Kişilərə giriş qadağandır: Dünyada yalnız qadınlar üçün qurulan ilk kənd - VİDEO

Kişilərə giriş qadağandır: Dünyada yalnız qadınlar üçün qurulan ilk kənd - VİDEOUmoja kəndi qadınların kişi təzyiqi olmadan, etibarlı bir həyat sürə biləcəkləri yerdir ...

Təəssüf ki, dünyanın bir çox yerində qadınlar şiddət və təcavüzə məruz qalırlar. Xüsusilə bəzi üçüncü dünya ölkələrində qadınlara qarşı zorakılığa görə cəzalar belə verilmir. Hətta qadınlara təcavüz edildikdə, yenə onlar günahkar olur.

Əslində son illərdə bu mövzuda aparılan işlər ilə qadınların hüquqları bütün dünya üzrə təmin olunmağa çalışılır. Qanunların işləmədiyi və yaxud da olmadığı yerlərdə isə qadınların özləri mübarizə aparırlar. Eynilə Keniyada olduğu kimi. Keniyada kişi şiddətindən və təcavüzündən qaçan qadınlar Umoja adlı bir kənd qurublar. Bu kəndə kişilərin girməyi qəti qadağandır.

Bəs buradakı qadınlar necə yaşayırlar? Umoja kəndi nə vaxt qurulub?

Umoji kəndi Keniyanın paytaxtı Nayrobiyə 380 km uzaqlıqda olan Samburu əyalətində yerləşir. Samburuda qadınlarla ikinci dərəcəli insanlar kimi davranılır. Onların hər hansı bir mülkiyyətə sahib olmaları qadağandır, ərlərinin "mülkü" kimi görünürlər.

Digər tərəfdən burada gənc qızlar yaşlılarla məcburi evlənməyə, təcavüzə və məişət zorakılığına məruz qala bilərlər. Təcavüzə məruz qalan qadınlar ərləri tərəfindən "çirklənmiş" olduqları üçün tərk edilir.

Bütün bu hadisələr görə, 1990-cı ildə Rebekka Lolosoli adlı bir qadın qadınlara qarşı zorakılıqdan və zorla evləndirilməkdən qaçanlar üçün 14 qadınla birlikdə bu kəndi qurublar.

Rebekka Lolosoli özü də şiddətə məruz qalan qadınlardan biridir. Bir qrup kişi tərəfindən döyüldükdən sonra xəstəxanada yatan zaman bu kəndin yaradılması fikrinə düşüb. Qadınlar kənddə əsasən 11 yaşınadək uşaqları ilə yaşayırlar. Samburu ənənəsində qadınlar yeniyetmə oğlanları ilə bir yerdə yaşaya bilməzlər. Buradakı qadınlar zərgərliklə, bilərzik və boyunbağı hazırlayıb satmaqla pul qazanırlar. Onların hazırladığı xüsusi əşyalar turistlərin diqqətini çəkir. Hər bir qadın kəndin ehtiyaclarını qarşılamaq üçün qazancının yüzdə onunu vergi olaraq bağışlayır.

Umoja kəndi qadınların kişi təzyiqi olmadan etibarlı bir həyat sürə biləcəyi yerdir. Gənc yaşda evlənməyə məcbur edilən qızların və döyülən qadınların çoxalması ilə kənddəki qadın əhali də gündən-günə artır.

Kəndə evlərindən atılan qaçqınlar və qızlar da gəlir. Burada yetimlər, tərk edilmiş və HİV-ə yoluxmuş uşaqlar da böyüyür. 2005-ci ildə Umojada 30 qadın və 50 uşaq yaşayırdı. 2015-ci ilə bu rəqəmlər 47 qadın və 200 uşaq olaraq dəyişib. Uşaqların təhsil alması üçün kənddə bir ibtidai məktəb və bir uşaq bağçası da var. Hazırda Umoja dünyada qadınların üstünlük təşkil etdiyi cəmiyyətlərdən biridir.

Kənd əhalisinin "geniş yoxsulluq səbəbi ilə qadınların güzəranını yaxşılaşdırmaq və ailələri tərəfindən tərk edilmiş qadın probleminə qarşı mübarizə aparmaq" kimi böyük hədəfləri var./Musavat.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1542   Tarix: 10 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571