"Çayçı Qədeş Bala" ilə TikTok-da Azərbaycan Çayını Kəşf Et!

"Çayçı Qədeş Bala" ilə TikTok-da Azərbaycan Çayını Kəşf Et!Çay Azərbaycan xalqı üçün təkcə bir içki deyil - o, ünsiyyətin, qonaqpərvərliyin və birlik ruhunun simvoludur. Hər evdə, hər süfrədə çay insanları bir araya gətirir, söhbətə və mehribanlığa yol açır. Beynəlxalq Çay Günü münasibətilə biz "Çayçı Qədeş Bala" ilə söhbət etdik. TikTok üzərindən Azərbaycan çay mədəniyyətini gənclərə və geniş auditoriyaya çatdıran bu personaj, yalnız çay təqdim etmir, həm də milli ruhu, səmimiyyəti və qonaqpərvərliyi əks etdirir. Müsahibəmizdə onun TikTok vasitəsilə gördüyü işlər, qazanılan uğurlar və gələcək planları ilə tanış olacaqsınız.

Gəlin, Sizi daha yaxından tanıyaq. "Çayçı Qədeş Bala" kimdir və bu obrazı izləyicilərimizə necə təqdim edərdiniz?

"Çayçı Qədeş Bala" adını eşidəndə insanların ağlına ilk olaraq çay gəlir. Çünki çay bizim gündəlik həyatımızın, qonaqpərvərliyimizin və ünsiyyət mədəniyyətimizin ayrılmaz hissəsidir. Yay-qış fərq etməz, Azərbaycan insanı üçün çay hər zaman xüsusi yer tutur. Mən də bu obraz vasitəsilə Azərbaycan çay mədəniyyətini daha səmimi, maraqlı və yadda qalan formada təqdim etməyə çalışıram. "Çayçı Qədeş Bala" təkcə çay təqdim edən bir personaj deyil, həm də milli ruhu, qonaqpərvərliyi və insanlara doğma gələn səmimiyyəti əks etdirən bir obrazdır.

Bu obrazın yaranma hekayəsi də maraqlıdır. "Çayçı Qədeş Bala" ideyası necə yarandı və TikTok bu obrazın tanınmasında hansı rol oynadı?

Bu ideya restoran sahəsindəki müşahidələrimdən sonra yarandı. Restoran sektorunda barmen, ofisiant və digər xidmət sahələri kifayət qədər inkişaf edib və bu peşələr daha müasir formada təqdim olunur. Amma çayçı obrazında müəyyən boşluq hiss olunurdu. Çayçı anlayışı var idi, lakin onu daha fərqli, müasir və yadda qalan şəkildə təqdim edən obraz az idi. Mən də qərara gəldim ki, belə bir personaj yaradım və onu insanlara yeni formada tanıdım. TikTok isə bu ideyanın daha geniş auditoriyaya çatmasında mühüm rol oynadı. Paylaşdığım videolar sayəsində insanlar məni tanımağa, fəaliyyətimi izləməyə və obrazla maraqlanmağa başladılar.

TikTok-da fəaliyyətinizi paylaşmağa başladıqdan sonra həyatınızda və işinizdə hansı dəyişikliklər baş verdi?

TikTok-da gündəlik iş prosesimi, tədbirlərdəki fəaliyyətimi və çay təqdimatlarımı paylaşmağa başladıqdan sonra daha geniş auditoriyaya çıxış əldə etdim. İnsanlar obrazı bəyəndi, videolar maraqla qarşılandı və bu da fəaliyyətimə müsbət təsir göstərdi. Əvvəllər məni daha çox müəyyən çevrə tanıyırdısa, TikTok sayəsində artıq daha geniş kütlə ilə ünsiyyət qurmaq imkanı qazandım. Videolar yayıldıqca tədbirlərdən, festivallardan və müxtəlif layihələrdən dəvətlər almağa başladım.

Sizcə, TikTok Azərbaycan milli adət-ənənələrinin, xüsusilə də çay mədəniyyətinin gənclərə çatdırılmasında necə rol oynayır?

TikTok çox böyük təsir gücünə malik platformadır. Xüsusilə gənclər bu platformada milli adət-ənənələrimizlə bağlı kontentlərə daha maraqlı və müsbət yanaşırlar. Çay mədəniyyəti, milli geyim, qonaqpərvərlik və digər dəyərlər TikTok-da daha canlı və müasir formada təqdim oluna bilir. Bu platforma ənənələri sadəcə göstərmək üçün deyil, onları yeni nəslin anlayacağı və sevəcəyi dildə çatdırmaq üçün də geniş imkan yaradır.

