"Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... Necə yəni, uşaqpulu versəniz, onun atası işləməyəcək?

"Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... Necə yəni, uşaqpulu versəniz, onun atası işləməyəcək?"Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... Necə yəni, uşaqpulu versəniz, onun atası işləməyəcək? Xanım deputatın verdiyi müsahibəni oxudum və çox heyfisləndim. Xalqın dərdinə xalqın içindən çıxan və xalqın seçdiyi insan qalar. Necə yəni, uşaqpulunu müzakirə edən ancaq jurnalistlərdir?! Müavinətlər verilir, filan-filan, beşməkan... Müavinət kömək deməkdir. Hər bir ailəyə, iş təcrübəsi olmayan, yetəri qədər işləyib təcrübə yığa bilməyən və yaxud da xəstə olan, həqiqətən də köməyə ehtiyacı olan adamlara verilir".

Bunu Xalq artisti Afaq Bəşirqızı Milli Məclisinin deputatı Günay Ağamalının uşaqpulu ilə bağlı mübahisəli fikirlərinə cavab olaraq bildirib.

O daha sonra əlavə edib:

"Uşaqlar bizim canımızdır, varımızdır, dövlətimizdir. Uşaqlar sabahın əsgəridir. Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır. Onların yerinə biz yetişdirməliyik, sabahın əsgərini böyütməliyik. Heç dövlət nümayəndəsi, dövlət qulluqçusu belə bir söz deyərmi?! Belə bir ifadə işlədərmi?! Mən başa düşə bilmirəm, bu hansı vicdana sığır?! Bəli, uşaqpulları verilməlidir və veriləcək də! Sadəcə, az, çox az səbr etmək lazımdır ki, müəyyən işlər toparlansın və həllini tapsın. Xanım, bu bir dövlət qulluqçusu kimi nə dövləti, nə dövlətçiliyi, nə də sizi namizəd kimi qəbul edib, deputat edən adamları heç vaxt qane etməz! Yadınızda saxlayın! Bu xalqdır. Xalqın ən çox istədiyi, ən çox ehtiyacı olan və ən çox danışdığı mövzuya belə laqeyd, belə qulaqardı yanaşmaq olmaz! Siz nə edirsiniz?! Siz şir ürəyi yemisiz?! Heç bir bayağı sözünüz, yersiz hərəkətiniz bu xalqın arasına ləxləxə sala bilməyəcək! Yadınızda saxlayın! Əgər həqiqətən də dövlətə və dövlətçiliyə, Azərbaycana sadiq bir insansınızsa, siz danışanda danışığınıza fikir verin və yüz ölçüb, yüz biçin! Necə yəni uşaqpulu versəniz, onun atası işləməyəcək?! Arxayın olacaq ki, uşaqpulu alır. Bu nə absurd fikirlərdir?! Mən elə bildim ki, lətifə oxuyuram. Həqiqətən də müsahibəni oxuyanda belə zənn etdim ki, mırt vuran bir adamdır, kiminləsə zarafat edir. Siz həm bizim kişilərin, həm də analarımızın hissiyatına toxunursuz! Belə şey olar?! Siz Azəri türküsüz! Azəri türkü ömür billah haqsızlıqla vuruşub! Qələbəni də haqqı qoruduğuna və haqqı bərpa etdiyinə görə alıb. Ona görə də tarixlərə gömülüb. Düz deyirsiz, tarixə gömülənlər var, amma qəhrəman kimi yox, layiqsiz adlarla gömülüblər! Hər halda bunu siz daha yaxşı bilərsiniz! Mən bir vətəndaş kimi, dövlətini sevən, xalqına qiymət verən və xalqının qarşısında baş əyən, dövlətçiliyini qoruyan, xalq artisti kimi deyirəm ki, ümumiyyətlə, bu müsahibə olmayıb və mən bəzi bayağı insanların yerinə xalqımdan, analardan, qadınlardan, qardaşlarımızdan dönə-dönə, üzr istəyərdim.. Lakin mən bilirəm ki, onlar bu üzürü qəbul etməzlər. Çünki onlar bilirlər ki, mən onlara əsl qiymətlərini verən insanam. Mən Azəri türküyəm. Vətənini, torpağını sevən insanam. Hamınıza da bunu tövsiyə edirəm. Uşaqpulu verilməlidir. Cənab prezidentin bunu edəcəyinə adım kimi əminəm. Bu tezliklə olacaq, bizim körpələrimiz böyüyəcək və çoxalacaq. Bizim xalqımızın sayı milyon deyil, trilyonlara çatacaq. Mən buna inanıram. "Yaşasın xalqım" deyirəm".

Qeyd edək ki, deputat Günay Ağamalı "Günə doğru" verilişində uşaqpulu ilə bağlı mübahisəli məsələlər danışıb. Onun bu müsahibəsi sosial şəbəkələrdə etiraza və insanların kəskin rəylərinə səbəb olub


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 808   Tarix: 22 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Arvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyil

Həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Rövşən oğlu Əhmədovun vaxtından əvvəl azadlığa buraxılması gündəmə gəlib. BİG.AZ -a istinadən bildirir ki, hazırda 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən sabiq hakimin cəzasını

14.11.2026 251
.

"Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək

Azərbaycanda istilik haqlarını ödəməyən binalara istiliyin verilməsi mümkün olmayacaq. Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-dən məlumat verilib. Bildirilib ki, builki istilik mövsümündə 178 minə yaxın mənzilin istiliklə təmin edilməsi nəzərdə tutulur

14.11.2026 218
.

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Türkiyə ərazisindən Suriyaya 1 milyard 197,1 milyon kubmetr həcmində Azərbaycan təbii qazı göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Bu göstəric

14.11.2026 195
.

Ukraynanın Danimarkadan alacağı hərbi yardım paketinin detalları açıqlanıb

Ukrayna ilin sonunadək Danimarkadan 645 milyon avro dəyərində hərbi yardım alacaq. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, paketə müxtəlif yardım növləri, o cümlədə

14.11.2026 155
.

Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı

Bakının Qaradağ rayonundakı evlərdən birindən 7050 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, əməli törədən F.Fərəcov müəyyən olunaraq saxlanılıb. Araşdırmada onun rayondakı digər evlərdən elektri

14.11.2026 220
.

Zelenski: Ukrayna konstitusiyada neytral statusun təsbit edilməsinə razı olmayacaq

Ukrayna konstitusiyada neytral statusun təsbit edilməsinə razı olmayacaq, çünki belə bir status ölkəni uzunmüddətli təhlükəsizlik zəmanətləri ilə təmin etməyəcək. "Report"un Şərqi Avropa bürosunun verdiyi məlumata görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasınd

14.11.2026 184
.

Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama

ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs

14.11.2026 201
.

Qaradağda evdən 7050 manatlıq qızılı oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Qaradağ rayonu ərazisində yerləşən evlərdən birindən 7050 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, əməli törədən F.Fərəcov müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı onun rayon ərazisində digər evlərdə

14.11.2026 202
.

Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb - Video

Türkiyəli jurnalist Hamid İhtiyar Antalya şəhərində keçirilmiş COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə qlobal iqlim dəyişikliyi ilə bağlı sual ünvanlayıb. xəbər verir ki, bununla bağlı jurnalist öz "Instagram" səhifəsində paylaşım edib. "Əgər dünyanın prezidenti olsaydınız

14.11.2026 196
.