Soydaşlarımızdan erməni terroruna qarşı etiraz aksiyası

Soydaşlarımızdan erməni terroruna qarşı etiraz aksiyasıŞotlandiyanın Edinburq şəhərində yaşayan bir qrup soydaşımız Gəncə terrorunu pisləyən icazəli etiraz aksiyası keçirib.

Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Edinburq şəhərində yerləşən Skott abidəsinin önündə toplaşan aksiya iştirakçıları Ermənistanın işğalçı siyasətini və Ermənistan silahlı qüvvəllərinin Gəncə şəhərində, eləcə də, digər şəhər və rayonlarda mülki əhaliyə qarşı törətdiyi terroru pisləyiblər.

Əllərində Azərbaycan və Şotlandiya bayraqlarını tutan diaspor fəalları "Ədalət yoxdursa, sülh də yoxdur", "Qarabağ Azərbaycandır!", "Uşaq ölümünə son qoyun!", "Mülki insanlar toxunulmazdır", "Erməni terroruna son qoyun", "İşğalçı dövləti dəstəkləməyin" və b. kimi müxtəlif şüarların yazıldığı plakatlarla şəhər sakinlərinin diqqətini Ermənistanın törətdiyi vandalizm aktlarına çəkməyə çalışıblar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 349   Tarix: 28 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş