Avropanın ən güclüsü bu gün bilinəcək

Avropanın ən güclüsü bu gün bilinəcəkİtaliya və İspaniya millilərinin qarşılaşması ilə Avropa çempionatına yekun vurulur

Bu gün Ukrayna paytaxtında İspaniya və İtaliya millilərinin final qarşılaşması ilə fubol üzrə Avropa çempionatına yekun vurulacaq. Həlledici oyun Bakıda vaxtı ilə saat 23.45-də başlayacaq.

Finalda son iki dünya çempionatın qalibləri qarşılaşacaqlar - italiyalılar 2006-cı ildə, ispanlar isə 2010-cu ildə dünya çempionu olublar. Sonuncular 2008-ci ildə Avropa çempionatında da qalib gəliblər. Beləliklə, İspaniya millisi tarixdə üç iri turnirin qalibi olmuş ilk ölkə ola bilər. Bundan başqa, ispanların Avropa çempionu adını qoruyan ilk milli titluna da yiyələnmək şansı var.

Lakin İspaniya millisi rəsmi qarşılaşmaların əsas vaxtında İtaliya yığmasını məğlub edə bilməyib. Yalnız 1920-ci ildə keçirilmiş oyun istisnadır. EURO-2008-in ¼ finalında İtaliya millisi penaltilər seriyasında qalib gəlmişdi. Bütövlükdə indiyədək ispanlar 8 dəfə (7-si yoldaşlıq oyunlarında), italiyalılar isə 10 dəfə qalib gəliblər, 12 oyun heç-heçə başa çatıb.

İspaniya millisi indiyədək iki dəfə (1964 və 2008-ci illər), İtaliya yığması isə yalnız bir dəfə (1968-ci il) qitə birinciliyinin qalibi olublar.

Maraqlıdır ki, tarixdə dördüncü dəfədir eyni qrupun komandaları finalda qarşılaşırlar. Əvvəlki üç oyundan ikisində qrup mərhələsində ikinci olan komanda çempionluğu qazanıb. Bu turnirdə İtaliya millisi qrup ikincisi olub. Onların İspaniya millisi ilə qrupdakı qarşılaşması 1:1 hesabı ilə başa çatıb.

Bu turnirdə hər kəs ispanlardan parlaq və inamlı oyun gözləyirdi. Amma David Vilyanın yoxluğu komandanın oyununa öz təsiri göstərir. Əgər orta sahədə İspaniya millisi turnirin ən güclüsüdürsə, hücumları qolla başa çatdıracaq hücumçu yoxdur. Fernando Torres və Alvaro Neqredo bu rolun bhdəsindən gələ bilmədilər, baş məşqçi Visente del Boske isə bu mövqeyə nominal yarımmüdafiəçiləri qoymağa məcbur olur. Adətən, bu vəzifə Sesk Fabreqasın üzərinə düşür. O, indiyədək iki qol vurub.

Turnirdən əvvəl italiyalıları heç kim finalda gözləmirdi. Komandanın qələbələrinin əsas ilhamvericiləri pleymeyker Adrea Pirlo, ¼ finalda İngiltərə millisi ilə qarşılaşmadan sonrakı penaltilər seriyasının qəhrəmanına çevrilən qapıçı Canluici Buffon və yarımfinalda Almaniya millisinə qarşı möhtəşəm oyun keçirən Mario Ballotellidir.

mənbə: xezerxeber.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 2324   Tarix: 01 iyul 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Fənərbağça" Kresponu transfer etdi

İstanbul nəhəngi "Fənərbağça" daha bir futbolçunun transferini rəsmiləşdirib. "Fənər" Portuqaliyanın "Eştoril" klubunda çıxış edən Migel Kresponu heyətinə cəlb edib. 1996-cı il təvəllüdlü futbolçu bu gün İstanbulda tibbi müayinədən keçəcək.( )

05.09.2021 709
.

Tokio-2020: Paralimpiadanın bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib

Tokio-2020 Yay Paralimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib. Bayrağı para-atlet Lamiyə Vəliyeva daşıyacaq. Qeyd edək ki, Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda qızıl, 100 metr məsafəyə qaçışda isə gümüş medal əldə edib. Bağlanış mərasimi Bakı vaxtı il

05.09.2021 730
.

Azərbaycan - Portuqaliya matçında meydana azarkeşlər girdi

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan-Portuqaliya matçının sonlarına yaxın maraqlı anlar yaşanıb. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın 87-ci dəqiqəsində meydana azarkeşlər girib. Onlar qonaq komandanın ulduz futboloçusu Bruno Fernandeşlə şəkil çəkdiriblər. Azarkeşlər

07.09.2021 1468
.

Futbolda BU DA OLDU: Baş məşqçi...

Avropa Liqasına düşən klubun baş məşqçisi jurnalistlərin qarşısına paltarsız çıxdı. Belçikanın "Antverpen" klubunun baş məşqçisi Brayan Priske Pedersen Avropa Liqasının qrup mərhələsinə düşdükdən sonra jurnalistlərin yanına paltarsız gəlib. -ın -a istinadla verdiyi xəbərə görə, mütəxəssis mətbua

27.08.2021 1769
.

Hacı Əliyev əməliyyat olunacaq

Sərbəst güləş üzrə ikiqat Olimpiya mükafatçımız, üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev oktyabrda Norveçin paytaxtı Osloda keçiriləcək dünya çempionatında iştirak etməyəcək. -ın xəbərinə görə, məşhur idmançımız gözündə yaranan problemə görə əməliyyat olunacaq. Qeyd edək ki, əməliyyat sentyabrd

30.08.2021 1023
.

Avstraliyalı hücumçu "Neftçi"yə keçməkdən imtina edib

Avstraliyalı futbolçu Nikita Rukavitsanın "Neftçi"yə keçidi baş tutmayıb. Bu barədə "Report"a Bakı klubunun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib. Onun sözlərinə görə, daha əvvəl razılıq əldə olunan 34 yaşlı hücumçu Bakıd

28.08.2021 641
.

Azərbaycan 11-ci qızıl medalını QAZANDI

Üzgüçümüz Vəli İsrafilov "Tokio-2020" XVI Yay Paralimpiya Oyunlarında Azərbaycana 11-ci qızıl medalı qazandırıb. V.İsrafilov 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında məsafəni 1 dəqiqə 04,86 saniyəyə qət edərək bütün rəqiblərini qabaqlayıb və Paralimpiya çempionu olub. Təmsilçimiz

01.09.2021 933
.

Ronaldonun "Mançester Yunayted"dəki MAAŞI

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun "Mançester Yunayted"dəki maaşı bəlli olub. 36 yaşlı hücumçu iki illik müqaviləsinə əsasən 58,3 milyon avro qazanacaq. Onun İngiltərədəki illik maaşı 29,15 milyon avroya bərabərdir. Bu, Ronaldonun "Yuventus"dakı qazancından 2 milyo

28.08.2021 1373
.

DÇ-2022: Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazanıb - YENİLƏNİB

Futbol üzrə Azərbaycan millisi 2022-ci i dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. "Report"un məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 4-cü matçında İrlandiyanın qonağı olub. Dublindəki "Aviva" stadionunda keçirilən qarşılaşm

04.09.2021 1053