Sevda məşhur türk müğənni ilə QARABAĞDAN OXUDU- VİDEO

Sevda məşhur türk müğənni ilə QARABAĞDAN OXUDU- VİDEOTürkiyənin "Manqa" qrupunun solisti Ferman Akgül Əməkdar artist Sevda Ələkbərzadə ilə duet oxuyub.

BiG.AZ xəbər verir ki, onlar birlikdə S.Ələkbərzadənin "Ulu vətən" adlı mahnısını ifa ediblər. Akgül bildirib ki, təklif ondan gəlib və mahnı Qarabağa həsr olunub.

Sənətçi Türkiyə mediasına açıqlamasında ifaya klip də çəkdirəcəklərini söyləyib:

"Klipi Ermənistanın Azərbaycanda mülki şəxslərə atəş açdığı yerlərdə çəkəcəyik. "Ulu vətən"i yenidən aranjiman etdik. Niyyətim müharibədə ziyan çəkən bölgələrə getməkdir. Buna nazirlik qərar verəcək.

Bir musiqiçi olaraq iki ölkə arasındakı qardaşlıq bağını sənət sahəsində də birləşdirməli olduğumuzu düşünürəm. Ən əsası isə dünya sənət və əyləncə aləminə, Azərbaycanda yaşananları və ölkəmlə olan dostluğunu göstərmək istəyirəm".

Qeyd edək ki, Akgül və Sevdanın Bakıda klip çəkilişləri başa çatıb. /Axşam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1538   Tarix: 30 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş