Virusa yoluxmanın 1000-i keçməsinin SƏBƏBLƏRİ

Virusa yoluxmanın 1000-i keçməsinin SƏBƏBLƏRİ29 oktyabrda Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1015 yeni yoluxma faktı qeydə alınıb ki, bu da indiyəqədək ölkədə virusa yoluxmada rekord göstəricidir.

"Qarşıdakı soyuq günlərdə yoluxma sayında artım istisna edilmir"

Artımın səbəblərilə bağlı Modern.az-a danışan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Elmi Komitəsinin sədri, professor Akif Qurbanov deyib ki, əsas səbəb insanların sadə gigiyenik qaydalara riayət etməməsidir:

"İndiki yoluxmalarda artımın bir neçə səbəbi var. Hələ bir müddət əvvəl soyuq aylarda yoluxma sayında artım gözlənildiyini açıqlamışdıq. Çünki payız-qış mövsümü bütün respirator infeksiyaların aktivləşdiyi dövrdür. Bunun da səbəbi odur ki, soyuq hava yuxarı tənəffüs yollarının müqavimət qabiliyyətini zəiflədir. Ona görə hava soyuduqca, bütün tənəffüs infeksiyaları-qrip, qripəbənzər xəstəliklər, o cümlədən, COVID-19 aktivləşir. Düzdür bizdə güclü soyuqlar müşahidə olunmur. Amma bütün dünyada soyuqlar düşdükcə, yoluxma artır. Bu baxımdan qarşıdakı soyuq günlərdə bizdə də yoluxma sayının artımı istisna edilmir".

İnsanlar koronavirusu unudub

Professorun sözlərinə görə, yoluxmanın artımın digər səbəbi biz özümüzük:

"Hazırda ölkəmizdə müharibə gedir, ordumuz irəliləyir. İnsnalar qələbələrə köklənib, bu fonda sanki psixolojik olaraq koronavirus ikinci plana keçib. Bundan qaynaqlanaraq, bəzən qorunma tədbirlərinə riayət etmədik, kütləvi toplaşmalarda maska taxmadıq, sosial məsafəni nəzərə almadıq. Bu da indiki nəticələrə gətirib çıxardı. Hələ də insanların koronavirusa laqeyd münasibətini görürük".

"Avtobuslardakı sıxlıqlarda mütləq maska taxılmalıdır"

Elmi Komitənin sədri qeyd edib ki, metro bağlı olduğundan avtobuslarda sıxlıq müşahidə edilir ki, bu da əlavə problemlər yaradır:

"İnsanların toplaşdığı ictimai nəqliyyat elə bir yerdir ki, orada sosial məsafənin gözlənilməsi mümkün olmur. Buna görə də insanlar maskadan mütləq istifadə etməlidirlər. Özü də maskadan düzgün istifadə etmək lazımdır. Maska gəzdirmək yox, maskanı ağzı və burnu örtəcək şəkildə taxmaq laızmdır. Deyirik maska taxmaq lazımdır, bəziləri çənəsində saxlayır. Maska tənəffüs yollarını örtməkdən ötrüdür, çənədə saxlamaqdan ötrü deyil. Yaxud soruşanda maska haradadır, deyir cibimdədir. Elə bilir ki, maska cibdədirsə, təhlükədən qorunur. Təəssüf edirik ki, bu cür səhv yanaşmalar mövcuddur. İnsanlar bilməlidir ki, maska düzgün istifadə edilmədiyi halda, yuxarı tənəffüs yolları ilə təmas edirsə, bu özü də yoluxmaya səbəb ola bilər. Əl gigiyenası, lüzumsuz təmaslardan, lüzumsuz görüşlərdən qaçınmaq, vacib olmadıqca evdən çıxamamaq lazımdır".

