İstivurma ilə günvurma arasındakı FƏRQ - Uşaqları necə qoruyaq?

İstivurma ilə günvurma arasındakı FƏRQ - Uşaqları necə qoruyaq?İyul ayının sonları ölkəmizdə hava şəraiti olduqca isti keçir.

BiG.AZ xəbər verir ki, belə günlərdə uşaqlara qarşı xüsusilə diqqətli olmaq lazımdır.

Uşağın bədəninin termorequlyasiyasının xüsusiyyətləri səbəbindən olduqca təhlükəli bir vəziyyət – istivurma və ya günvurma inkişaf edə bilər.

İstivurma ilə günvurma arasındakı fərq nədir? Uşaqları günvurmadan necə qorumaq olar? İstivurma körpələr üçün nə qədər təhlükəlidir? Bunların əlamətlərini necə tanımaq olar?

Azərbaycan Tibb Universitetinin Uşaq xəstəlikləri kafedrasının professoru, tibb elmləri doktoru Hüseyn Qabulov bu və digər suallara aydınlıq gətirib:

"Yay mövsümü isti havaya məruz qalmağın təsirləri ilə əlaqədar pediatrlara müraciətlərin sayında kəskin artım müşahidə olunur. Bu yay da istisna deyil. Hazırki vəziyyəti və yay mövsümünün qızmar günlərinin hələ qabaqda olmasını nəzərə alaraq, uşaqları istivurmadan və onun ağır nəticələrindən mümkün qədər qorumaq üçün valideynlərə bir neçə tövsiyələr və məsləhətlər vermək istərdim. Məsələ burasındadır ki, bu problemlə bağlı elektron məlumatlar da daxil olmaqla, mediada bir çox fərqli informasiya mövcuddur. Lakin bu materialları təhlil edərkən, bəzi məqalələrin və tövsiyələrin tam düzgün olmadığı və hətta bəzən uşağa zərər verə biləcəyi ortaya çıxır.

Təbii ki, açıq havada olmaq imkanından yararlanmaq sağlamlığın açarlarından biridir. Ancaq, eyni zamanda, isti günlərdə diqqətli olmağı unutmamalıyq.

Unutmamalıyıq ki, əgər uşaq uzun müddət istidə və ya günəş şüaları altındadırsa istivurma və ya günvurma baş verə bilər. Bu, olduqca təhlükəli bir vəziyyətdir və ilk növbədə beyin, ürək-damar, tənəffüs sistemi və digər orqanlara təsir edir".

- İstivurma ilə günvurma arasındakı fərq nədir?

- İstivurma uzun müddət xarici mühitdə qalma nəticəsində bütün bədənin həddindən artıq istiləşməsindən yaranan vəziyyətdir. Eyni zamanda, istivurma orqanizmin ümumi isinməsi, bədən hərarətinin yüksəlməsi və nəticədə vacib funksiyalarının pozulmasına səbəb olur.

İstivurmanın bir növü olan günvurma, günəş şüaların birbaşa baş nahiyəsinə məruz qalması nəticəsində olur.

Hər iki vəziyyət o halda baş verir ki, uşaq uzun müddət istiyə (istivurmaya) və ya birbaşa günəş şüasına (günvurmaya) məruz qalır, bu da həyati orqanların funksiyalarının pozulmasına səbəb olur.

İstivurmanın ağırlıq dərəcəsi təkcə ətraf mühitin temperaturundan deyil, eyni zamanda istiliyin orqanizmə təsir müddətindən də asılıdır.

İstivurmanın inkişafına təkan verən digər amillər arasında ətraf mühitin yüksək rütubəti, küləksiz hava, mayenin az qəbulu, günəş altında həddindən artıq fiziki fəaliyyət və s. qeyd etmək olar. Bol və yüksək kalorili qida məhsulları, piylənmə və ya artıq çəki (həddindən artıq dərialtı piyin olması istinin xarici mühitə ötürülməsini çətinləşdirir) də bədən isinməsinin inkişafına səbəb olan amillərdir.

