Daha iki şəhid ailəsi DANIŞDI: "Bizdən də pul aldılar"

Daha iki şəhid ailəsi DANIŞDI: "Bizdən də pul aldılar""Oğlumun adıçəkilən yerdə lazım olsa, dilənərəm də, amma ..."

"Bizdən 150 manat istədi, amma 15 manat benzin pulu verdik".

"Günümə 40 manat verəcəkdi, pulumu kəsdi".

Lent.az dünən yayımladığı Vətən müharibəsi qəhrəmanları haqqında hazırlanan materiallarla bağlı özlərini "media təmsilçiləri" kimi təqdim edən bir qrup şəxsin şəhid ailələrindən ödəniş tələb etmələri ilə bağlı araşdırma aparmağa davam edir:

"Rübabə Vəliyeva mənim oğlumu da çəkmək üçün evimizə gəlib".

Şəhid Adəm Heydərovun atası İkram Hacıyev deyir bu sözləri. O bildirir ki, bir gün tanımadığı nömrədən zəng gəlib:

"Özünü təqdim etdi və dedi ki, artıq çəkiliş etmək üçün evimizdədir. Mən ona bu barədə heç müraciət etməmişdim. Hadisə təxminən 1 həftə - 10 gün qabaq olub. Evdə, qəbiristanlıqda çəkilişlər bitdikdən sonra dedi ki, çəkiliş 140 manat edir, amma 100 manat versəm, kifayətdir. Uşağımın adıçəkilən yerdə başqa nəsə deyə bilmədim və 100 manat verdim. Adəmin adı olan yerdə lap dilənib 10 000 manat da verərəm.

Pulu ona verəndə evdə 30 nəfərə yaxın adam var idi və onlar da bunu gördülər. Sonradan düşündüm ki, torpaqların azad olunmasında iştirak edən, qanı tökülən balamın çəkilişi üçün axı niyə pul verdim? Yenə də deyirəm, onun üçün lap dilənib də pul taparam. Amma doğrudan da başa düşməmişdim olanları. Hərbi formada evimizə gələrək çəkiliş sonunda pul istəməsi heç uyğun gəlmədi. İndi onun bir videosuna baxdım ki, şəhid ailələrindən pul almasını inkar edir. Gəlib pul almadığını mənə desə, onun gözünü çıxardaram".

"Çəkiliş üçün bizdən 150 manat istədi".

Bu sözləri isə şəhid Əsəd Həsənovun anası Mələk xanım deyir. O bildirir ki, Rübabə Vəliyeva onların evində də çəkilişdə olub:

"Məndən pul istədiyini eşidən qızım əsəbiləşdi ki, şəhid ailələrindən pul istəmək olmaz. Əslində 150 manat deyəndə, 100 vermək qərarına gəlmişdim. Sonradan ailəliklə qərara gəldik ki, pul verməyək. Çəkilişi isə istəsə versin, istəməsə yox. Bunu deyəndə Rübabə xanım dedi ki, heç olmasa, benzin pulu 15 manat verin. Mən də 15 manat verdim.

Əslində bizim evimizdə də, məzarlıqda da çox çəkiliş etmişdi. Bir müddət sonra baxdıq ki, video verilməyib və bircə məzarından foto yayıblar. Çəkilişdən sonra eşitdik ki, onlar şəhid ailələrinin bir çoxundan pul alıblar, buna görə də heç maraqlanmadıq da".

"Rübabə xanımı iki gün görmüşəm və birlikdə bir neçə kənddə çəkiliş etmişik".

Bu sözləri Qəbələ rayonundakı şəhid ailələrinin bir qismi ilə çəkilişlərdə iştirak edən operator Rüstəm Hacıyev deyir. O bildirir ki, çəkiliş üçün günə 40 manatla razılaşıblar:

"Məndən qabaq çəkilişdə olduqları operatorlar məşğul olduqları üçün mən getdim. Maşın məndən olmaqla bir gün üçün 40 manat pul verəcəyini dedi, amma pulumu kəsdi. Bir gün ara olmaqla iki gün onunla çəkiliş etdik. 80 manat pul verməli olsa da, mənə 50 manat verdi. Onun şəhid ailələrindən pul alması barədə məlumatım yox idi. Sonradan burada dedilər ki, ailələrdən çəkiliş üçün pul istəyib. Məni hamı tanıyır və bilir ki, şəhid ailələri ilə bağlı çəkdiyim videolardan heç kəsdən pul almamışam. Bunu edə bilməzdim də heç. Ancaq Rübabə xanım özünü dövlət kanalı kimi təqdim etdi, mən elə bildim ki, mənim pulumu kanal ona verib".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2190   Tarix: 09 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İrəvanın mərkəzində "Qarabağ" mahnısını oxudular - Video

Bir qrup cənubi azərbaycanlı Ermənistanın paytaxı İrəvanda "Qarabağ" mahnısını oxuyub. Axşam.az xəbər verir ki, bunu əks etdirən görüntürlər erməni teleqram kanallarında yayılıb. Görüntülər İrəvanın Respublika meydanında lentə alınıb

10:42 0
.

Zeynep Dəmirəl 3-cü hamiləliyindən foto paylaşdı

Türkiyə futbolunun ulduzu olan Volkan Dəmirəl və 2010-cu ildən bəri evli olduğu aktrisa Zeynep Dəmirəl sosial medianın ən məşhur fenomenləri arasındadır. türk mediasına istinadən xəbər verir ki, qız uşağı gözləyən Zeynep Dəmirəl hamiləliyinin 35-ci həftəsində maraqlı paylaşım edib. Demirelin paylaşım

30.01.2025 514
.

Yanvarın son günündə hava necə olacaq?

Yanvarın 31-ə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 isti, gündü

30.01.2025 290
.

Sinem Kobal açıqlamaları ilə gündəm oldu

Uzun fasilədən sonra ekranlara qayıdan Sinem Kobal qatıldığı proqramda səmimi açıqlamalar verib. türk mediasına istinadən xəbər verir ki, Kənan İmirzalıoğlu ilə evləndikdən sonra karyerasına ara verən və iki uşaq anası olan Sinem Kobal uzun illərdən sonra "Hər şey Merkuridən başlayır" film

30.01.2025 982
.

Ölümcül allergik reaksiya yaradan "Lay's" cipsləri satışdan yığılır - Azərbaycanda durum necədir?

ABŞ-də "Lay's" brendinin istehsal etdiyi cipslər məhsulun etiketində göstərilməyən süd tərkibli komponentlərin olması səbəbindən geri çağırılıb. Bununla bağlı ABŞ Qida və Dərman İdarəsinin (FDA) məlumatında bildirilib ki, həmin məhsullar birinci sinif risk qrupu elan edilib. Bu da o deməkdi

30.01.2025 543
.

Bakıda mərkəzləşdirilmiş kanalizasiya sistemi qurulacaq - RƏSMİ

"Yaxın gələcəkdə kanalizasiya sisteminə qoşulmada ciddi problem olmayacaq. Bu layihələrin icrası böyük tunellərin kanalizasiya kollekterlərinin inşası ilə bağlı artıq Dövlət proqramı qəbul olunacaq". xəbər verir ki, bu sözləri ADSEA-nın sədrinin müşaviri Etibar Məmmədov jurnalistlərə açıqlamasınd

30.01.2025 345
.

Nəhəng gəmilər niyə ağ rəngdədir? – TƏƏCCÜBLÜ SƏBƏBİ VARMIŞ

Nəhəng səyahət gəmilərində diqqətimizi çəkən bir detal var. Onların hamısı, demək olar ki, istisnasız, ağ rəngdədir. Ancaq bu, sadəcə gözə xoş gəlmək üçün seçilmiş bir rəng deyil. Bunun arxasında çox maraqlı səbəblər var. Gəlin bu səbəblərə baxaq. Gəmilərdə gigiyenanın nə qədər vacib olduğunu söyləməy

30.01.2025 495
.

Novruz bayramında neçə gün evdə qalacağıq?

Xəbər verdiyimiz kimi, 20-24 mart tarixləri Novruz bayramı günləridir. Ölkə.az xəbər verir ki, Əmək Məcəlləsinə əsasən, istirahət günləri bayram günləri üst-üstə düşərsə, həmin istirahət günləri bayram günündən sonrakı iş gününə keçirilir. 22-23 mart tarixləri şənbə və bazar gününə təsadüf edir, on

30.01.2025 910
.

"Xaricdə təhsil alan tələbələrin diplomlarının Azərbaycanda tanınmaması bir sıra səbəblərlə əlaqədardır"-KAMRAN ƏSƏDOV

"Xaricdə təhsil alan tələbələrin diplomlarının Azərbaycanda tanınmaması bir sıra obyektiv və subyektiv səbəblərlə əlaqədardır. Son illərdə xarici universitetlərə qəbul imkanlarının artmasına baxmayaraq, bəzi məzunların diplomlarının rəsmi tanınmaması onların əmək bazarında iş tapmaqda çətinlik çəkməsin

30.01.2025 376
.

TOP MP3