Videolarınızda yalnız çay təqdim etmirsiniz, həm də müəyyən dəyərləri ötürürsünüz. İnsanlara əsasən hansı mesajları çatdırmağa çalışırsınız?

Bəli, mən videolarımda sadəcə çay təqdim etmirəm. Çalışıram ki, orada səmimiyyət, yumor, qonaqpərvərlik və milli ruh hiss olunsun. İnsanlar kontentdə doğmalıq görürlər və bu, onları cəlb edir. Çay bizim üçün yalnız içki deyil, söhbət, mehribanlıq, paylaşım və bir araya gəlmək deməkdir. Mən də videolarım vasitəsilə bu hissi insanlara ötürməyə çalışıram.
Çay süfrəsi Azərbaycan insanı üçün hər zaman ünsiyyət və birlik məkanı olub. Sizcə, TikTok bu ənənəni rəqəmsal mühitdə necə yaşadır?
TikTok milli dəyərlərin tanıdılması üçün çox yaxşı platformadır. Milli geyimdə, öz obrazımda çəkdiyim videolar daha çox maraq doğurur və insanlar tərəfindən müsbət qarşılanır. İzləyicilər bu kontentlərdə həm nostalji hiss edir, həm də öz mədəniyyətini görür. Necə ki, çay süfrəsi real həyatda insanları bir araya gətirir, TikTok-da paylaşılan bu cür videolar da insanları eyni duyğu və dəyərlər ətrafında birləşdirir.

Xarici izləyicilərdən və turistlərdən Azərbaycan çayı və çay ənənələri ilə bağlı maraqlı reaksiyalar almısınızmı?

Bəli, "Çayçı Qədeş Bala" obrazı geyimi, papağı, bığı, eynəyi və ümumi tərzi ilə həm yerli, həm də xarici izləyicilərin marağına səbəb olur. Turistlər yaxınlaşıb şəkil çəkdirmək istəyir, Azərbaycan çayı və çay süfrəsi haqqında suallar verirlər. Bu da bizim mədəniyyətimizin tanıdılması baxımından çox dəyərli fürsətdir. Belə anlarda görürəm ki, sadə bir çay təqdimatı belə ölkəmizi və ənənələrimizi tanıtmaq üçün gözəl vasitəyə çevrilə bilir.

TikTok-da ən çox rezonans doğuran videonuz hansı olub və bu marağın səbəbini nə ilə izah edərdiniz?

Ən çox diqqət çəkən videolardan biri tanınmış xanəndə Mirələm Mirələmovun övladlarının toyunda çəkilmişdi. Həmin tədbirdə qazilərimizə xidmət göstərir, onlara çay təqdim edirdim. Video qısa müddətdə yarım milyona yaxın baxış topladı. Düşünürəm ki, insanların bu videoya maraq göstərməsinin əsas səbəbi oradakı səmimiyyət, hörmət və milli ab-hava idi. İnsanlar belə məqamlarda həm duyğu, həm də dəyər görürlər.

TikTok sizin üçün biznes baxımından hansı imkanları açdı?

TikTok mənim üçün həm tanıtım, həm də biznes baxımından çox faydalı platforma oldu. Videolar paylaşıldıqca insanlar məni daha çox tanımağa başladı, tədbir və festival dəvətləri artdı. Son dövrlərdə aldığım bir çox dəvətin səbəbi məhz TikTok-da paylaşdığım videolar olub. Yəni platforma fəaliyyətimi daha geniş auditoriyaya göstərmək, yeni əlaqələr qurmaq və iş imkanlarını artırmaq baxımından mənə böyük dəstək verdi.

Sizcə, TikTok kimi platformalar ənənəvi peşələrin və milli mədəniyyət nümunələrinin inkişafına necə təsir edir?

TikTok-dan düzgün və faydalı istifadə etdikdə çox yaxşı nəticələr əldə etmək mümkündür. Əgər insan öz işinə yaradıcı yanaşırsa, ənənəvi peşəni də müasir formada təqdim edə bilər. Mən də öz ideyalarımı, obrazımı və orijinal kontentimi bu platforma vasitəsilə göstərməyə çalışıram. TikTok milli dəyərlərin yeni nəsilə çatdırılması və ənənəvi peşələrin yenidən maraq doğurması baxımından çox təsirli vasitədir.

