Əri müəmmalı iynə vurdu, atasının yasında narkotik axtardı: "Qardaşım görə-görə, yanıma 5 oğlan gəlib" - FOTO

Əri müəmmalı iynə vurdu, atasının yasında narkotik axtardı: "Qardaşım görə-görə, yanıma 5 oğlan gəlib" - FOTO"Bir gün evdə oturmuşduq. Böyrəklərim ağrıyırdı, ağrı möhkəmlənəndə dözə bilmirdim. Həyat yoldaşım mənə ağrıkəsici adı ilə narkotik vurdu. Ağrım azaldı, amma halım pisləşdi. İlk dəfə bu zibillə tanışlığımda öz seçimim olmayıb, amma sonra özüm özümü uçuruma aparmışam".

Bu sözləri uzun illər narkotik vasitə istifadəçisi olan L.Q. (ad şərtidir) Oxu.Az-ın əməkdaşı ilə söhbəti zamanı deyib.

Ləmanla Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzində görüşürük.

20 yaşında ailə qurub. Həyat yoldaşı ilə ilk günlər hər şeyin qaydasında olduğunu deyən Ləman sonradan həyatının uçuruma getdiyini deyib.

Həyat yoldaşı tərəfindən narkotik vasitə istifadəçisinə çevrilən qadın deyir ki, bədəni narkotikə reaksiya verib, huşu gedəndə anası baş verənləri bilib:

"Narkotiki damarıma vuranda təzyiqim düşdü, halım pis oldu və huşumu itirdim. Yoldaşım da qorxub anamı çağırmışdı. Anam gələn kimi vəziyyəti başa düşdü. Sonra hamıdan bir müddət gizlətməyə çalışdıq. Heroinlə mənim bədbəxtliyə gedən həyatımın ilk günü başladı. Artıq növbəti gün yoldaşıma dedim ki, dünən etdiyindən birini də elə. Ailə quranda yoldaşımın narkoman olduğunu bilməmişəm. Mənə o iynəni vurana qədər də özünün istifadə etdiyini hiss etməmişəm. O, həmişə özü alıb gətirirdi və evdə bölüşüb vururduq. Ondan boşanana qədər narkotik tapmaqda çətinliyim olmayıb. Amma ondan ayrılandan sonra başladı süründürməçilik, oğurluq..."

"Polis atama dedi ki, qızın narkotikə "oturub"

Ləman 3 il evli qaldıqdan sonra atasının təkidi ilə yoldaşından boşanıb və heç bir özünün dediyi kimi "bariqa"nın (narkokuryer - red.) qapısını tanımadığı üçün günlərlə pis vəziyyətdə qalıb:

"Polis atama dedi ki, kürəkənin qızını narkotikə "oturdub". Atam bu söhbətdən sonra gəldi bizə, məni ər evindən çıxartdı. Yoldaşımla boşandıqdan sonra evdə ağrıdan qıvrılmağa başladım. "Mal"ın vaxtı çatanda narkotik tapa bilmirdim, əsirdim. Əhatəm yox idi, heç kim heç kimə pulsuz narkotik vermirdi. "Lomka"dan ölürdüm. Atam çox çalışdı ki, məni bu yoldan çevirsin, amma mən özümlə bacara bilmədim. Məni evdə 8 gün bağlı vəziyyətdə saxladılar. Gecələr yata bilmirdim. Fürsət tapdım, salona getmək adı ilə qaçdım evdən, narkotik tapıb çəkdim. Evə qayıdıb yatanda şübhələndilər ki, nəsə etmişəm. Çünki günlərlə yuxu yatmamışdım, evdə çabalayırdım. Atam bütün bu söhbətlərin utancından dözə bilmədi, ürəyi partlayıb öldü".

"Atamın məclisində narkotik axtarırdım..."

Atası vəfat edən Ləman həmin vəziyyətdə baş verənləri dərk etmədiyini, atasının məclisində "lomka"da olduğunu deyir:

"Elə bilirdim sanki məni döyüb bütün sümüklərimi sındırıblar. O qədər "lomka"da idim ki, siqaret belə çəkə bilmirdim. Elə atamın yas məclisində adam axtarırdım ki, mənə narkotik versin. Məclisdə iştirak etdim, amma maksimum çalışdım ki, bibilərim görməsin vəziyyətimi. Atamı dəfn etdikdən sonra evə gəldik. Artıq başladım özümə ətraf tapmağa. Narkotik istifadəçiləri bir-birini kənardan tanıya bilir. Bir dəfə küçədə biri yaxınlaşdı ki, "eşitmişik yoldaşın narkoman olub, sən də narkomansan, hə?" Belə-belə, bir-bir, iki-iki ətrafım böyüdü, artıq "bariqalar"ın evlərini tanımağa başladım. 20 yaşımdan başlayıb 10 il narkotik vasitə istifadə etdim. Hərdən ağlayırdım ki, mənə kömək edin. "Dərman" tapa bilmirdim.

