Əmlakına həbs qoyulan sabiq icra başçısından XƏBƏR VAR

Əmlakına həbs qoyulan sabiq icra başçısından XƏBƏR VARKürdəmir Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Ceyhun Cəfərov və rayonun digər vəzifəli şəxsləri barəsində olan cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.

APA xəbər verir ki, cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Səfərlinin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası mayın 19-a təyin edilib.

Qeyd edək ki, aparılmış istintaq-əməliyyat tədbirləri ilə müəyyən olunub ki, Ceyhun Cəfərov 16 aprel 2014-cü il tarixdən 20 avqust 2020-ci il tarixədək həmin vəzifədə işləyərkən birinci müavini Tacəddin Novruzov, İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Natiq Kərimov və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən öz qulluq mövqeyindən istifadə etməklə müxtəlif tabe qurumlara məxsus olan külli miqdarda pul vəsaitlərini mənimsəyib, rayon ərazisində fəaliyyət göstərən səhiyyə, təhsil və digər dövlət qurumlarından, bir sıra özəl müəssisələrdən külli miqdar təşkil edən pul vəsaitlərini rüşvət qismində alıb, habelə həyata keçirilmiş tikinti işləri ilə bağlı verdiyi qanunsuz sərəncamlar nəticəsində torpağın üst münbit qatına ağır nəticəli ziyan dəyib.

İş üzrə toplanmış sübutlar əsasında Ceyhun Cəfərov, Tacəddin Novruzov və Natiq Kərimova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və digər maddələri ilə ittiham elan edilmiş və barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

İstintaq zamanı, həmçinin, yol verdikləri korrupsiya hüquqpozmaları ilə bağlı cinayətkar qruplaşmanın digər üzvləri – Kürdəmir rayonunun Yaşıllaşdırma idarəsinin rəisi Emin Sadıqov, Mənzil İstismar sahəsinin rəisi Sərvər Məmmədov, Kommunal Müəssisələr kombinatının direktoru Məhəmmədəli Surxayev, rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin tibb müəssisəsinin baş həkimi Məhəmməd Musayev, eləcə də rayonun Təhsil şöbəsinin müdiri Mətləb Allahverdiyev və baş mühasibi Rəcəb Hüseynova 179.3.2 (mənimsəmə külli miqdarda törədildikdə), 313-cü (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilməklə barələrində həbslə bağlı olmayan qətimkan tədbirləri seçilib.

Cinayət işinin ibtidai istintaqı zamanı vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilib, xüsusi müsadirəni təmin etmək məqsədilə məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərə məxsus olan daşınmaz əmlak üzərinə həbs qoyulub.

Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 700   Tarix: 24 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Ay Lolo"nu bir də belə dinləyin - "Nənələr"imiz haqqında BİLMƏDİKLƏRİMİZ - VİDEO

Lənkəranın limonu, çayı, bir də "Nənələr" qrupu. Bu qrup o qədər tanınıb, sevilib ki, artıq Lənkəranın simvollarından birinə çevrilib, ikonlaşıb. Boşuna "ikonlaşıb" demirəm. Yadımdadır, 2 il əvvəlin yazında Lənkərana gəlmişdim. Hansı bölgəmizə getsəm, ilk gəzdiyim yer həmin rayonu

19.03.2025 115
.

İstanbulda yollar bağlandı, bütün tədbirlər qadağan edildi

İstanbulda dörd gün ərzində istənilən formada yığıncaq, nümayiş və mətbuata açıqlamalar qadağan edilib. Axşam.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə İstanbul Valiliyi qərar verib. Bildirilib ki, şəhərdə bu gündən başlayaraq martın 23-nə qədər tədbirlərin qadağan edilməsind

19.03.2025 546
.

Karbon qazını udan tikinti materialı HAZIRLANDI

ABŞ-ın Şimal-Qərb Universitetinin tədqiqatçıları dəniz suyu, elektrik enerjisi və karbon qazından (CO₂) istifadə edərək yeni ekoloji cəhətdən təmiz tikinti materialı yaradıblar. Material beton, sement, suvaq və boya hazırlamaq üçün istifadə oluna bilər, eyni zamanda istixana qazı emissiyalarını azaltmağ

19.03.2025 171
.

Leyla Əliyeva "Atəşgah məbədi"ndə - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Atəşgah məbədi"nə yollanıb. Axşam.az xəbər verir ki, L.Əliyeva məbəddən fotolar və video paylaşıb. Sözügedən fotoları təqdim edirik:

19.03.2025 323
.

Əsgərlərimiz qar uçqununa düşüb, axtarış gedir - Rəsmi

Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Ruslan Rüstəm oğlu Həmidov və əsgər Əli Tariyel oğlu İmanov dumanlı hava şəraitində qar uçqununa düşüblər. BİG.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin v

19.03.2025 574
.

Yeşilçamın ustad aktyorunun görüntüləri yayıldı

"Samanyolu" filmi ilə Yeşilçamda ulduz aktyora çevrilən Göksel Arsoy hazırda 89 yaşındadır. türk mediasına istinadən xəbər verir ki, "Yeşilçamın qızıl oğlanı" kimi tanıdılan usta aktyor Göksel Arsoy son görünüşü ilə pərəstişkarlarını sevindirib. [hh4-unikal]

19.03.2025 364
.

Alyona Əliyeva Novruz bayramı ilə bağlı paylaşım edib

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva sosial media hesabında Novruz bayramı ilə bağlı paylaşım edib. BİG.AZ xəbər verir ki, paylaşımda deyilir:. "Novruz Bayramınız Mübarək!. Baharın gəlişi bolluq, ruzi və sevinc gətirsin. Qoy süfrəniz bərəkətli, eviniz xoşbəxtlik dolu olsun

19.03.2025 196
.

Keçmiş sədrin bacısı ilə bağlı daha bir qərar

Dələduzluğa görə həbsdə olan İlknur Turkutun (Əliyeva) digər cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Zamiq Bağırovun sədrli ilə keçirilən prosesdə hökm oxunub. Hazırda həbsdə olan İlknur Turkutun cəzası birləşdirilib və o, qəti olaraq 6 il

19.03.2025 375
.

Azər Rəşidoğlunun səhhəti ilə bağlı xoş xəbər: "Bu qədər tez reaksiyanın olacağını gözləmirdim"

Tanınmış jurnalist, Qaynarinfo-nun redaktoru Azər Rəşidoğlunun səhhəti ilə bağlı xoş xəbər. Belə ki, Azər Rəşidoğlu səhhəti ilə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciətindən müsbət xəbər alıb. O, bu barədə sosial şəbəkə hesabınd

19.03.2025 184
.

TOP MP3