"Düşmən onu 2 ay sonra dünyaya gələcək qardaşından da ayırdı..." - FOTOLAR

"Düşmən onu 2 ay sonra dünyaya gələcək qardaşından da ayırdı..." - FOTOLARHacı Nuran Gəncə terrorunda hər iki valideynini və nənəsini itirən 2 yaşlı Nilay Əliyevaya baş çəkib.

BiG.AZ xəbər verir ki, Hacı Nuran sosial media hesabında bu barədə məlumat verərək fotolar paylaşıb:

"Onun gözlərinə baxa bilmədim. Ordan anasızlıq boylanırdı. Onun ağlamağını heç kim kəsə bilmdirdi. Bəlkə də atasını arzulayırdı. Onun körpə səsi qyulaqlarda cingildəyirdi. Bəlkə də nənəsinin nağılları üçün darıxmışdı Nilay. Amma onu bu gündən sonra nə anasının səsi ovudacaq, nə atasının səsi, nə də nənəsinin nağılları...
Çünki 2 yaşlı bu körpənin daha heç kimi yox idi. Nə ata-anası, nə də nənəsi. Daha o toppuş əllərini atasının arxasınca uzatmayacaqdı. Çünki atası erməni qətliamının qurbanı olmuşdu.Daha o körpə köksü ilə anasına sığınmayacaqdı. Çünki qatil erməninin atdığı raket anasını yuxudaca öldürmüşdü. Düşmən onu 2 ay sonra dünyaya gələcək qardaşından da ayırdı. Axı anası hamilə idi...Daha o körpə addımlarla nənəsinin ardınca qaçmayacaqdı...Çünki nənəsi daha yox idi. Nilay Əliyeva Gəncə qətliamında valideynsiz qalan ən azyaşlı körpədir. Amma o, doğmalarını itirsə də, bütöv xalqın körpəsinə çevrildi".
"Düşmən onu 2 ay sonra dünyaya gələcək qardaşından da ayırdı..." - FOTOLAR"Düşmən onu 2 ay sonra dünyaya gələcək qardaşından da ayırdı..." - FOTOLAR"Düşmən onu 2 ay sonra dünyaya gələcək qardaşından da ayırdı..." - FOTOLARSAMİRƏ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5514   Tarix: 31 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş