Qazi: Qanımız Vətən torpağına qarışdı...

Qazi: Qanımız Vətən torpağına qarışdı...Bütövləşən Vətən naminə dəmir yumruğumuzu düşmənin başına endirdik, onu əzdik, Böyük Qələbə qazandıq. Qarabağ nisgili ilə dünyadan köçənlərimizin, şəhid oğullarımızın ruhları şad oldu...

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun rəşadəti sayəsində yerə, göyə sığmayan Qələbə sevincini yaşayırıq. Həmrəy, möhkəm iradəli xalqımız 44 günlük Vətən müharibəsindən qalib ayrılan igid əsgər və zabitlərimizlə, qanını Vətən torpağına qarışdıran şəhidlərimizlə, qazilərimizlə fəxr edir...

Belə qazilərdən biri, Masallı rayonunun Ərkivan qəsəbə sakini, 23 yaşlı Daməd İbrahimlidir. Vətən müharibəsində ağır yalandıqdan sonra müalicə aldığı Bakı Hərbi Hospitalından evə dönərkən igid döyüşçümüzün ilk ziyarət etdiyi yer İkinci Qarabağ müharibəsində şəhid olmuş mayor Anar Novruzovun məzarı və evinin qarşısındakı büstü olub.

Daməd İbrahimli Masallı rayonunun Ərkivan qəsəbədəki 1 nömrəli tam orta məktəbi bitirdikdən sonra Azərbaycan Texniki Universitetində təhsil alıb. O, 13 yaşından yunan-Roma güləşi ilə məşğul olub. Bu yolda ona Əməkdar məşqçi Səyədulla Əkbərov bələdçilik edib. Bir sıra turnirlərin mükafatçısı olub. Ordu sıralarından bu ilin yanvarında tərxis olunub. Ordumuz mənfur düşmənə qarşı əks-hücum əməliyyatlarına başlayarkən cəbhəyə ilk yollanan könüllülərdən olub.

O deyib ki, ikinci dəfə xidmətə yollananda dostlarım, sinif və əsgərlik yoldaşlarımdan da mənimlə olanlar vardı. Sonradan cəbhə yollarımız ayrıldı. Keçmiş hərbi xidmət yoldaşlarımdan birinin boğazından qəlpə yarası alaraq, sağaldıqdan sonra yenidən döyüş meydanına qayıtdığını da eşitdim.

Daməd İbrahimli sentyabrın 28-də Füzuli rayonu istiqamətində ordumuzun əks-hücumları zamanı yaralanıb, bir qolunu itirmək təhlükəsindən qurtula bilməyib. O, həmin anları belə xatırlayır: "Sentyabrın 27-dən 28-ə keçən gecə və səhər saatlarında intensiv döyüşlər gedirdi. Döyüş şəraitinə tam nəzarət edirdik. Əhval-ruhiyyəmiz də yüksək idi. İlkin həmlədə düşmənin fəallaşmaq cəhdinin qarşısını alır, sonrakı mərhələlərdə isə qarşı tərəfin istehkamlarını yarır, azğınları ağır itkilərə məruz qoyaraq geri çəkilməyə məcbur edirdik... Qızğın döyüşlər zamanı birdən arxa hissədə güclü partlayış səsi eşitdim, qulaqlarım cingildədi. 3-4 saniyə özümdə olmadım. Sonra yoldaşlarımın mənə baxaraq qışqırdıqlarını görəndə yəqin etdim ki, yaralanmışam. Dirsəkdən parçalanaraq üzülüb sallanan qolumu o biri əlimlə tutub yaxınlıqdakı təpənin dibinə çəkildim. Əsgər yoldaşlarım məni döyüş meydanından çıxartdılar... Füzuli hospitalında həkimlərin səyinə baxmayaraq, sağ qolum amputasiya olundu. Evdəkilərə dedim ki, ayağımdan yüngül zədə almışam...".

Daməddən ağrıları barədə soruşanda cavab verdi ki, ən böyük ağrılı yerimiz düşmən tapdağında olan torpaqlarımız idi, ona da məlhəm tapdıq. Bədəndəki yaralar gec-tez sağalacaq. O cür partlayışın, odun-alovun içindən sağ çıxmışam, Allahıma şükür etməliyəm. Nəinki qolum, canım da Vətənə qurbandır: "Heyfslənirəm ki, son döyüşlərə qədər iştirak edə bilmədim. Təsəlli tapıram ki, sonda Qələbə bizim oldu. Azərbaycan əsgəri tutduğu mövqeləri, yaşayış məskənlərini sonacan qoruyub saxlaya bildi, aciz, qorxaq erməni kimi döyüş meydanından qaçmadı, daim irəli addımladı, gücünü göstərdi, haqqını aldı...".

