Postsovet məkanı ölkələrinin kiril əlifbasından latına sürətli keçidi nə ilə bağlıdır? - ARAŞDIRMA

Postsovet məkanı ölkələrinin kiril əlifbasından latına sürətli keçidi nə ilə bağlıdır? - ARAŞDIRMARusiyanın postsovet məkanında üzləşdiyi problemlərin sırasına daha biri əlavə olunur. Bu məkana daxil olan ölkələrin sürətlə kiril əlifbasından çıxıb latına keçmələri artıq qarşısıalınmaz prosesə çevrilib.

Məsələ ilə bağlı "Kaspi" qəzetində maraqlı məqalə yayımlanıb.

SSRİ dağıldıqdan sonra onun varisi qismində çıxış edən Moskva bu ölkələrin ərazisində süni münaqişə ocaqları yaratdı və məqsədi də bəlli idi – müstəqil olmağa çalışan dövlətləri öz təsir dairəsində saxlamaq. Üstündən 30 il keçməsinə baxmayaraq, bu münaqişələr həllini tapmayıb. Məhz Kremlin yeritdiyi siyasətin nəticəsidir ki, indi bu dövlətlər çıxış yolunu sürətlə Moskvadan uzaqlaşmaqda görür. Buna nail olacaqlarmı? İndidən nə isə söyləmək və proqnozlaşdırmaq çox çətindir. Bir faktı bildirək ki, hazırda kiril əlifbası arealı sürətlə azalır. İndi yalnız bu ölkələrdə - Belarus, Bosniya və Herseqovina, Bolqarıstan, Qırğızıstan, Şimali Makedoniya, Monqolustan, Rusiya, Serbiya, Tacikistan və Monteneqroda kiril əlifbası istifadə olunur.

Xatırladaq ki, SSRİ-nin dağılması ilə kiril əlifbasından uzaqlaşan Moldovanın ardınca, Azərbaycan, Türkmənistan əlifbalarını dəyişdi və sürətlə latınlaşma prosesinə start verdilər. Bəs nədən daha çox ölkə kirildən latına keçməyə üstünlük verir? Bu qərar nə ilə bağlıdır – bu, özünümüdafiə, yaxud ondan uzaqlaşmaq əlamətidir? Belə götürəndə, bu ölkələrdə slavyan əlifbası heç vaxt "doğma" da olmayıb. Bəllidir ki, artıq Özbəkistan və Qazaxıstan rus əlifbasından uzaqlaşmaq barədə qərara imza atıb. Qırğızıstan parlamentinin deputatları latın əlifbasına keçid məsələsini qaldırsalar da, keçmiş prezident Almazbəy Atambayev buna qarşı çıxdı. Lakin deputatlar israrlı görünür. "Kiril əlifbası Qırğızıstana texnologiyaları inkişaf etdirməyə mane olur, ölkənin müasirləşməsinin qarşısını alır" - deyə keçmiş deputat Kanıbek İmanəliyev deyib. O, kiril əlifbasını Qırğızıstanın əqli irsi adlandırsa da, 2030-2040-cı illərə kimi latın əlifbasına keçidin zəruri olacağını deyib.

İndi isə latın əlifbalı ölkə olmaq arzusunu Ukrayna da bəyan edib. Bununla da, Ukrayna ilə Rusiya arasında saysız-hesabsız problemlərin sırasına daha biri də əlavə olunub. Bu ideyanın müəllifləri əmindirlər - latın əlifbası fonetik cəhətdən Ukrayna dilinə daha yaxındır. Lakin hədəf heç də bu deyil. Ukrayna əbədi düşməni olaraq gördüyü Rusiya ilə yaxınlığı birdəfəlik kəsməyə çalışır. Dil islahatı problemli şəkildə ölkənin ən müxtəlif dairələrində müzakirə olunur, təkliflər səslənir. Hələ ki, bu məsələ müzakirə səviyyəsində olsa da, yaxın gələcək üçün bunun reallaşması mümkün olmaya bilər. Müzakirəni Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov ortaya atıb. Ondan əvvəl isə bu ideyanı keçmiş xarici işlər naziri Pavel Klimkin qaldırmışdı. Bir neçə ay əvvəl isə latın əlifbasına keçidin məqsədyönlülüyünü Ukrayna Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunda qaldırıblar. Onlar yazıçı Sergey Pilippenkonun doğum gününün 135 illiyi ilə bağlı yaydıqları müraciətdə də buna yer ayırıblar. Bu şəxs vaxtilə kiril əlifbasından latına keçidin təşəbbüskarı kimi çıxış etmiş, nümayişkaranə şəkildə latın-Ukrayna dilində yazırdı. Lakin o zaman onun təşəbbüsü geniş dəstək qazanmadı. İndi isə nəzərə alsaq ki, ölkə Rusiya ilə müharibə həddindədir, torpaqlarının çox hissəsi işğal olunub, o zaman onun aktual əhəmiyyət kəsb edəcəyi gözlənilir. İdeyanın əleyhdarları hesab edirlər ki, bu məsələni qısa zamanda reallaşdırmaq mümkün deyil.