"Adi soyuqlama halında belə özünüzü təcrid edin"

Həkim tövsiyə edib ki, adi qrip halları müşahidə edildikdə belə, vətəndaşlar özünütəcrid qaydalarına riayət etsinlər:

"Bəzən insanlarda adi qripin əlamətləri hərarət, öskürək olu. İnsanlar belə əlamələtlərdə özünütəcrid etməlidirlər. O vaxta qədər ki, bunun adi qrip yaxud COVID-19 olduğunu dəqiqləşdirsinlər. Bəzi hallarda insanlar COVID-19-a yoluxur, amma düşünürlər ki, sadəcə soyuqlayıblar. Heç nəyə fikir verməyərək, adi qaydada işlərini davam etdirirlər. Beləcə onlarla insanın yoluxmasına səbəb olurlar. Ona görə də adi soyuqlama əlamətləri 3 gündən artıq davam edirsə, həkimlə məsləhətləşmə aparıb COVID-19 testi verməlidirlər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1355   Tarix: 30 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Bir gün uşağım olsa, müğənni olmasın" - İrem Derici

Müğənni İrem Derici övladının müğənni olmasını istəmədiyini deyib. xəbər verir ki, o, türk mətbuatına bildirib. "Bir gün uşağım olsa, müğənni olmasın. Həkim və ya hakim olsun" ,- deyə o bildirib. [hh4-unikal]

11.02.2025 399
.

Hadisə geyimi ilə yenə gündəm oldu

Hadisə cəsarətli dekoltesi və yeni stili ilə bir daha gündəm mövzusuna çevrilib. türk mediasına istinadən xəbər verir ki, son zamanlar rejissor Şenol Sönməzlə eşq macərası yaşayaraq diqqət çəkən məşhur müğənni ağ gödəkçəsinin altından demək olar ki, heç nə geyinməyib. Hadisənin büstqalter tərzi və dekoltes

11.02.2025 785
.

ABŞ-də yeni təyyarə qəzası baş verdi

ABŞ-də iki təyyarə qəzasının ardınca yeni bir hadisə daha baş verdi. xarici mediaya istinadən xəbər verir ki, ABŞ-də şəxsi təyyarənin uçuş-enmə zolağından çıxaraq digər təyyarə ilə toqquşması nəticəsində bir nəfər həlak olub. Digər sərnişinlərin vəziyyəti ilə bağlı hələlik heç bir açıqlama verilməyib

11.02.2025 409
.

Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib. Dövlətimizin başçısının müsahibəsi fevralın 11-də bu televiziya kanalında yayımlanıb. AZƏRTAC həmin müsahibənin geniş variantını təqdim edir. Aparıcı: Cəna

11:03 164
.

XƏBƏRDARLIQ! Hava dəyişir - Bu ərazilərdə qar intensivləşəcək

Fevralın 14-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Fevralın 13-ü gecə və səhər əsasən şərq rayonlarında, 14-dən 15-i səhərədək isə əksər rayonlarda arabi

13:03 318
.

Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu (SƏBƏB)

Ölkəmizdə mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən (MN) bildirilib. "İctimaiyyətdə

11.02.2025 652
.

Azərbaycanlıların sevimli içkisi olan ÇAY haqqında BİLMƏDİKLƏRİNİZ - Kimlərə ZİYANDIR?

Azərbaycanın ən sevilən içkilərindən biri olan çay, gündəlik həyatımızın ayrılmaz hissəsidir. Səhər yeməyində, işdə, dostlarla söhbətdə və hətta istirahət anlarında belə bir stəkan çay ən yaxşı seçimdir. Bəs bu qədər sevilən bir içkinin sağlamlığa gizli zərərləri olduğunu bilirdinizmi?. Çay həvəskarların

11.02.2025 439
.

Alimlər XƏBƏRDARLIQ ETDİ! - Nəhəng qaya parçası Yer və Ayla toqquşa bilər - Bu TARİXDƏ…

2024 YR4 asteroidi Yerə doğru irəliləyir, lakin Ayın zərbə alması ehtimalı çox azdır. xarici mətbuata istinadən xəbər verir ki, alimlər Piza qülləsi ölçüsündə qaya 22 dekabr 2032-ci ildə 2,1% ehtimalla Yerə dəyəcəyini proqnozlaşdırılır. Arizona Universitetinin mühəndisi David Rankinin yeni orbital hesablamalar

11.02.2025 412
.

Üç il əvvəl Zaqatalada meşədə itkin düşən hindistanlı turistin qalıqları tapılıb

Fevralın 9-da Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2022-ci ilin may ayıdna Zaqatala rayonu ərazisində itkin düşmüş 1993-cü il təvəllüdlü Hindistan Respublikası vətəndaşı Kondaveti Maniqanta məxsus olması ehtimal edilən meyitin qalıqları, ona məxsu

11.02.2025 1150
.

TOP MP3