- İstivurmanın əsas əlamətləri hansılardır?

- İstivurma ümumi zəiflik, bədən hərarətinin 39-41° -ə qədər yüksəlməsi, başgicəllənmə, baş ağrısı ilə xarakterizə olunur. Uşağın iştahı azalır, nəticədə o yeməkdən imtina edir, dərisi qızarır və quruyur, nəbz sürətlənir və nəfəs darlığı müşahidə olunur. Vəziyyətin şiddətindən asılı olaraq ürək bulanması, qusma və ishal inkişaf edə bilər. Ağır hallarda müxtəlif orqan və sistemlərinin zədələnməsini göstərən qıcolmalar və huşun itirilməsi, burun qanaması, görmə pozğunluqları və digər simptomlar müşahidə olunur.

- Uşaqda istivurma olduğu zaman nə etmək lazımdır?

- İstivurma olduğuna şübhələnirsinizsə, dərhal həkimə müraciət edin. İlkin yardım ondan ibarətdir ki, uşağı kölgəyə və ya sərin otağa aparmaq, onu sıxan paltarları çıxarmaq, yarıoturaq vəziyyətdə uzatmaq, başı yan tərəfə əymək (qusma olduğu təqdirdə boğulma baş verməsin) lazımdır. Ondan başqa, uşağın hərarəti artdığı təqdirdə üzünü və sinəsini soyuq su ilə silməli, başına, boyunun yan tərəflərinə soyuq kompress qoymaq lazımdır. Kompresslər məhz sərin olmalıdır. Eyni zamanda, ona fasilə ilə bol miqdarda maye vermək lazımdır.

- Uşaqların günün istənilən vaxtında gəzintiyə həvəsli olmasını nəzərə alaraq, yay aylarında istivurmadan qaçmaq mümkündürmü? Bu barədə nə tövsiyə edirsiniz?

- Körpəni birbaşa günəş şüalarına məruz qalmasından qorumaq məqdədilə ilk növbədə onun başını və ya bədənini panama və ya dəsmal ilə örtmək lazımdır. Ondan başqa, istivurmanın qarşısını almaq üçün çimərlikdə üzməy ilə qum vannasının qəbulunu növbə ilə etmək, günəş şüasını (vannası) az doza ilə qəbul etmək məqsədəuyğundur. Həmçinin çox maye qəbul etməsi məsləhətdir, xüsusən təmiz, sərin suyu.

Açıq havada, xüsusilə isti yay günlərində günəşin altında olmağınız səhər 10-na kimi və axşam 6-dan sonra tövsiyə olunur. Həmçinin yüngül yumşaq materiallardan hazırlanan paltarı geyinmək məsləhətdir.

Həddindən artıq fiziki fəaliyyətin (yarışlar, uzun gəzintilər və s.) məhdudlaşdırılması vacibdir. Rasiona meyvə-tərəvəz məhsulları daxil olmalıdır. Yağlı qidaları və ət məhsullarını məhdudlaşdırmaq lazımdır, xüsusilə də gündüz saatlarında və günəş şüası qəbulunu planlaşdırıldığı zaman.

Qazsız içkilərə və şəkərsiz kompotlara üstünlük verməyiniz tövsiyə olunandır.

Yuxarıda göstərilən profilaktik tədbirlərinə riayət etsək, istivurma təhlükəsi körpələrinizdən yan keçəcək və yay mövsümü onların inkişaf edən orqanizmini gücləndirməyə kömək edəcək./Medicina.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 836   Tarix: 08 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Sağlam üz dərisi üçün 8 "qızıl" QAYDA

Üz dərisini təmiz, sağlam və parlaq etmək üçün əmək verməli, xüsusi olaraq qulluq göstərmək lazımdır. BİG.AZ -a istinadən üz dərsini təmiz edən 8 qızıl qaydanı təqdim edir:. 1 - Günəş qoruyucu kremi evdən çıxmazdan əvvəl çəkin. Günəş kremi günəş yanığı, dəri xərçəngi və erkən qocalmağa qarşı dərini qoruyur

17.08.2021 1695
.