Uzunmüddətli perspektivdə bəlkə də onu reallaşdırmaq olar. Lakin əlifbadan sürətlə imtina etmək elə də asan olmayacaq. Ölkənin şərq hissəsində Rusiyanın, rus dilinin ciddi dayaqları mövcuddur. Qəti şəkildə Rusiyanın mental, mədəni və informasiya təsirindən çıxmaq asan deyil. Buna baxmayaraq, illər uzunudur ki, ölkənin qərb vilayətlərindən olan siyasətçilər, mədəniyyət xadimləri, şair və yazıçılar əlifba məsələsini qabardır. Onlar əmindirlər ki, latınlaşma Ukraynanı Avropaya daha da yaxınlaşdıracaq.

Artıq sosial şəbəkələrdə aktiv şəkildə "Latın əlifbasına keçəcəyəm - Ukrayna dilini xilas edəcəyəm" şüarları ilə aksiyalar keçirilir. Məsələn, lvovlu rəssam Vlodko Kostırko latın dilində bir neçə məqalə dərc edib, yeni sözlərdən ibarət lüğət də tərtib edib. Məsələn, "kompüter", "ofis" sözlərinin əvəzləyicilərini tapıb. İdeyanın tərəfdarlarının, hətta Ukrayna dilinin transliterasiyası layihələri də var. İstənilən halda, razılaşmaq gərəkdir ki, latın əlifbası ilə planet əhalisinin 42 faizi və 70 ölkəsi yazıb-yaradır. Kiril əlifbası isə bu sırada latın, Çin, heroqlif və ərəb əlifbasından sonrakı yeri tutur. Kiril əlifbasından planet əhalisinin cəmi 3 faizi, təqribən 250 milyon insan istifadə edir.

Latın əlifbasına keçidin tərəfdarları əmindirlər ki, bu cür dəyişikliklər bir sivilizasiya seçimidir. Bu, həm də Rusiyanın mental, mədəni, informasiya və iqtisadi təsirindən çıxmaq deməkdir. Məsələn, götürək Qazaxıstanı. Bu ölkədə sözün əsl mənasında qazax dilinin assimilyasiyası prosesi gedirdi. Ölkənin ümummilli lideri Nursultan Nazarbayev də bu təhlükəni nəzərə alaraq əlifbanın dəyişdirilməsi prosesinə start verdi. Artıq dövlət qulluqçuları üçün qazax dilinin məcburi öyrənilməsi qanuniləşib. Və əslində rus şovinistlərinin iddia etdiyi kimi söhbət heç də latın əlifbalı Türkiyənin bölgədə nüfuzunun güclənməsindən getmir. Sadəcə bu proses istənilən sivil və müstəqil dövlətin çoxdan həyata keçirməli olduğu vacib məsələdir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1312   Tarix: 19 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Zəfərin Xankəndidən ucalan səsi

Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə

11.11.2026 345
.

İspaniyada kirayə və mənzil böhranı

İspaniyada kirayə və mənzil böhranı səbəbindən 14 ildən sonra ilk dəfə ümumi tətil başlayıb. bunu Türkiyə mediasına istinadən bildirib. İşçilər artan kirayə qiymətlərinə, mənzil çatışmazlığına və evlərdən məcburi çıxarılmalara etiraz edirlər. Minlərlə işçi fəaliyyətini dayandırıb. Tətilin ilk saatlarınd

11.11.2026 249
.

Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib

Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbird

11.11.2026 258
.

Qarabağda həyatın yenidən canlanması ölkədə aparılan quruculuğun təzahürüdür

Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı müraciət ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran vəzifələrin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətind

11.11.2026 445
.

Şuşanın yeni siması aparılan quruculuq işlərinin göstəricisidir

Prezident İlham Əliyevin Zəfər Gününün altıncı ildönümündə Şuşaya səfəri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın isə məhz bu əlamətdar gündə Qarabağa səfəri Şuşanın ölkəmizin siyasi və mənəvi həyatındakı müstəsna yerini bir daha gündəmə gətirdi. Bu hadisələr həm də Şuşanın Azərbaycanın milli kimliyinin

11.11.2026 291
.

Vətən müharibəsinin Xankəndidən səslənən dərsləri

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 8 Noyabr Zəfər Günü münasibətilə Xankəndi şəhərindəki Zəfər abidəsini ziyarət etdikdən sonra Azərbaycan xalqına ünvanladığı təbrikində 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin göstərdiyi qəhrəmanlıqdan, döyüş meydanında qazanılan üstünlükdən

11.11.2026 245
.

"Kurtlar Vadisi"nin əfsanəsi geri qayıdır - Çəkilişlər başladı

Türkiyənin məşhur "Kurtlar Vadisi" serialının yaddaşlarda qalan obrazlarından biri olan Cərrahpaşalı Halit illər sonra ekranlara qayıdır. Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor Özcan Varaylının baş rolunu canlandırdığı "Cerrahpaşalılar" filminin çəkilişlərinə başlanılıb

11.11.2026 247
.

Tikinti şirkəti vətəndaşın pulunu alıb mənzili vaxtında təhvil vermirsə, bunun məsuliyyətini kim daşımalıdır?

Burada çox mühüm bir prinsip var: vətəndaşın pulunu almaq sahibkarlıq hüququ, həmin vəsaitin müqabilində üzərinə götürülmüş öhdəliyi yerinə yetirmək isə sahibkarlıq borcudur. Əgər tikinti şirkəti vətəndaşla müqavilə bağlayır, onun vəsaitini qəbul edir və müəyyən edilmiş tarixdə mənzili təhvil verməy

11.11.2026 279
.

Sarsılmaz müttəfiqlik - ortaq strateji hədəflər

Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad

11.11.2026 280
.