"28 May Respublika Günü bir daha sübut edir ki, Azərbaycan xalqının azadlıq iradəsi sarsılmazdır" - BƏHRUZ QULİYEV

"28 May Respublika Günü bir daha sübut edir ki, Azərbaycan xalqının azadlıq iradəsi sarsılmazdır" - BƏHRUZ QULİYEV28 May - Respublika Günü Azərbaycan xalqının dövlətçilik tarixində yalnız bir təqvim hadisəsi deyil, milli iradənin, azadlıq düşüncəsinin və siyasi yetkinliyin təntənəsidir. 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması bütün müsəlman Şərqində ilk parlamentli demokratik respublika kimi tarixə düşərək xalqımızın müstəqil yaşamaq əzmini bütün dünyaya nümayiş etdirdi.

Həmin dövrdə son dərəcə mürəkkəb beynəlxalq və regional şəraitdə fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə dövlət quruculuğu istiqamətində mühüm addımlar atdı. Milli ordu yaradıldı, dövlət atributları təsis olundu, ana dili dövlət dili elan edildi, parlament formalaşdırıldı, qadınlara seçki hüququ verildi. Bütün bunlar göstərirdi ki, Azərbaycan xalqı demokratik idarəçilik ənənələrinə və müasir dövlət təfəkkürünə malik xalqdır.

Azərbaycan Xalq Cümhuriyyətinin ideoloji əsasını təşkil edən milli birlik, azərbaycançılıq və müstəqillik prinsipləri bu gün də dövlət siyasətimizin əsas dayaqları olaraq qalır. Ana yasamızda da qeyd olunur ki, məhz bugünki Azərbaycan Cümhuriyyətin varisidir." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev BiG.AZ-a açıqlamasında deyib.
"28 May Respublika Günü bir daha sübut edir ki, Azərbaycan xalqının azadlıq iradəsi sarsılmazdır" - BƏHRUZ QULİYEVEkspert qeyd edib ki, Sovet hakimiyyəti illərində formal şəkildə məhdudlaşdırılsa da, xalqımızın istiqlal arzusu heç zaman sönmədi və nəhayət, 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini yenidən bərpa etdi.

Müstəqilliyimizin ilk illərində yaşanan ağır siyasi və iqtisadi böhranlar, daxili qarşıdurmalar və xarici təzyiqlər dövlətçiliyimizi ciddi təhlükə ilə üz-üzə qoymuşdu. Məhz belə bir tarixi mərhələdə Ümummilli Lider Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıdaraq Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi, dövlətçilik əsaslarını möhkəmləndirdi və müasir inkişaf strategiyasının təməlini qoydu. Ulu Öndər o zaman deyirdi ki, müstəqilliyi əldə etmək çətindir, onu qoruyub saxlamaq ondan da çətindir. Amma ikinci dəfə əldə olunan müstəqillik Böyük Şəxsiyyət Heydər Əliyev tərəfindən qorundu, saxlanıldı.

"Bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə Azərbaycanın beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb, ölkəmiz regionun aparıcı siyasi və iqtisadi güc mərkəzinə çevrilib. Ən əsası isə Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunub. Bu gün Azərbaycan yalnız öz milli maraqlarını qətiyyətlə qoruyan deyil, eyni zamanda regional və qlobal proseslərdə söz sahibi olan dövlət kimi çıxış edir.

Düşünürəm ki, 28 May Respublika Günü bir daha sübut edir ki, Azərbaycan xalqının azadlıq iradəsi sarsılmazdır. 1918-ci ildə əsası qoyulan dövlətçilik ənənələri bu gün daha güclü formada yaşayır və inkişaf edir. Azərbaycan artıq öz taleyini özü müəyyən edən, milli maraqlarını təmin edən, müstəqil siyasət yürüdən müasir güclü və suveren respublikadır."- deyə, B.Quliyev əlavə edib.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 890   Tarix: 22 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Arvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyil

Həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Rövşən oğlu Əhmədovun vaxtından əvvəl azadlığa buraxılması gündəmə gəlib. BİG.AZ -a istinadən bildirir ki, hazırda 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən sabiq hakimin cəzasını

14.11.2026 251
.

"Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək

Azərbaycanda istilik haqlarını ödəməyən binalara istiliyin verilməsi mümkün olmayacaq. Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-dən məlumat verilib. Bildirilib ki, builki istilik mövsümündə 178 minə yaxın mənzilin istiliklə təmin edilməsi nəzərdə tutulur

14.11.2026 218
.

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Türkiyə ərazisindən Suriyaya 1 milyard 197,1 milyon kubmetr həcmində Azərbaycan təbii qazı göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Bu göstəric

14.11.2026 195
.

Ukraynanın Danimarkadan alacağı hərbi yardım paketinin detalları açıqlanıb

Ukrayna ilin sonunadək Danimarkadan 645 milyon avro dəyərində hərbi yardım alacaq. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, paketə müxtəlif yardım növləri, o cümlədə

14.11.2026 155
.

Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı

Bakının Qaradağ rayonundakı evlərdən birindən 7050 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, əməli törədən F.Fərəcov müəyyən olunaraq saxlanılıb. Araşdırmada onun rayondakı digər evlərdən elektri

14.11.2026 220
.

Zelenski: Ukrayna konstitusiyada neytral statusun təsbit edilməsinə razı olmayacaq

Ukrayna konstitusiyada neytral statusun təsbit edilməsinə razı olmayacaq, çünki belə bir status ölkəni uzunmüddətli təhlükəsizlik zəmanətləri ilə təmin etməyəcək. "Report"un Şərqi Avropa bürosunun verdiyi məlumata görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasınd

14.11.2026 184
.

Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama

ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs

14.11.2026 201
.

Qaradağda evdən 7050 manatlıq qızılı oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Qaradağ rayonu ərazisində yerləşən evlərdən birindən 7050 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, əməli törədən F.Fərəcov müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı onun rayon ərazisində digər evlərdə

14.11.2026 202
.

Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb - Video

Türkiyəli jurnalist Hamid İhtiyar Antalya şəhərində keçirilmiş COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə qlobal iqlim dəyişikliyi ilə bağlı sual ünvanlayıb. xəbər verir ki, bununla bağlı jurnalist öz "Instagram" səhifəsində paylaşım edib. "Əgər dünyanın prezidenti olsaydınız

14.11.2026 196
.