Aliment artırıla bilərmi? - AÇIQLAMA

Aliment artırıla bilərmi? - AÇIQLAMA"Ana alimentin artırılmasıni tələb etdiyi kimi, ata da azaldılması üçün məhkəməyə müraciət edə bilər".

Bu sözləri BiG.AZ-a açıqlamasında hüquqşünas Tağı Hüseynov deyib.

Onun sözlərinə görə, ailə məcəlləsində ümumiyyətlə alimentin miqdarının dəyişdirilməsi nəzərdə tutulub:

"Orada miqdar atırıla və azaldıla bilər. Məsələn, bir məbləğ təyin olunduqdan sonra kişinin maaşının artdığı barədə yeni məlumatlar əldə edilirsə, qadın alimentin artırılması ilə bağlı məhkəmədə iddia qaldıra bilər.

Yaşayış minimumu haqqında qanunda dövlət tərəfindən uşaqlar üçün minimum sosial zəmbil nəzərdə tutulur və demək olar ki, hər il artırılır. Bu məbləğ 2021-ci il üçün hər uşağa 175 AZN-dir. Təbii ki, burada inflyasiya da nəzərə alınır. Köhnə aliment ödənişi ilə uşağa lazım olan ərzaq və digər ehtiyac məhsulları var ki, onların qiymətində artımlar olur, ona görə də alimentin miqdarı kifayət eləmədikdə, ana yenə də növbəti il alimentin artırılması ilə bağlı müraciət edə bilər. Qanunvericilikdə bu hallara icazə verilir".

Bununla yanaşı, hüquqşunas qeyd edib ki, kişilər də alimentin azaldılması ilə bağlı müraciət edə bilərlər:

"Səbəb kimi ikinci evlilikdən olan uşaqlarını və ya iş yerindən arayış əldə edərək maaşlarının azalmasını göstərə bilərlər. Kişilərin də məhkəməyə müraciət etmə hüququ var. Bütün bunlar alimentin məbləğinin dəyişdirilməsi ilə bağlı ailə məcəlləsinin 112 ci maddəsində nəzərdə tutulur.

Aliment iki növ alınır:

1. Əmək haqqından çıxılır. Məsələn, bir uşağa görə əmək haqqının 1/4 , 2 uşağa görə 1/3, 3 və daha artıq uşağa görə isə əmək haqqının yarısı alınır. Bu, ailə məcəlləsinin 76-cı maddəsində nəzərdə tutulub.

2. Sabit pulun təyin olunur. Bizim ölkədə böyük əksəriyyətin rəsmi iş yeri yoxdur, müəyyən ticarət və digər xidmət sahələrində işləyirlər. Belə olduğu halda, yaxud qeyri müntəzəm gəliri olanlara, aile məcəlləsinin 78-ci maddəsinə əsasən, müəyyən sabit məbləğ təyin olunur.

Ana övladı 3 yaşına çatana qədər atadan uşaq üçün nəzərdə tutulan alimentdən əlavə, özü üçün də sabit pul məbləğində aliment tələb edə bilər. Çünki uşaq 3 yaşınadək südəmər olur, ana işləyə bilmir. Əlavə verilən məbləğ 50-100 AZN olur.

Bəzən alimenti müəyyən müddət gecikdirirlər. Bu, bir neçə ay davam edə bilər. Bununla bağlı əvvəl inzibati xətalar məcəlləsinin 528-ci maddəsində nəzərdə tutulan cəzalar tətbiq olunur, xəbərdarlıq edilir və ya 30 sutka həbs cəzası verilir. Daha sonra isə icra məmuru tərəfindən vaxt verilir. Ödəmədikdə, artıq 306-cı maddə ilə cinayət işi açılır. Cinayət işinin başlanması üçün Ədliyyə Nazirliyinə məktub göndərilir.

Ədliyyə Nazirliyi alimentin qəsdən, yoxsa çarəsizlikdən ödənilmədiyini araşdırır. Səbəb işsizlik olduqda, Məşğulluq İdarəsinə müraciət edilib-edilmədiyi soruşulur. Müraciət edib, qeydiyyata alındığı halda işlə təmin olunması ilə bağlı məktub gəlməyibsə və dəvət olunmayıbsa, bu, qəsdən ödəməmə sayılmır.

Əgər müraciət etmədən, evdə oturaraq aliment ödəməmək üçün bəhanələr gətirirsə, həmin adama cəzalar tətbiq olunur. Davam edici cinayət olduğu üçün, həbs cəzası alsa və azadlığa çıxdıqdan sonra yenə alimenti ödəməsə, o şəxsi eyni cəzalar gözləyir".

Zaira Akifqızı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1018   Tarix: 20 avqust 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

TOP MP3