaya Türkiyədə mükafat verildi - FOTOLARArzu Əliyevaya Türkiyədə mükafat verildi - FOTOLARArzu Əliyevaya Türkiyədə mükafat verildi - FOTOLARArzu Əliyevaya Türkiyədə mükafat verildi - FOTOLARArzu Əliyevaya Türkiyədə mükafat verildi - FOTOLARArzu Əliyevaya Türkiyədə mükafat verildi - FOTOLARArzu Əliyevaya Türkiyədə mükafat verildi - FOTOLARArzu Əliyevaya Türkiyədə mükafat verildi - FOTOLARArzu Əliyevaya Türkiyədə mükafat verildi - FOTOLAR


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1281   Tarix: 13 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Xankəndidən səslənən Zəfər mesajı

8 Noyabr - Zəfər Gününün altıncı ildönümündə Prezident İlham Əliyevin Azərbaycan xalqına təbrikini Xankəndidən, şanlı Qələbəmizin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündən səsləndirməsi xüsusi rəmzi məna daşıyır. Dövlət başçısının müraciəti 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbəni

10:40 192
.

TikTok moderasiya effektivliyini artırır: 2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib

Video yaratmaq və izləmək üçün aparıcı platformalardan biri olan TikTok üçün istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi əsas prioritet olaraq qalır. Şirkət məzmunun moderasiyası texnologiyalarını davamlı olaraq təkmilləşdirir və İcma Qaydalarına əməl olunmasına dair hesabatları mütəmadi dərc edir

11:40 219
.

Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib

Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbird

17:50 83
.

Vətən müharibəsinin Xankəndidən səslənən dərsləri

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 8 Noyabr Zəfər Günü münasibətilə Xankəndi şəhərindəki Zəfər abidəsini ziyarət etdikdən sonra Azərbaycan xalqına ünvanladığı təbrikində 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin göstərdiyi qəhrəmanlıqdan, döyüş meydanında qazanılan üstünlükdən

10:50 232
.

Zəfərin Xankəndidən ucalan səsi

Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə

10:48 295
.

Rusiya və Ukrayna razılığa gəldi: Yaxın zamanda elan ediləcək

"Əbu-Dabidə keçirilən danışıqlar zamanı Rusiya və Ukrayna genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər. Prosesin detalları tezliklə açıqlanacaq". TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi və danışıqlardakı nümayəndə heyətinin rəhbəri Vladimir Medinski jurnalistlər

21:00 1
.

İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi

8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind

12:11 253
.

Ev almaq istəyənlərin nəzərinə - Müraciətlər başlayır

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. fonda istinadən xəbər verir ki, müraciətlərin qəbuluna 13 noyabr saat 15:00-dan başlanacaq. Vətəndaşlara 12 noyabr 2026-cı il tarixinədə

20:15 1
.

Prezident həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanmas

12:32 238
.