Hamilə qadın bətnindəki körpəni koronavirusa yoluxdurdu

Hamilə qadın bətnindəki körpəni koronavirusa yoluxdurduBolqarıstanda COVID-19-a yoluxan hamilə qadın virusu bətnindəki uşağa keçirib.

Bu barədə NovaTV telekanalına müsahibə verən Bolqarıstanın Pasardjik şəhər xəstəxananın ginekoloji şöbəsinin müdiri İliyan Trayanov deyib.

Mütəxəssis bildirib ki, hamiləliyin gedişi müşahidə edilərkən dölün inkişafında, həmçinin, yeni doğulmuş körpənin analizlərində tapılan antikorlar onun artıq ananın bətnində koronavirusa yoluxduğu qənaətini təsdiqləyir.

Qeyd olunur ki, körpənin 28 yaşlı anası keçən ilin sonunda, hamiləliyin səkkizinci ayında koronavirusa tutulub.

Dölün inkişafındakı gecikmə səbəbindən hamiləliyin bitməsindən iki həftə əvvəl qeysəriyyə əməliyyatı keçirilib.

Bildirilir ki, hazırda həm ana, həm də yeni doğulmuş uşaq evə buraxılıb və onlar özlərini yaxşı hiss edirlər./Oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 649   Tarix: 19 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş