Bakıda 16 yaşlı gənc əmisinin yasında adam öldürdü - Namus cinayətinin TƏFƏRRÜATI
Bakıda qətl törədən 16 yaşlı gənc hakim qarşısına çıxarılıb. Onun qətlə yetirdiyi şəxs gəncin mərhum əmisinin arvadı ilə sevgi münasibətində olub.
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdə adam öldürməkdə ittiham olunan 2005-ci il təvəllüdlü Bəhruz Mehrəliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən B.Mehrəliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qətlin baş verməsinə səbəb Bəhruzun mərhum əmisi Bəhram Mehrəliyevin xanımının Elnar Qədimovla münasibətdə olması olub.
Bəhruz əmisinin vəfatından sonra Elnarın əmisi arvadı ilə münasibətindən şübhələnib. Bir müddət sonra bu şübhələri doğru çıxıb. Hələ əmisinin ili çıxmamış bundan xəbər tutan Bəhruz Elnara xəbərdarlıq edib. Amma cavabında Elnar ona "sən uşaqsan" deyə cavab verib.
Bəhruzun mərhum əmisinin arvadı ilk dəfə Elnarı onlara taksi sürücüsü kimi təqdim edib. Sonra isə onlar arasında münasibətin olduğu məlum olub.
Qətl hadisəsi isə Bəhruzun əmisinin il mərasimində olub. Elnarın həmin mərasimə gəlməsi Bəhruzu daha da əsəbləşdirib.
Bəhruz ifadəsində deyib ki, Elnarın yeni rəhmətə gedən əmisinin arvadı ilə münasibətdə olmasını biləndə çox əsəbləşib və ona xəbərdarlıq edib: "Mən ona xəbərdarlıq eləmişdim. Amma o utanmadan yas mərasiminə də gəlmişdi. Bu, məni daha da əsəbləşdirdi".
Yas mərasimində Elnarın əmisi arvadına göz-qaş etdiyini görən Bəhruz evə gedərək bıçaq götürüb. Bir müddət gözləyib və Elnarın kənara çəkilməsini müşahidə edib. Elnar oturan yerdə ona arxadan yaxınlaşaraq boğaz nahiyəsindən bir zərbə endirib. Bəhruz bıçağı vurmamışdan əvvəl "mən sənə xəbədarlığımı etmişdim" deyib.
Elnar aldığı xəsarətdən hadisə yerində ölüb.
Musavat.com
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2242 Tarix: 11 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib
Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbird
17:50 83 Kotletlər tavaya yapışmayacaq - Peşəkar aşpazların gizli üsulu
Kotlet bişirmək ilk baxışdan çox sadə görünür. Lakin bəzən kotletlər tavaya yapışır, çevirərkən dağılır və ən dadlı, qızarmış hissəsi tavanın dibində qalır. Bunun səbəbi çox vaxt qiymənin hazırlanmasında deyil, bişirmə zamanı yol verilən səhvlərdə olur. xarici mediaya istinadən xəbər verir ki, peşəka
18:30 1 Azərbaycan - Türkiyə dostluğu sarsılmazdır
8 Noyabr - Zəfər Günü elə nadir bayramlardandır ki, həmin gün yaşanan hissləri tam dolğunluğu ilə ifadə etmək üçün bəzən ən mükəmməl söz belə yetərli görünmür. Burada qürur və ləyaqət, haqq və ədalət, inam və birlik, güc və fədakarlıq, milli-mənəvi dəyərlər və Vətən sevgisi kimi hisslər onların hər bir
11:17 341 Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir
Prezident İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı təbrik müraciəti tarixi Qələbəmizin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir daha nümayiş etdirib. Dövlətimizin başçısının müraciətini məhz Xankəndidə, şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfə
11:14 262 Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək
Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq
14:13 228 Azərbaycanlı bloger Ermənistana buraxılmayıb - Video
Rusiyada yaşayan azərbaycanlı bloger Rüstəm Şükürov Ermənistana səfər etmək istəsə də, ölkəyə girişinə icazə verilməyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı bloger "Instagram" hesabında paylaşıb. Onun sözlərinə görə, Gürcüstan-Ermənistan sərhədində yoxlanış zamanı on
17:22 125 Məktəblər üçün texniki dəstək xətti açıldı
Elm və Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin inzibati heyət üzvlərinin müraciətlərinin operativ cavablandırılması və texniki məsələlərin həllinə kömək göstərilməsi məqsədilə 146-4 dəstək xətti istifadəyə verilib. Nazirlikdən "Qafqazinfo"ya verilən məlumata görə, dəstək xətt
21:45 1 Qarabağda həyatın yenidən canlanması ölkədə aparılan quruculuğun təzahürüdür
Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı müraciət ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran vəzifələrin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətind
11:05 318 Sabah 16° isti olacaq
Noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağ
14:30 212