Alim Qasımov Yo Maya məktub yazdı: "İzn verməyəcəyəm"

Alim Qasımov Yo Maya məktub yazdı: "İzn verməyəcəyəm"Azərbaycanın Xalq artisti, UNESCO Beynəlxalq Musiqi Mükafatı laureatı, xanəndə Alim Qasımov dünya şöhrətli violonçel ifaçısı Yo Yo Maya açıq məktub yazıb.

BiG.AZ publika.az-a istinadən məktubun mətnini təqdim edir:

"Cənab Ma! Azərbaycandan sizə salam və sayğılarımı ünvanlayaraq bildirmək istəyirəm ki, müəllifi olduğunuz "İpək Yolu" layihəsi çərçivəsində 10 ildən artıq sürən faydalı əməkdaşlığımızı daim məmnunluq hissi ilə xatırlayır, yaradıcılığınızı diqqətlə izləyirəm. Sosial şəbəkələrdə yayılan son çıxışlarınızdan birində erməni bəstəkarının əsərini ifa edərək sülhə çağırış etmənizin milliyətçi ünsürlər tərəfindən yanlış yozulmasına olduqca təəssüflənirəm.

Belə hesab edirəm ki, dünyada sənəti ilə tanınan böyük simaların adlarından siyasi məqsədlərlə yararlanma halları yolverilməzdir. Cənab Ma, əməkdaşlıq etdiyimiz illər ərzində sizin barış tərəfdarı olduğunuzun, irqçiliyə və millətçiliyə nifrət bəslədiyinizin şəxsən şahidiyəm. Bütün dünyada tanınan "İpək yolu" ansamblında rus, ingilis, azərbaycanlı, yəhudi, amerikalı, çinli, hind və s . virtuoz ifaçıların heç bir ayrı-seçkilik qoyulmadan, səmimi dostluq şəraitində çalışdıqları hər kəsə, o cümlədən bu ansamblla uzun illər birgə işləmək şərəfinə nail olmuş muğam qrupuma, mənə və qızım Fərqanə Qasımovaya açıq-aşkar bəllidir.

Sanıram ki, əsərlərini ifa etdiyiniz Azərbaycan bəstəkarları Firəngiz Əlizadə və Cavanşir Quliyev də mənim bu fikirlərimlə şərikdirlər. Heyiflər olsun ki, yüksək mənalardan bixəbər olan, yalnız xırda maraqlarından çıxış edən insanlar bunu anlamırlar. Elə məhz bu səbəbdən mənfur millətçilər Sizin son çıxışınızı Azərbaycana qarşı müharibə aparan Ermənistana tərəfdaşlıq aksiyası kimi təqdim edirlər. Bu informasiyanı yayanlar, gərək ki, "İpək yolu" ansamblı ilə azərbaycanlı sənətçilərin 2008-ci ildən başlayaraq davam edən möhtəşəm "Leyli və Məcnun" layihəsini xatırlamırlar. Halbuki məhz bu layihə ilə ABŞ, Avropanın və Asiyanın ən nüfuzlu salonlarında konsertlər vermiş, islamofobiyanın geniş yayıldığı vaxtlarda İslam mədəniyyətinin incisi sayılan "Leyli və Məcnun" hekayəsi ilə sülh və sənət məramımızı birlikdə və açıq bəyan etmişdik.

Qoy millətçilik xəstəliyinə tutulmuş kəslər anlasınlar ki, sənət cılız iddialardan çox üstündür və erməni bəstəkarının əsərini ifa edən Yo Yo Ma illər ərzində, ildə bir neçə dəfə dahi azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ölməz əsərini violonçeldə sevə-sevə ifa edib. Buna əmin olmaq, layihənin miqyasını anlamaq üçün internetdə sadə bir axtarış vermək kifayətdir. Cənab Ma! Sizinlə dəfələrlə qədim muğam sənəti haqqında söhbətlərimiz olub. Azərbaycan muğamının beşiyi olan Qarabağın, əsərlərini böyük məmnuniyyətlə ifa etdiyiniz Üzeyir Hacıbəyovun vətəni Şuşa şəhərinin 30 ildən bəri işğal altında olunduğundan yəqin ki, xəbərdarsınız.

Bildiklərinizə yalnız bunu əlavə etmək istərdim: Azərbaycan dövləti və Azərbaycan xalqı bütün beynəlxalq təşkilatlar tərəfindən təsdiq olunmuş ərazi bütövlüyünü bərpa etdi. Erməni millətçilərinin, separatçıların iftiralarına rəğmən, bu Haqq və Həqiqət savaşı idi. Azərbaycanı terrorçu dövlət kimi təqdim edənlərin nə hüquqi, nə də tarixi baxımdan heç bir əsası olmadığı kimi, müharibə cinayəti törədərək, cəbhə zonasından xeyli uzaqda, Gəncə, Bərdə, Tərtər şəhərlərində günahsız insanları- qadınları, körpələri gecə yatdıqları zaman raket və bombalarla qətlə yetirən cinayətkar erməni hakimiyyətinin də heç bir bəraəti yoxdur! Bütün tərəqqipərvər bəşəriyyət bu fikirdədir ki, müharibələr insanlığa qarşı bir fitnədir.

Bununla belə, indiki şəraitdə sülhsevər xalq olaraq, azərbaycanlıların yalnız təcavüzkara qarşı sivil sakinləri qorumaq və işğal olunmuş torpaqlarını yenidən qaytarmaqdan başqa məqsədi yoxdur. Əslində, Azərbaycan xalqı beynəlxalq qurumların sənədlərdə təsdiqlədikləri müddəaları övladlarının qanı bahasına həyata keçirib. Qarabağ savaşını biz başlamadıq, amma dinc insanları doğma yurdlarından qovan, Xocalı soyqırımı kimi qətliamlar törədən, etnik təmizləmə aparıb azərbaycanlıları əvvəlcə Ermənistan, sonra isə Dağlıq Qarabağdakı dədə-baba yurdlarından zülmlə qovan, beynəlxalq qurumların qəbul etdikləri qətnamələrə, sülh çağırışlarına məhəl qoymayan, məsuliyyətsiz bəyanatlar verərək millətlər arasında nifaqı dərinləşdirən, terroru dəstəkləyən separatçı qüvvələr hökmən cəzalarını alacaqlar... Və o zaman mən şəxsən Sizi böyük Azərbaycan korifeylərinin Vətəni olan Qarabağa, o cümlədən Üzeyir Hacıbəylinin Şuşadakı evinə dəvət edəcəyəm.

Müharibələr başlanır və bitir. Əbədi insani dəyərlər və sənət isə daim yaşayır. Elə buna görə də Sizin kimi böyük sənətkarın adının cılız insanların mənfur məqsədləri naminə hallanmasına əsla izn verməyəcəyəm".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3238   Tarix: 22 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO

4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl

16.09.2021 1693
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16.09.2021 1870