Üç ölkənin XİN rəhbəri bu gecə Bakıya gəlir

Üç ölkənin XİN rəhbəri bu gecə Bakıya gəlirAvstriya, Litva və Rumıniya xarici işlər nazirləri Aleksandr Şallenberq, Qabrielius Landsbergis və Boqdan Auresku Cənubi Qafqaz turu çərçivəsində bu gecə Bakıya gələcəklər.

Bu barədə Rumıniya xarici işlər naziri Boqdan Auresku özünün "Twitter" səhifəsində yazıb.

O, bildirib ki, Bakından sonra nazirlər Yerevan və Tbilisiyə səfər edəcəklər.

Qeyd edək ki, nazirlərin Cənubi Qafqaza səfəri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrellin tapşırığı ilə baş tutacaq.

Üç ölkənin XİN rəhbəri bu gecə Bakıya gəlir


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 916   Tarix: 24 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Turlar.az