Pul olmayanda məcbur olub "razboy"a (etdiyi oğurluqları, soyğunçuluqları nəzərdə tutur - red.) getmişəm. Külli miqdarda da olmasa, az məbləğdə pul oğurlamışam. Polis düşüb arxamca, tutulmuşam. 6 ay ev dustağı oldum. Düşündüm ki, bu, mənə dərs olar, amma olmadı. İkinci dəfə də tutuldum. 1 il 11 ay 26 gün hökm oxundu. Aprel ayında 1 ilim tamam olacaq".

"Narkotik tapmayanda "tramadol", "lirika" alırdıq, amma onu da yığışdırdılar"

Narkomaniya ilə mübarizə çərçivəsində ölkədə psixotrop dərman vasitələrinin qanunsuz satışı ilə bağlı ciddi tədbirlər görülüb. Görülən tədbirlərin nəticələri özünü ilbəil açıqlanan statistik rəqəmlərin azalmasında göstərir.

Ləman deyir ki, 10 illik narkoman həyatında heroindən, "kakos", "patı"ya (metamfetamin) qədər narkotik vasitələrin dadına baxıb.

Ləman ən ucuz narkotiki 10 manata aldığını deyir:

"Bariqa"lar "kakos"un yarım qramını 35 manata satırdılar. Yarım qram narkotiki biz dörd nəfər aramızda bölüb vururduq. Amma mən birnəfərlik üçün 10 manata alırdım. "Patı"nın qramını 80-120 manata alırdım. Sonra get-gedə tərkibi zəiflədi və 20-30 manata da tapmaq olurdu. Mən ətrafımı formalaşdırandan sonra özüm gedirdim "bariqa"nın qapısına, narkotiki alıb gəlirdim, evdə vururduq. 4-5 nəfər oğlanı oturdurdum evdə, deyirdim "gözləyin, gəlirəm". "Bariqa" oğlanlara "mal" vermirdi, amma mən gedəndə alıb gəlirdim.

Qardaşım dayanırdı məhəllədə, mən "bariqa"dan mal alıb gəlirdim, oğlan dostlarım da gəlirdi, bir yerdə çəkirdik. O an mənim canım o qədər ağrıyırdı ki, heç nəyi düşünmürdüm. Elə gün olub ki, evimdən pul oğurlamışam. Ailəm bezib əlimdən, danlayıblar, amma demişəm ki, "canım ağrıyır". 21 gün narkoloji dispanserdə müalicə aldım, amma çıxanda yenidən narkotik axtardım. Psixiatrik dispanserdə də müalicə almışam, amma xeyri olmayıb. Artıq 4 aydır könüllü olaraq Narkoloji Dispanserə müayinəyə gəlmişəm. 17-ci günümdə şok keçirmişəm, mənə iynə vurub, sakitləşdiriblər. 4 ay bundan qabaq vaxtlı-vaxtında yuyunmurduq, saçımı daramırdım. Gözümüz narkotikdən başqa heç nə görmürdü. İndi isə səliqə-sahmanıma fikir verməyə başlamışam, saçlarımı darayıram. Hələ ki, ağlıma narkotik gəlmir. İnanıram ki, bu dəfə son olacaq".

Ailəsinə yaşatdıqlarına görə peşman olan Ləman deyir ki, zamanı geri qaytara bilməsə də, buradan çıxandan sonra hər şeyi dəyişmək istəyir:

"Bizim gözümüzə nə ana göründü, nə ata, nə qardaş, nə bacı. Qardaşım hər dəfə mənə deyirdi ki, "sən narkomansan deyə mən ailə qura bilmirəm". Mən insanlıqdan çıxmışdım, qəbul edirəm. Amma qardaşımın o sözü mənə pis təsir etmişdi. Qardaşım məhəllədə dayanırdı, mənim yanıma 4-5 oğlan gəlirdi. Görürdü, amma dillənə bilmirdi. Kənardan baxanlar bilirdi ki, onun bacısıyam, deyirdilər ki, "bax, bacının yanına oğlanlar gəlir". Qardaşdır da, bezirdi. Amma indi qardaşım mənimlə danışır. Dəstək olur. Artıq 30 yaşım var, ömrümün sonuna qədər belə yaşamaq istəmirəm. Buradan çıxandan sonra yaşadığım insanla ailə qurmaq istəyirəm. O, uzun müddətdir mənim sağalmağımı gözləyir.