TikTok-da fəaliyyət göstərmək istəyənlərə nə tövsiyə edərdiniz?

TikTok-da əl işləri hazırlayan, faydalı kontent yaradan və öz bacarığını göstərən çox gənc izləyirəm. Onların bu təşəbbüslərini çox müsbət qiymətləndirirəm. Tövsiyəm odur ki, insanlar öz işlərini çəkinmədən göstərsinlər. Kontent səmimi, faydalı və orijinal olmalıdır. Hər kəsin özünəməxsus tərəfi var və TikTok həmin fərqliliyi göstərmək üçün çox yaxşı platformadır.

Beynəlxalq Çay Günü münasibətilə izləyicilərinizə nə demək istərdiniz və gələcək planlarınız nələrdir?

Beynəlxalq Çay Günü münasibətilə bütün çaysevərləri təbrik edirəm. Çay bizim üçün sadəcə içki deyil, söhbət, qonaqpərvərlik, birlik və doğmalıq deməkdir. Gələcəkdə TikTok üzərindən Azərbaycan çay mədəniyyətini daha geniş tanıtmaq istəyirəm. Bölgələrimizə məxsus çay süfrələrini, çayla bağlı adətləri, milli geyimdə təqdimatları və maraqlı çay mərasimlərini nümayiş etdirmək planlarım var. Məqsədim Azərbaycan çayının həm ölkəmizdə, həm də xaricdə daha çox tanınması və sevilməsidir.

"Çayçı Qədeş Bala" ilə TikTok-da Azərbaycan Çayını Kəşf Et!"Çayçı Qədeş Bala" ilə TikTok-da Azərbaycan Çayını Kəşf Et!


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1038   Tarix: 22 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Arvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyil

Həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Rövşən oğlu Əhmədovun vaxtından əvvəl azadlığa buraxılması gündəmə gəlib. BİG.AZ -a istinadən bildirir ki, hazırda 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən sabiq hakimin cəzasını

14.11.2026 251
.

"Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək

Azərbaycanda istilik haqlarını ödəməyən binalara istiliyin verilməsi mümkün olmayacaq. Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-dən məlumat verilib. Bildirilib ki, builki istilik mövsümündə 178 minə yaxın mənzilin istiliklə təmin edilməsi nəzərdə tutulur

14.11.2026 218
.

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Türkiyə ərazisindən Suriyaya 1 milyard 197,1 milyon kubmetr həcmində Azərbaycan təbii qazı göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Bu göstəric

14.11.2026 195
.

Ukraynanın Danimarkadan alacağı hərbi yardım paketinin detalları açıqlanıb

Ukrayna ilin sonunadək Danimarkadan 645 milyon avro dəyərində hərbi yardım alacaq. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, paketə müxtəlif yardım növləri, o cümlədə

14.11.2026 155
.

Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı

Bakının Qaradağ rayonundakı evlərdən birindən 7050 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, əməli törədən F.Fərəcov müəyyən olunaraq saxlanılıb. Araşdırmada onun rayondakı digər evlərdən elektri

14.11.2026 220
.

Zelenski: Ukrayna konstitusiyada neytral statusun təsbit edilməsinə razı olmayacaq

Ukrayna konstitusiyada neytral statusun təsbit edilməsinə razı olmayacaq, çünki belə bir status ölkəni uzunmüddətli təhlükəsizlik zəmanətləri ilə təmin etməyəcək. "Report"un Şərqi Avropa bürosunun verdiyi məlumata görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasınd

14.11.2026 184
.

Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama

ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs

14.11.2026 201
.

Qaradağda evdən 7050 manatlıq qızılı oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Qaradağ rayonu ərazisində yerləşən evlərdən birindən 7050 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, əməli törədən F.Fərəcov müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı onun rayon ərazisində digər evlərdə

14.11.2026 202
.

Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb - Video

Türkiyəli jurnalist Hamid İhtiyar Antalya şəhərində keçirilmiş COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə qlobal iqlim dəyişikliyi ilə bağlı sual ünvanlayıb. xəbər verir ki, bununla bağlı jurnalist öz "Instagram" səhifəsində paylaşım edib. "Əgər dünyanın prezidenti olsaydınız

14.11.2026 196
.