Yaşayış məntəqələrimizə raket zərbələri Ermənistan ərazisindən endirilib - Baş prokuror

Yaşayış məntəqələrimizə raket zərbələri Ermənistan ərazisindən endirilib - Baş prokurorSentyabrın 27-dən bu günə qədər Azərbaycanın yaşayış məntəqələrinə raket zərbələri əsasən Ermənistan ərazisindən endirilib.

BiG.AZ-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Baş prokuror Kamran Əliyev deyib. O bildirib ki, əldə olunan əməliyyat və istintaq sübutlarına görə, ermənilər dinc sakinlərə Vardenis rayonu ərazisindən raketlər atılıb: "Bəzi hallarda isə onlar Kəlbəcərdən və Dağlıq Qarabağ ərazisindəki hərbi bazalardan Azərbaycanın dinc sakinlərinə raket zərbələri endiriblər. Müəyyən edilib ki, dinc sakinlərə 7 halda "Scad", 34 halda "Smerch", 5 halda kaset bombaları, 177 halda isə qrad zərbələri endirilib".

Baş prokuror qeyd edib ki, istintaqın nəticəsinə görə, Azərbaycanın yaşayış məntəqələrinə raket zərbələri endirmək tapşırığını Dağlıq Qarabağ ərazisində olan Ermənistan nümayəndəsi, özünü qondarma "DQR" prezidenti adlandıran Araik Arutyunyan göstəriş verir: "Onun tapşırığı ilə Azərbaycanın dinc sakinlərinə raket zərbələri endirilib. Həmin raket zərbələri nəticəsində dağılmış ərazilərdə ekspertiza keçirilib. Araşdırmalarla müəyyən edilib ki, Ermənistanda həmin raketlərin yalnız yüksək vəzifəlilərin tapşırığı ilə istifadəsinə icazə verilir. Arutyunyan və digər vəzifəlilər sosial şəbəkələrdə Azərbaycan əhalisinə raket atəşi açmaq barədə məlumatlar da yayır. Məqsəd əhalini qorxutmaq, panika yatmaqdır".

Baş prokuror bildirib ki, erməni təcavüzü nəticəsində Azərbaycanın yaşayış məntəqələrinə və əhaliyə dəymiş ziyan müəyyənləşdirilir: "Bununla bağlı 350 şahid, 1715 zərərçəkmiş dindirilib, 17 kriminalistik, 290 məhkəmə ekspertizası təyin edilib".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1116   Tarix: 30 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş