"Makarena" və "Dame Tu Cosita" mahnılarının "18+" mənası ŞOK ETDİ - VİDEO

"Makarena" və "Dame Tu Cosita" mahnılarının "18+" mənası ŞOK ETDİ - VİDEOUşaqlığımızın ən sevimli mahnıarından olan "Makarena" mahnısının nə barədə olduğu haqqında heç düşünmüsünüz?

BiG.AZ xəbər verir ki, "@peakay81" ləqəbli "TikTok" istifadəçisi "Los Del Rio" duetinin ifasında səslənən məşhur ispan mahnısının sözlərinə diqqət etdikdə, təəccüblənib.

Onun açıqlaması izləyiciləri də şoka salıb. Dərc etdiyi video 1,2 milyon dəfədən çox izlənilib və yüzminlərlə "like" toplayıb.

Belə ki, sən demə, uşaqların sevib sədalarıyla rəqs etdiyi bu mahnı heç də uşaqlar üçün deyil. Burada söhbət sevgilisindən xoşu gəlməyən, o şəhərdən gedən zaman onun dostlarıyla yaxşı vaxt keçirib münasibətdə olan qadından gedir.

"Makarena" və "Dame Tu Cosita" mahnılarının "18+" mənası ŞOK ETDİ - VİDEO"Bu nə deməkdir?!", - deyə videonun müəllifi qəzəbini bildirib.

Şəbəkə istifadəçiləri də mahnının bu hissinə təəccüblənərək, "Təşəkkür edirəm, uşaqlığımı pis günə qoydun", "Qaqaş. biz bu mahnıyla toylarda rəqs edirik" kimi şərhlər yazıblar.

Qeyd edək ki, müasir uşaqların sevdiyi "Dame Tu Cosita" mahnısının da mənası "18+"dur. "Dame Tu Cosita" ispancadan "Kişik şeyini mənə ver" deməkdir.

"Makarena" və "Dame Tu Cosita" mahnılarının "18+" mənası ŞOK ETDİ - VİDEO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1295   Tarix: 13 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş