Bəy vurma cədvəlini bilmədiyi üçün gəlin toyu LƏĞV ETDİ

Bəy vurma cədvəlini bilmədiyi üçün gəlin toyu LƏĞV ETDİHindistanın Uttar-Pradeş ştatında bəy vurma cədvəlini bilmədiyi üçün gəlin toyu ləğv edib.

BiG.AZ xəbər verir ki, bu barədə "İnquirer" yazır.

Toy mayın 1-nə planlaşdırılsa da, bəyin təhsilli olduğuna şübhə edən gəlin, ondan 1-dən 9-a qədər rəqəmləri ikiyə vurmağı xahiş edib. Oğlan bunu edə bilmədikdə isə, qız onunla ailə qurmaqdan imtina edib.

"Bəyin ailəsi bizi onun təhsili haqqında məlumatsız saxlayırdı. Bəlkə də, o, heç məktəbə getməyib", - deyə qızın qardaşı bildirib. O, bacısının addımıyla fəxr etdiyini vurğulayıb.

Ailələr toy ərəfəsində bir-birlərinə aldıqları hədiyyələri qaytarmağa razılaşıblar.

Natəvan Baxşiyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 8661   Tarix: 08 may 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş