Əzəminin həyat yoldaşına son mesajı: "Bir gün şəhid olsam..." - FOTO

Əzəminin həyat yoldaşına son mesajı: "Bir gün şəhid olsam..." - FOTOMüqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan igid oğul və qızlarımız döyüşlərdə mənfur düşmənə ağır zərbə vurmaqla, layiqli dərs verməklə təkcə qəhrəmanlıq salnaməsinə adlarını yazmadılar, eyni zamanda Vətənin bölünməzliyinə imza atdılar. Belə oğullardan biri də əslən şuşalı olan, Mingəçevirdə doğulub boya-başa çatan Hüseynov Əzəmi Əli oğludur.

BiG.AZ xəbər verir ki, Əzəmi Hüseynov 1992-ci il avqustun 29-da Mingəçevirdə anadan olub. 2010-cu ildə Mingəçevir şəhər 14 nömrəli tam orta məktəbdən məzun olub. Həmin il Mingəçevir Dövlət Universitetinin (MDU) Energetika fakültəsinə qəbul olunub. 2014-cü ildə universiteti bitirib və hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidməti başa vurandan sonra 2016-cı ildə fəaliyyətini Zaqatalada və Mingəçevirdə davam etdirib.

Sentyabrın 27-dən etibarən işğalçı Ermənistanın cəbhəyanı rayonlarda və qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan dinc əhalimizi hədəf seçməsinə cavab olaraq Azərbaycan Ordusunun başlatdığı qətiyyətli əks-həmlə əməliyyatlarına Əzəmi də qatılıb. O, Suqovuşan uğrunda gedın döyüşlərdə yaralı yoldaşlarını döyüş zonasından çıxararkən snayper gülləsinə tuş gəlib və şəhid olub.

Şəhidimizin anası Sayad xanım bizimlə söhbətində oğlu ilə qürur duyduğunu dedi:

"Oğlum şəhid olmazdan bir gün əvvəl mənimlə telefonla danışdı. Dedi, ana, narahat olma, hər şey yaxşıdır. Məni ürəkləndirdi. Amma bilməzdim ki, bu onun son danışığı idi. Əslimiz şuşalıdır. Mənə deyərdi ki, ana, məni bu qədər çox istəmə, mən vətənin balasıyam, bir şuşalı balası kimi torpaqlarımızı azad edəcəyəm, Şuşaya bayrağımızı sancacağam".

Sayad ananın söhbətini dinlədikcə düşündüm ki, nəinki şəhidləri, şəhidlik zirvəsinə yüksəlmiş oğul yetişdirən anaları da unutmaq olmaz. Onun gözlərində bir qürur, bir oğul həsrəti sezilirdi. O, oğlunun şəkillərini göstərib haqqında qürurla danışırdı. Belə anaların ziyarətinə getmək ən azından bizim vətəndaşlıq borcumuzdur.
Əzəmi 3 bacının bir qardaşı idi. Böyük bacısı Elnarə xanım bizimlə həmsöhbət olarkən bildirdi ki, həmişə fəxr etmişəm ki, Əzəmi mənim qardaşımdır:
"Həmişə mənimlə dərdləşərdi. Mənə ürək-dirək verərdi. Döyüş bölgəsinə yollananda dedi ki, bacı, ürəkli ol, mən gedirəm, müharibədir hər şey ola bilər. Şəhid olsam anamdan muğayat ol. Onu da bildirim ki, qardaşım namaz əhli idi. Özü də çox sadə oğlan olub. Hətta toyunda gəlin maşınını bəzəməyə qoymadı. Dedi ki, ancaq bayraq ola bilər. Həmin bayrağı mən saxlamışam. Mənə söz vermişdi ki, həmin bayrağı saxla, Şuşa alınanda aparıb oradakı evimizə asarıq. Bu onun ən böyük arzusu idi. 3 il həmin bayrağı saxladım. Amma bayrağı onun son mənzilinə gətirməli oldum. Dedim, qardaş, məni bağışla əmanətini bura gətirdim. Qardaşımla bağlı xatirələrim çoxdur. Deyirdi ki, uşaqlarınızı idmançı, bir də hərbçi kimi görün. Qardaşımız and yerimiz idi. Qardaşıma vətənpərvərlik Böyük Vətən müharibəsi iştirakçısı olan babam Qara Hüseynovdan keçmişdi deyərdim".

Bacılar qardaşları haqqında danışarkən onun əsgər yoldaşlarına qan verdiyini də bildirdilər: "Təsəllimizi həm torpaqlarımızın azad olunmasından, həm də qardaşımızın qanının əsgər yoldaşlarının damarlarından axmasından alırıq. 3 bacı 3 qardaş idik. Amma qardaşlar həyatda qalmayıb. 1992 ci ildə Şuşadan Mingəçevirə məcburi köçkün gəldik. İki aydan sonra Əzəmi dünyaya gəldi. Əzəmi olanda ona iki ay ad qoymadıq ki, bu da qalmayacaq. İki aydan sonra ona Qurandan götürülmüş Əzəmi adı verdik. Əzəmi ölmədi, bu gün üçün yaşayıbmış. Əzəmi uşaqlıqdan qəhrəman idi ki, ölmədi, yaşamaq uğrunda savaşdı. Son mənzilə aparılarkən çöhrəsinə son dəfə baxdım. Sanki gülürdü, dedim, qardaş, arzuna çatmısan".

Elnarə xanım daha sonra dedi ki, qardaşım sevgiyə də, əhdinə də vəfalı olub. Sevdiyi qızı hələ orta məktəbdə oxuyanda istəmişdi. Onlar institutu da birgə bitirib ailə həyatı qurdular.

Minayə xanım həyat yoldaşı Əzəminin son mesajından söz açdı və ömrünün axırına qədər onun yazdıqlarını unutmayacağını bildirdi:

"İnsan böyüyər beşikdə, məzarda yatmaq üçün, qəhrəmanlar can verər, yurdu yaşatmaq üçün. Bir gün şəhid olsam, başını dik tut, mənimlə fəxr elə".
Bacıların ən böyük arzusu Şuşaya qayıtdıqdan sonra bir zamanlar valideynlərinin yaşadıqları küçəyə Əzəminin adının verilməsidir.

Biz də şəhid analarına, bacılarına demək istərdik ki, şəhidlər ölmür, şəhidlər unudulmur. Onlar uğrunda şəhid olduqları bu torpağa, bu elə, bu obaya adlarını öz qanları ilə yazıblar. Bu torpaq şəhid qanları ilə müqəddəsləşib. Allah şəhidlərimizə rəhmət eləsin.

Əzəminin həyat yoldaşına son mesajı: "Bir gün şəhid olsam..." - FOTOƏzəminin həyat yoldaşına son mesajı: "Bir gün şəhid olsam..." - FOTOƏzəminin həyat yoldaşına son mesajı: "Bir gün şəhid olsam..." - FOTOYeniavaz.com


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 4208   Tarix: 11 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

TOP MP3