Bu gün bəzi gənc qızlarımız arıqlamaq üçün, bir anlıq həzz üçün "patı" istifadə edirlər. Ailələrini gözlərinin önünə gətirsinlər, etməsinlər. Sonra heç nə əvvəlki kimi olmur. Heç kimə aldanmasınlar. Həyatda sağlamlıqdan, hörmətdən önəmli heç nə yoxdur. Bu, narkomaniya sizin canınızı da aparır, malınızı da. Mənim həyatımdan dərs götürsünlər, narkotikdən uzaq olsunlar".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2037   Tarix: 11 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu ərazilərdə işıq olmayacaq

Azərbaycanın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq. BİG.AZ xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanmas

10:00 182
.

Bakıda axşam konsertləri davam edir - Fotolar

Ötən həftədən etibarən Bakı Şəhər İcra Hakimiyyəti və rayon İcra Hakimiyyətlərinin birgə təşkilatçılığı ilə paytaxt sakinlərinin asudə vaxtının daha səmərəli təşkili məqsədilə açıq hava konsertlərinə start verilib. BİG.AZ xəbər verir ki, ötən gün yenidən paytaxtın dörd rayonunda sakinlərimizin və şəhəri

10:26 145
.

Beş qadın və keçmiş gözəllik kraliçası insan alverçilərindən xilas edildi

Filippində insan alveri şəbəkəsinin qurbanı olan beş rusiyalı qadın və keçmiş gözəllik müsabiqəsi qalibinin xilas edildiyi bildirilir. xəbər verir ki, bu barədə "Cebu Daily News" Milli İstintaq Bürosuna istinadən məlumat yayıb. Qəzetin məlumatına görə, qadınları kommersiya məqsədli cinsi istismar

11:31 129
.

Məktəb direktoru xadiməni təsərrüfat işləri üzrə müdir vəzifəsinə necə təyin edib?

Bakı Ağır Cinayətlər Məhkəməsində Sabunçu rayonu, F.Bayramov adına 22 saylı tam orta məktəbin sabiq direktoru, rüşvət almaqda təqsirləndirilən Cavad Səfərovun cinayət işinin bəzi detalları məlum olub. -a istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı ela

10:58 144
.

Abxaziyaya benzin satan Repsol tənqidlərin hədəfinə çevrildi

Gürcüstanın neft şirkəti Repsol Abxaziyaya benzin satışını dayandırıb. xəbər verir ki, bu barədə "Business Media" məlumat yayıb. Bildirilir ki, Repsol Abxaziyaya çatdırılması üçün vasitəçi şirkət "Solidus"a benzin satışını həyata keçirib. Lakin şirkət respublikaya yanacaq tədarükün

11:14 135
.

Prezidentə "İrpin şəhərinin fəxri vətəndaşı" vəsiqəsi təqdim olundu - Foto

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı dövlət başçısının "X" hesabında paylaşım edilib. "Bakıda səfərdə olan Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşdüm

12:38 87
.

Urmiya gölü qırmızı rəngə boyandı

Urmiya gölünün qırmızı rəngin müxtəlif çalarlarına boyandığı müşahidə olunub. xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib. Qərbi Azərbaycan əyalətinin Ətraf Mühiti Qoruma İdarəsinin baş direktoru Urmiya gölünün bəzi hissələrində suyun rənginin dəyişməsin

16.08.2026 356
.

Fransa meşə yanğınlarına qarşı ordunu səfərbər edir

Fransada meşə yanğınları ilə mübarizə aparmaq üçün 2 min əsgər ehtiyatda saxlanılır. xəbər verir ki, Fransa Müdafiə Nazirliyinin nümayəndəsi Elis Rufus bu barədə BFMTV-yə açıqlamasında bildirib. Onun sözlərinə görə, ehtiyatda olan təxminən 2 min əsgər zərurət yaranacağı təqdirdə yanğınların söndürülməs

11:44 109
.

Təkcə boyunbağısının qiyməti 50 milyon dollardır - Fotolar

Ulduz futbolçu Kriştiano Ronaldonun həyat yoldaşı Corcina Rodriges yenidən bahalı zinət əşyaları ilə gündəmə gəlib. "Qafqazinfo" xəbər verir ki, Corcinanın 75 milyon dollarlıq aksessuarı sosial şəbəkələrdə müzakirə yaradıb. Qeyd edilib ki, Corcinanın nikah günü taxdığı zinət əşyaları "Chopard"

11:20 180
.

TOP MP3