Daməd kimi Vətənə sipər oğullar böyüdən valideynlər qarşısında baş əyirik. Özünü tox tutan qürurlu Sevanə ananın dediklərinə heyran qaldım: "Oğullar təkcə bizim deyil, Vətənin, bütün xalqın oğludur. Yurda, Allaha əmanət, deyib göndərmişdik övladlarımızı. Ümidlərimiz qırılmadı, bundan belə də ölkəmizin firavan günləri bol olar, İnşaallah!".

"Əlbəttə, ay ana, daha yuxularınız ərşə çəkilməz, bundan sonra barıt qoxusunu tər güllərin ətri əvəz edər. Tezliklə Damədin gözaltısını da evə gəlin gətirərsiniz", - deyib ananı ovundurmağa çalışdım.

Bəli, igid döyüşçülərimiz rəşadətləri ilə ailələrinə, el-obalarına şərəf gətirdilər. Onların hesabına Böyük Qələbənin dadını daddıq, bayrağımız Şuşada, digər azad olmuş ərazilərdə dalğalandı. İşğaldan azad edilən hər kənd, hər şəhər igidlərimizin misilsiz qəhrəmanlıqlarının təcəssümüdür...

(Azərtac)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1668   Tarix: 28 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər. xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, E.Süleymanova bu gün 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib və İkinc

25.04.2024 823
.

Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro

Yeni HONOR Magic6 Pro flaqman smartfonu fevral ayında MWC 2024 sərgisində qlobal bazara təqdim edilmiş və həmin tədbirdə bir çox mükafatlar qazanmışdır. Bundan əlavə, bu smartfon bu günə qədər DXOmark reytinqindən 5 qızıl mükafat alan 2024-cü ilin ilk smartfonudur. Görünüş - eleqant. HONOR Magic6 Pr

10:00 193
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

10:08 242
.

"Qırğızıstan prezidentinin Azərbaycana səfəri xalqlarımızın tarixi və mənəvi əlaqələrinin daha da möhkəmlənməsinə töhfəsini verəcək" -RƏY

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib.Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar. Politoloq Elşən Manafo

25.04.2024 362
.

İnfarkt riskini sıfıra endirən şirə

Bir çox ölümcül tibbi problemlərə səbəb olan qan təzyiqi və xolesterini aşağı salmağın çox asan yolu var. Mütəxəssislər bildirirlər ki, gündə cəmi iki stəkan albalı şirəsi içmək bəzi ölümcül tibbi fövqəladə halların baş vermə ehtimalını azaltmaq üçün kifayət qədər güclü təsir göstərə bilər. xəbər veri

25.04.2024 703
.

Aktyordan xanımına söz atan müxbirə mükəmməl cavab

"Deliha" filmində birgə rol aldıqdan sonra bir-birlərinə aşiq olub evlənən Barış Arduc və Gupse Özay cütlüyü hər zaman medianın diqqətində olub. -ın Türkiyə mediasına istinadən xəbərinə görə, sosial şəbəkələrdə həmişə Gupsenin ərinə yaraşmadığı, çirkin olması barədə şərhlər yazılırdı. Onları

25.04.2024 1144
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25.04.2024 1112
.

Sevdanın Barselonada gerçəkləşməyən arzusu - Video

Müğənni Sevda Yahyayeva həkim həyat yoldaşı Zakir Bayramovla ispaniyaya yollanıb. Axşam.az xəbər verir ki, Barcelonada gəzən cütlük bir çox turistik məkanlara girə bilməyib. Bu haqda Sevda sosial şəbəkədə paylaşım edib. Z.Bayramov dördüncü dəfə Barselonaya getdiyini, amma hələ də "Sagrada Família"

11:35 443
.

Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"

İş adamı Murad Özdəmirlə Dubayda ailə quran 49 yaşlı müğənni Ebru Gündəş ötən günlərdə Zərgərlik İxracatçıları Birliyinin mükafatlandırma mərasimində səhnəyə çıxıb. Axşam.az xəbər verir ki, ifaçı zaldakı zərgərlərdən birindən üzüyünü daha böyüyü ilə dəyişdirməyi təklif edib. O, əlindəki üzüyü göstərərə

12:23 320