Öz evinə girib YOXA ÇIXDI - MÜƏMMALI HADİSƏ - FOTO

Öz evinə girib YOXA ÇIXDI - MÜƏMMALI HADİSƏ - FOTOABŞ-ın San-Fransisko şəhərinin 50 yaşlı sakini Kristofer Voytel öz evinə girdikdən sonra müəmmalı şəkildə yoxa çıxıb.

Öz evinə girib YOXA ÇIXDI - MÜƏMMALI HADİSƏ - FOTOBiG.AZ xəbər verir ki, bu barədə "Mission Local" yazır.

Maraqlısı budur ki, Voytel evinə girdikdən sonra oradan çıxmayıb, lakin artıq bir aydan çoxdur ki, heç yerdə yoxdur.

Belə ki, yanvarın 9-da müşahidə kameraları Kristoferin mənzilə girdiyini qeydə alıblar. Daha sonra isə o, binanın içində və yaxınlığında quraşdırılan heç bir kamerada görünməyib.

Evinə daxil olan polislər qapının içəridən kilidləndiyini təsdiqləyiblər.

Voytel sonuncu mesajını bacısı qızına yazıb və xahiş edib ki, bacısı təcili olaraq ismarıclara baxsın.

Qohumlarının sözlərinə görə, son zamanlar Voytelin davranışları qəribə olub: sosial şəbəkələrdə qeyri-adi postlar paylaşıb, Kapitoliyə basqın səbəbindən özünü təhlükədə hiss etdiyini deyib, pul istəyib, dağlara qaçmaq haqqında düşünüb. Bundan başqa, o, bir neçə il işsiz olub və depressiyadan əziyyət çəkib.

Tanışları onu da qeyd edirlər ki, Voytel təzəlikcə okkultizm (müəmmalar haqqında elm) və satanizmə həvəs göstərən Bud adlı evsiz bir adamla tanış olmuşdu.

Kristofer yoxa çıxmazdan iki gün öncə Bud onun mənzilinə daxil olaraq, ertəsi gün çıxıb. Bundan əlavə, yoxa çıxmazdan əvvəlki gecə Voitel dostuna mesaj yazıb onun yanına gəlməməsini istəyib.

Bud özü isə ekstrasens olduğunu iddia edir və həmin "bacarığı" ilə dostunun soyğun zamanı güllələndiyini, plastik paketə büküldüyünü və evdən çıxarıldığını "gördüyünü" deyib.

Lakin ailənin tutduğu dedektiv də Kristoferin mənzildən çıxmadığını təsdiqləyib.

Natəvan Baxşiyeva.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1572   Tarix: 16 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197