Saçlarını uzatmaq istəyən xanımlara 7 MƏSLƏHƏT

Saçların tez uzanması üçün bir sıra şərtlərə əməl etmək lazımdır. -a istinadən bildirir ki, mütəxəssislərin verdiyi 7 məsləhəti gözardı etmək olmaz:. 1. Saçların sürətlə uzanması üçün tez-tez saçqıranları təmizləmək lazımdır. 2. Saçlarınızı çox isti və çox soyuq su ilə yumayın. İsti su saç köklərin

19.08.2021 1451
.

Sinənizdəki ağrı 20 dəqiqədən çox davam edərsə... - EHTİYATLI OLUN

İnfarkt ürəyi qidalandıran damarların ani tıxanması nəticəsində yaranan və ölümlə nəticələnən ciddi bir təhlükədir. Bəs bu problem özünü hansı əlamətlərlə göstərir? Hansı hallar infarkt riskini artırır? . -a istinadən türkiyəli kardioloq Refik Erdimin bununla bağlı fikirlərini təqdim edir. Soyuq və küləkl

24.08.2021 1827
.

İsti havalarda orqanizminizi bunlarla qoruyun

Havaların çox isti keçməsi bir çoxlarının səhhətində problemlər yaradır. Yüksək temperatur metabolizmdə dəyişikliyə səbəb olur. Xroniki xəstəliyi olanlar, uşaqlar və yaşlılar isti havada xüsusi qulluq tələb edir. İsti hava ürək, sinir xəstəliklərinin artmasına gətirib çıxarır. İsti havada bədən temperatur

15.08.2021 1261
.

"Dəri problemləri və saç tökülmələri ginekoloji xəstəliklərin əlaməti ola bilər" - VİDEO

"Dəri problemləri və saç tökülmələri bəzən hansısa ginekoloji xəstəliklərin əlaməti ola bilər". xəbər verir ki, bu sözləri mama-ginekoloq Şölə Əkbərova MediaPost TV-də çıxışı zamanı bildirib. Dəri problemlərinin yetkinlik dövrünə təsadüf etdiyini bildirən həkim, yanlış aparılan müalicələri

31.08.2021 1465
.

Koronaviruslu insanların peyvənd vurdurması hansı nəticələrə səbəb olur?

"Koronavirus infeksiyası müəyyən edilən şəxslər peyvənd vurdurmalı deyillər". -a istinadən xəbər verir ki, bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova "Sputnik" radiosuna açıqlamasında deyib. Həmçinin, nəzər

27.08.2021 1409
.

Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri

Məşhur dietoloq Pol Breq deyirdi ki, ömrü uzatmağın ən yaxşı yolu onu qısaltmamaqdır. O, hesab edirdi ki, ömrü qısaldan və xəstəliklərin yaranmasına səbəb olan başlıca amil qeyri-sağlam qidalanmadır. -a istinadən bu yazıda oxucuları dünyanın populyar dietoloqlarının pəhrizləri ilə tanış edir. Anri Şeno

20.08.2021 1329
.

"Qarpızın yağlı yeməkdən sonra yeyilməsi düzgün deyil" - HƏKİM

Adətən hər yayda bu mövsüm üçün xarakterik olan hadisələr müşahidə edilir. Qarpızdan zəhərlənmələr, ilan, həşərat sancmaları və sair. Bu il də bədbəxt hadisələrsiz ötüşmədi. Öncə qeyd edək ki, rəsmi məlumatlarda bu vaxta kimi qarpızla bağlı zəhərlənmə hallarının olmadığı iddia edilir. Yayın ən çox sərinləşdiric

22.08.2021 1038
.

Əncirlə süd - 10 dərdə dərmandır

İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?. xəbər verir ki, əncirin insan sağlamlığın

10.08.2021 2433