Azərbaycanda iki bank BAĞLANACAQ

Azərbaycanda iki bank BAĞLANACAQÖtən günlərdə Azərbaycanda daha bir bankın fəaliyyətini dayandıraraq bank olmayan kredit təşkilatına (BOKT) çevrildiyi ilə bağlı xəbər vermişdik. Bununla da ölkədə yalnız 21 bank fəaliyyət göstərəcək. Qeyd edək ki, Mərkəzi Bankın açıqladığı şikayət cədvəlində də birinci yerdə "BTB" Bank, ikincilikdə Express Bank, üçüncüdə AFB Bank, növbəti yerdə isə Azər-Türk Bank dayanır.

Bəs görəsən, Azərbaycanda bankların bağlanmasına səbəb nədir? Bundan sonra daha neçə bank bağlana bilər? BOKT-ların faiz göstəriciləri niyə banklara nisbətdə çox daha yüksəkdir?

"Yeni Sabah" xəbər verir ki, mövzu ilə bağlı Lent.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, daha iki bank fəaliyyətini dayandıracaq:

"Azərbaycanda bank sistemi növbəti inkişaf dövrünə qədəm qoyub. Bir çox analtiklər, o cümlədən beynəlxalq reyinq təşkilatları Mərkəzi Bankın bank sektorunu tənzimlənməsindəki rolunu yüksək qiymətləndirir. Son dövrlər görülən işlər də tənzimləmə siyasətinin uğurlarından xəbər verir.

Sıradan çıxan, bağlanan banklar heç də güclü olmayıblar, onlar zərərlə işləyən, problemli portfeli ağırlıq təşkil edən banklar olub. Fikrimcə, belə bankların bağlanması, formasını dəyişməsi zəruri idi. Bankların Bank Olmayan Kredit Təşkilatına (BOKT) çevrilməsi onların bugünə qədərki göstərdikləri fəaliyyətin davam etməsi və funksiyalarının başqa formada yerinə yetirilməsidir.

Yaxın zamanlarda daha iki bankın bağlanacağını söyləmək olar.

Bunu müəyyənləşdirmək üçün banklar sistemini nəzərdən keçirmək kifayətdir. Çünki indiyə qədər bağlanan bankların tarixçəsində borc və maliyyə problemləri qabarıq olub.

BOKT-lar bir çox hallarda bankların müştəriləridir. Onlar banklardan aldıqları kapitalın üzərində müəyyən faiz qoymaqla əhaliyə satış edirlər. BOKT-ların əsas xüsusiyyəti odur ki, onlardan kredit götürmək hüquqi baxımdan daha tez başa gəlir. Buna görə də vətəndaşlar bir çox hallarda yüksək faizə önəm vermədən, prosesin tezliyi üçün BOKT-lara müraciət edir.

Kommersiya bankları likvidliyin qorunması üçün öz kredit siyasətlərində müəyyən mürəkkəbləşmə prosesi aparırlar. Buna görə də yüksək faizli BOKT-lar daha çox müştəri bazarına malikdirlər.

Həm banklar, həm də BOKT-lar kənardan, beynəlxalq donor təşkilatlarından satış üçün kapital əldə etsinlər. Bu həm ucuz başa gəlir, həm də faizlər ümumi məbləğə böyük təsir göstərmir. Daxili bazardan pul əldə etdikdə isə yüksək faizlər kreditin satışının əlçatanlığının aşağı olmasına səbəb olur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1870   Tarix: 12 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda könüllü sığorta bazarı 13 % böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 901,903 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Hesabat dövründə könüllü sığorta növləri üzr

03.10.2026 157
.

Azərbaycanda toyuq əti niyə bahalaşıb? - SƏBƏBLƏR

Son zamanlar Azərbaycanda toyuq ətinin qiyməti bahalaşıb. -ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli sosial şəbəkədə qiymət artımının səbəblərini açıqlayıb. O, bir neçə səbəbdən quş ətinin bahalaşdığını bildirib:. "Dövlət Statistika Komitəsi hələ ki 2026-cı ilin ilk 6 ayı ilə bağlı detallı məluma

14:10 120
.

Aşağı maaş alanlar üçün də yüksək pensiya şansı yarana bilər - YENİ MEXANİZM

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçuları, hərbi qulluqçular və bəzi digər kateqoriyalar üçün pensiyanın hesablanması mexanizminin dəyişdirilməsi təklif olunur. Milli Məclisdə 25 sentyabr 2026-cı ildə birinci oxunuşda müzakirə edilən qanun layihəsinə əsasən, əsas dəyişiklik pensiya ilə şəxsi

00:09 187
.

"Bloomberg": Pentaqon hərbi kibermütəxəssislərin maaşını azaldacaq

Pentaqon bəzi hərbi kibermütəxəssislərin həvəsləndirici ödənişlərini ildə 12 min dollar azaltmağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə və ABŞ ordusunun sənədlərinə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ kiberkomandanlığının baza ixtisa

14:50 104
.

Tovuzda evdə yanğın olub, 42 yaşlı qadın ölüb

Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsində yaşayış evində yanğın baş verib. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğı

03.10.2026 179
.

Rusiyada məhbus qatarda konvoy əməkdaşını güllələyib

Kabarda-Balkariyada (Rusiya) məhbusun məhkumların daşınması üçün olan vaqonda konvoyçulara hücumu nəticəsində Cəzaların İcrası Federal Xidmətinin bir əməkdaşı həlak olub, üç nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə TASS qurumun mətbuat xidmətinə istinadən məlumat yayıb. "Murtazov

15:50 32
.

Bu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR

Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen

00:33 340
.

Dönər həvəskarlarına PİS XƏBƏR

Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua

00:27 255
.

Toylarda MENYU DƏYİŞİR: Qutab, kabab, plov, ləvəngi, balıq, tort...

"XX əsrin toy adət-ənənələri ilə XXI əsrdə keçirilən toylar arasında ciddi fərqlər var. Əvvəllər məclislərdə şabaş atmaq və pul nümayiş etdirmək geniş yayılmışdı. İndi isə bu ənənə, demək olar ki, aradan qalxıb. Hazırda isə insanlar öz imkanlarını başqa formada nümayiş etdirməyə çalışırlar"

00:19 252
.