"Quş ətində olan salmonella virusu zəhərlənməyə səbəb olur" - VİDEO
Son bir neçə ay ərzində ölkəyə gətirilən dondurulmuş toyuqlarda salmonella bakteriyası aşkar edilib.
Baku TV-nin məlumatına görə, bu təhlükəli bakteriyaya daha çox yenidən dondurulmuş toyuqlarda rast gəlinir. Ölkəyə gətirilən toyuqlar arasında bakteriya aşkar edilənlər məhv edilib.
Bəs salmonella bakteriyası nədir? O necə aşkar edilir?
Bu sualları Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) işçisi Çiçək Süleymanova cavablandırıb. Onun sözlərinə görə, insanlar dondurulmuş quş əti alan zaman dondurulmuş məhsulun üzərində buz kristallarının olmamasına diqqət edilməlidir:
"Yol kənarında, açıq şəkildə satılan, heç bir baytarlıq sənədi olmayan quş ətlərini almaq olmaz. Əgər quş əti bir və ya iki gün ərzində istehlak olunacaqsa, o, soyuducuya qoyula bilər. Lakin yax bir neçə gün ərzində quş ətinin istehlakı nəzərdə tutulmursa, məhsul soyuducunun dondurucu gözündə saxlanılmalıdır".
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri Qalib Əbdüləliyev isə bildirib ki, ölkəyə məhsul gətirilməzdən əvvəl həmin ölkənin epizootik vəziyyəti öyrənilməlidir:
"Məhsullar idxal olunmazdan əvvəl baytarlıq haqqında Azərbaycan Respublikası qanunvericiliyə uyğun olaraq icazə alınmalıdır. Yalnız bundan sonra sahibkarlar məhsul idxalını həyata keçirə bilərlər. Digər heyvan mənşəli məhsullar kimi quşçuluq məhsulları da risk daşıyır. Məhsulların qablaşdırılması, daşınması xüsusi şəraitdə həyata keçirilməlidir. Əsasən da soyuq zəncir prinsipinə əməl olunmalıdır.
Məhsullar ölkəyə idxal olunduqdan sonra onlardan götürülən nümunələr AQTİ tərəfindən müayinə edilməlidir. Sahibkarlar buna müvafiq şərait yaratmalıdır".
Qida texnoloqu Ağa Salmanov bildirib ki, salmonella qida zəhərlənməsinə səbəb olacaq bakteriyadır:
"Bu bakteriyaya quş əti məhsullarında, çiy içilən süddə, yumurtada, yaxşı bişməyən ət məhsullarında rast gəlinir. Yumurtaları alıb evə gətirən zaman yumaq olmaz. Yumurtaların üzərində gözlə görünməyən məsamələr var ki, yuyulduqdan sonra salmonella bakteriyası yumurtanın içərisinə daxil olur. Bu da qida zəhərlənməsinə gətirib çıxara bilir. Virus insan orqanizminə daxil olduqdan 12-72 saat ərzində özünü büruzə verir. Bu qızdırma, ishal, qusma, qarınağrısı kimi simptomlarla özünü göstərir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 601 Tarix: 23 mart 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda "Ferrari" qaydaları belə pozdu - Video
Bakıda lüks idman avtomobilinin yol hərəkəti qaydalarını pozmasına dair görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, görüntülərdə "Ferrari" markalı qırmızı avtomobilin Xətai rayonu Yusif Səfərov küçəsində avtobus zolağında hərəkət etməsi və daha sonra Heydər Əliyev prospektin
14:32 206 Kadırovdan sərt açıqlama: ABŞ və İsrailin İrana hücumu "xain addımdır"
Çeçenistan lideri Ramzan Kadırov sosial şəbəkələrdə Yaxın Şərqdəki vəziyyətlə bağlı fikirlərini bölüşüb. xarici mediaya istinadən xəbər verir ki, o, müsəlmanların müqəddəs Ramazan ayında ABŞ və İsrailin İrana hücumunu "xain addım" adlandırıb. Kadırov bildirib ki, İslam Respublikasının düşmənlər
11:53 204 Məmur tualetdə kişini dişlədi
Yaponiyanın Gifu şəhərinin polisi dəmiryolu stansiyasının tualetində baş vermiş hadisə ilə bağlı şəhər administrasiyasının su-kanalizasiya xidmətinin rəhbərini saxlayıb. xarici mediaya istinadla bildirir ki, məmur saxlanılan zaman sərxoş vəziyyətdə olub. KİV-in məlumatına görə, məmur tualetdə kişin
19:30 1 İftar süfrəsi üçün fərqli reseptlər
Axşam.az "Günün menyusu"nda iftar süfrəsinə hazırlaya biləcəyiniz asan yemək reseptləri təqdim edir. Qaymaqlı göbələk şorbası. Ərzaqlar:. 1 paket qaymaq (200 ml). 400 qram göbələk. 3.5 stəkan su. 1 soğan. 1 xörək qaşığı un. 3 xörək qaşığı bitki yağı. 1 xörək qaşığı kərə yağı. 1 çay qaşığı duz
16:17 143 XIII Qlobal Bakı Forumu - Qlobal müzakirə platformasıdır
Azərbaycan dünyada nüfuzlu ölkə və etibarlı tərəfdaş kimi tanınır. Bu səbəbdəndir ki, mötəbər beynəlxalq tədbirlərin əsas ünvanı da elə ölkəmizdir. Dünyada yaranan müasir çağırışlar, mövcud problemlər Azərbaycanın təşəbbüs və iştirakı ilə müzakirə olunur, həlli yolları axtarılır. Bu baxımdan ölkəmizd
13:12 238 Aqşin Bəbirova cinayət işi açıldı
2023-cü ilin aprelində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində itkin düşməklə Ermənistan tərəfindən əsir götürülən, daha sonra Azərbaycana təhvil verilən Aqşin Bəbirov cinayət məsuliyyətinə cəlb olunub. BİG.AZ "Teleqraf"a istinadən xəbər verir, o
14:10 239 Bəhreyndə SEPAH casusları saxlanıldı
Bəhreynin Daxili İşlər Nazirliyi İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xeyrinə casusluqda şübhəli bilinən dörd vətəndaşın saxlanıldığını açıqlayıb. Beşinci şübhəli isə ölkə xaricindədir və onun kimliyi artıq müəyyən edilib. xarici mediaya istinadla bildirir ki, istintaqın məlumatına görə
19:00 1 Bunu edənlər 200 manatadək cərimə ediləcək
Dilənçiliklə məşğul olma əməli artıq avaralıq sayılmayacaq və yeni cərimələr tətbiq ediləcək. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin bugünkü videokonfrans formatında birgə iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barəd
13:33 274 "Tibbdə, elmdə belə şey yoxdur, bu, cahillikdir" - Rəşid Mahmudov
Xəbər verdiyimiz kimi, xəstələri əl enerjisi ilə müalicə etdiyini iddia edən özbəkəsilli, "Bionurun sahibi" adı ilə tanınan İqbol Soliyev Bakı şəhərinə gəlib. Onun təqdim etdiyi "müalicə üsulu" sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəs həqiqətən də, bu üsulla hansısa xəstəliklər
16:35 202